Olivye Jiru
Olivye Jiru | ||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Olivier Giroud | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Şamberi, Fransa | |||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransa | |||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 194 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 93 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Milan | |||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Olivye Jiru (fr. Olivier Giroud, Fransızca tələffüz: [ɔlivje ʒiʁu]; 30 sentyabr 1986[1][2][…], Şamberi) — Fransalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və Fransa milli komandasında hücumçu kimi çıxış edir. 2-ci mövqesi ilə qapıçılıqdır.
Fransa Fəxri Legion Ordeninin Cəngavəri. Üç Avropa Çempionatının (2012, 2016 və 2020) və üç Dünya Çempionatının (2014, 2018 və 2022) iştirakçısı.
2018-ci ildə milli komanda ilə dünya çempionu olub.
Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur (53 qol).[3]
17 iyul 2021-ci il tarixindən Milan klubunda oynayır.[4]
Avropa Çempionlar Liqasında 3 və daha çox qolun vurulmasında iştirak edən ən yaşlı futbolçu. O, bu göstəriciyə 36 yaş 33 günlüyündə imza atıb.[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Olivye Jiru Fransanın Rona-Alplar bölgəsindəki Şamberi şəhərində anadan olub və Qrönobla yaxın Froj kəndində böyüyüb. Jiru hər iki nənəsi tərəfindən italyan əsillidir.[6][7]
Peşəkar futbol karyerasından əlavə olaraq, Jiru, iqtisadiyyat və sosial elmlər (ES) üzrə bakalavr dərəcəsini aldıqdan sonra, Qrönobldakı Cozef Furye Universitetində fiziki və idman fəaliyyətinin elm və texnikası (STAPS) üzrə ikinci ali təhsil alıb.
Karyera
[redaktə | mənbəni redaktə et]İlk illər
[redaktə | mənbəni redaktə et]Jiru ilk öncə doğulduğu kəndin klubu olan "Olympique Club de Froges" klubunun uaq komandasında futbol oynamağa başlayır. Bu klubda altı il futbol öyrəndikdən sonra, 15 yaşında ilk peşəkar komandası olacaq "Qrenobl" klubuna qoşulur. Bu komandanın akademiyasında 5 il keçirdikdən sonra, 21 yaşında ilk peşəkar müqaviləsini bu klubla imzalayır.
2005–06 mövsümündən əvvəl o, "Qrenobl" klubunun ikinci heyətinə cəlb edilir. Fransa futbolunun beşinci səviyyəsi olan "Championnat de France" liqasında mübarizə aparan komandanın heyətində Jiru 15 oyunda 15 qol vuraraq komandanın vacib oyunçusuna çevrilir. Onun ehtiyat komanda ilə yeddi ay ərzində göstərdiyi çıxışlar oyunçunun 2006-cı ilin martında məşqçi Terri Goudet tərəfindən əsas komandaya dəvət olunması ilə nəticələndi. Jiru peşəkar debütünü martın 27-də "Liqa 2"də "Gueugnon" komandası ilə oyunda edir.
Fransa Liqa 2 çempionatının 2006–07 mövsümü üçün əsas komandanın heyətinə daxil edilir və 22 nömrəli formanı seçir. "Niort" komandası ilə səfər oyununda ilk dəfə start heyətində meydana çıxır. 26 fevral 2007-ci ildə Jiru ilk peşəkar qolunu vurur. Bu "Havr" ilə oyunda baş verir. "Qrenobl"un beşinci yerdə bitirdiyi mövsümdə o, 18 ümumi oyunda meydana çıxır və iki qol vurur.
Daha çox oyun praktikası qazanmaq üçün Jiru 2007–08 mövsümünü, Fransa futbolunun Liqa sistemində üçüncü səviyyə olan "Championnat National"da mübarizə aparan "İstr" klubuna icarəyə verilir. Burada meydana çıxdığı 33 oyunda 14 qol vurur. İcarədən qayıtdıqdan sonra artıq Fransanın əsas çempionatı olan "Liqa 1"ə vəsiqə qazanmış "Qrenobl" klubu onun xidmətlərində maraqlı olmur. Buna görədə futbolçu klubu tərk edir.
