Paramos
Naviqasiyaya keç
Axtarışa keç
Paramos[1] — And dağlarında, Ekvador və Kolumbiya ərazisində, Kosta-Rika dağlarında, habelə Afrikada Kilimancaro dağında 3 000-4 500 metr hündürlükdə yerləşən dağ-tundra ekosistemi. Paramosda bütün aylarda orta temperatur +4,+8°-dir, hava seyrəkdir, hər gün günortadan sonra yağış yağır və bərk küləklər olur, insolyasiya isə güclüdür. Bu şəraitə uyğun bitki örtüyü vardır. Paramosdan otlaq kimi istifadə edilir.[1] Davamlı meşə xəttinin üstündə, daimi qar xəttinin isə altında yerləşən ərazilər üçün səciyyəvi ekosistemdir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 O.Osmanov.B.Abdullayev.İzahlı coğrafiya lüğəti.Bakı.1966.
- ↑ Baruch, Zdravko. "Ordination and Classification of Vegetation along an Altitudinal Gradient in the Venezuelan Páramos". Vegetation. 2. 55 (2). 20 March 1984: 115–126. doi:10.1007/BF00037333.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Coğrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |