Orqov
Kənd | |
Orqov | |
---|---|
40°20′52″ şm. e. 44°15′09″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.630 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Orqov — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 10 km şimal qərbdə, Qalasız çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərqov kimi[3], Qafqazın 5 verstlik xəritəsində Erqov formasında[4] qeyd edilmişdir.
Toponim türk dilində «igid, qoçaq» mənasında işlənən ər (> or) sözü ilə qıpçaqlara məxsus qov (> kov) etnonimindən[5] əmələ gəlib, «igid, qoçaq, qov tayfasına məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 54 nəfər, 1873 - cü ildə 237 nəfər, 1886-cı ildə 337 nəfər, 1897-ci 380 nəfər, 1908-ci ildə 280 nəfər, 1914 - cü ildə 721 nəfər, 1916-cı ildə 646 nəfər, 1918-ci ildə 280 nəfər, 1919 - cu ildə 218 nəfər yalnız azərbaycanlı yaşamışdır[6][7].
1919 - cu ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[7].
1919- 1920-ci illərdə buraya Türkiyədən ermənilər köçürülmüşdür. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 25 nəfər azərbaycanlı yaşamışdır[6].
1929-1930 - cu illərdə azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.89
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.302
- ↑ Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, «Элм», 1990. s.55, 108
- ↑ 1 2 Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.22-23, 108-109
- ↑ 1 2 История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221