28 may 2008-ci ildə Jiru Liqa 2 klubu olan "Tur" ilə üç illik müqavilə bağlayır. Hücumçu kluba daha əvvəl Jirunun keçmiş klubu olan "Qrenobl"un baş icraçı direktoru vəzifəsində çalışmış idman direktoru Maks Marti tərəfindən dəvət edilir. Jiru həmçinin "Tur"un məşqçisi "Daniel Sançez"i də bəyənir: "Keçmiş hücumçunun məşqçi kimi olması həmişə bir üstünlükdür. Onun mənə verdiyi məsləhət həqiqətən çox kömək etdi. Onunla həm mövqeyimdə, həm də hədəf qarşısında irəlilədim". Jiruya 12 nömrəli forma verildi və zədə səbəbindən klubda debütünü 3 sentyabr 2008-ci ildə "Kupe de la Liqa"da Bulon komandası ilə oyunda edir. O, bir həftə sonra "Nim" ilə oyunda liqada debüt etdi. Bir ay sonra, Jiru, "Lans" ilə liqa oyununda ilk qolunu vurur. "Tur" komandasında keçirdiyi iki ildə 61 Liqa oyununda meydana çıxır və 30 qol vurur. 26 yanvar 2010-cu ildə xəbər yayıldı ki, Liqa 1 klubu "Monpelye" "Tur"dan Jiru ilə üç il yarımlıq müqavilə imzalayıb. Transfer haqqı 2 milyon avro olaraq qiymətləndirilir və "Monpelye"nin Jirunu 2009–10 mövsümünün sonuna qədər "Tur"icarəyə verdiyi elan edilir.
Monpelye
[redaktə | mənbəni redaktə et]Jiru rəsmi olaraq 1 iyul 2010-cu ildə "Monpelye"yə keçdi. O, eyni vaxtda klubda və Avropada debütünü iyulun 29-da Macarıstanın "Győri ETO" klubu ilə Montpelyedə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda etdi. Qarşılaşmada Jiru klubda ilk qolunu ilk hissədə vurdu. "Monpelye" Jirunun qolu sayəsində oyunda qalib gəldi, lakin cavab matçında penaltilərdə məğlub olduqdan sonra ümumi hesabda məğlub oldu.
Jiru liqada debütünü çempionatın ilk turunda, "Bordo" üzərində 1–0 qalib gəldikləri oyunda edir. Avqustun 28-də o, ilk liqa qolunu "Valenciennes"lə səfərdə 1:0 hesablı qələbə ilə vurdu. Sentyabrın 25-də Jiru "Arles-Avignon" üzərində evdə qələbə qazandıqları oyunda iki qol vurur.
"Liqa Kuboku"nda "Monpelye" sensasiyalı şəkildə turnirin finalına yüksəldi.[8][9] "Paris Sen-Jermen" ilə yarım final oyununda Jiru bütün matçı oynadı. Oyunun əlavə edilmiş hissəsində, 117-ci dəqiqədə o, komandasının qalibiyyət qolu vurdu. Bu qol, "Monpelye" klubunun Fransa Kubokunun finalına yüksəldiyi 1993–94 mövsümündən sonra ilk dəfə finala yüksəlməsinə səbəb oldu.[10][11] 2011 kuboku finalında "Monpelye" "Olimpik Marsel" ilə qarşılaşdı və Taye Tayvonun qolu ilə 1–0 məğlub oldu.[12][13] Liqa mövsümünün sonuna yaxın Jiru çempionluğa iddialı olan "Olimpik Marsel" və "Lion" klublarına qarşı olan oyunlarda qollar vurur, ancaq "Monpelye" hər iki görüşdə məğlub olur.[14][15] Mövsümü klubun bombardiri kimi başa vurduqdan sonra, 31 may 2011-ci ildə Jiru "Monpelye" ilə müqaviləsini 2014-cü ilə qədər uzadır.[16]
