Püşk
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur.
Oyunun qaydaları
[redaktə | vikimətni redaktə et]Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər:
Motal-motal,
Tərsə motal.
Yağ atar,
Qaymaq tutar.
Ağ quşum,
Ağ arçınım.
Göy quşum,
Göyərçinim.
Qarğa qara,
Durna hara…
Çilmə çilik,
Bircə əmlik.
Qəmbər çarıq,
Biz də varıq.
Əmrəqulu
Yoxdu pulu.
Vur nağara,
Çıx qırağa.
Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.154.