Jiru 2011–12 mövsümündə Fransanın Le Parisien qəzeti onu le buteur de charme (cazibədar hücumçu) adlandırdı. Bu ləqəb onun qol vurma qabiliyyətinə, şəxsiyyətinə və görünüşünə qiymət verdi və sonradan Fransadakı bir sıra digər media orqanları tərəfindən oyunçunu təsvir etmək üçün istifadə edildi.[17] Komandanın bütün yarışlarda keçirdiyi növbəti 18 matçda Jiru 13 qol vurur. Jirunun və bütövlükdə komandanın gözəl oyunu nəticəsində "Monpelye" 2011-ci ilin noyabrında liqa cədvəlinə başçılıq etdi.[18] 2012-ci ilin yanvarında Jirunun adı bir neçə klubla hallanır. "Monpelye"nin sahibi Lui Nikollin Fransanın RTL radiosunda yayılan şayiələrə cavab verdi və klubun Jiru üçün "kifayət qədər böyük olmadığını" hesab elədiyini deyərək çoxlarını təəccübləndirdi, eyni zamanda hücumçunun "ən azı 50 və ya 60 milyon avroya" satacaqlarını dedi. Jiru mövsümü 21 qol və 9 məhsuldar ötürmə ilə yadda qalır. "PSJ"nin hücumçusu Nene ilə bərabər sayda qol vurmasına baxmayaraq, meydanda oyun vəziyyəttindən daha çox qol vurduğuna görə "Ligue de Football Professionnel" tərəfindən liqanın bombardiri seçildi.[19]
Arsenal
[redaktə | mənbəni redaktə et]26 iyun 2012-ci ildə "Arsenal" klubu, təxminən 9,6 milyon funt sterlinq (12,4 milyon avro) müqabilində Jiru ilə müqavilə imzalayır. Ona 12 nömrəli forma verilir.[20] O, avqustun 18-də Premyer Liqada "Sanderlend "lə evdə qolsuz heç-heçə oyununda Lukas Podolskinin əvəzinə meydana daxil olaraq "Arsenal"da debüt etdi.[21] Arsenal üçün ilk qolunu sentyabrın 26-da "Koventri Siti" ilə Liqa Kuboku oyununda vurur.[22] Onun Premyer Liqadakı ilk qolu oktyabrın 6-da "Vest Hem Yunayted"ə qarşı oyunda baş tutdu və o, həmçinin Teo Uolkotun qoluna da assistentlik etdi.[23] Jiru noyabrın 6-da "Şalke 04" ilə oyunda "Arsenal"ın heyətində UEFA Çempionlar Liqasında ilk qolunu vurdu.[24] Jiru mövsümü 47 oyunda 17 qol və 11 məhsuldar ötürmə ilə başa vurur.
"Arsenal"ın heyətində keçirdiyi 6 ildə 180 oyunda meydana çıxır və 73 qol vurur.
Çelsi
[redaktə | mənbəni redaktə et]31 yanvar 2018-ci ildə Jiru açıqlanmayan bir ödəniş qarşılığında "Çelsi" klubu ilə 18 aylıq müqavilə imzaladı.[25] O, beş gün sonra, "Uotord" ildə Premyer Liqanın səfər oyunun 64-cü dəqiqəsində Pedronu əvəzləyərək meydana çıxaraq yeni komandasında debüt edir. O, "Çelsi"də ilk qolunu FA Kubokunun 5-ci turunda "Hall Siti" klubuna qarşı ev oyununda vurur.[26]
"Çelsi"də keçirdiyi 3 ildə 75 oyunda meydana çıxaraq 17 qol vurur.
Milan
[redaktə | mənbəni redaktə et]17 iyul 2021-ci ildə "Milan" Jirunun "Çelsi"dən iki illik müqavilə ilə daimi olaraq transferini elan etdi.[27] Oktyabrın 16-da, komandası 2–0 geridə olanda, komandasının "Hellas Verona" üzərində 3–2 hesablı qələbə qazanmasına kömək etdiyi qolu vuraraq, "Milan"ın heyətində ilk qolunu vurmuş olur.[28] Jiru İtaliya A Seriyasının 2021–22 mövsümundə "Milan"ın heyətində 29 oyunda meydana çıxaraq 11 qol vurur. Futbolçu "Milan" ilə ilk mövsümundə İtaliya çempionu olur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Olivier Giroud // Transfermarkt (çd.). 2000.
- ↑ Olivier Giroud // GeneaStar.
- ↑ qol.az. "Jirudan tarixi rekord". qol.az (az.). 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2022.
- ↑ qol.az. "Maldini "Milan"ın yeni transferini açıqladı". qol.az (az.). İstifadə tarixi: 17 dekabr 2022.
- ↑ qol.az. "Jirudan ÇL rekordu". qol.az (az.). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2022.
- ↑ Systems. "Aux origines de Payet, Giroud et Griezmann". La revue française de Généalogie. 18 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2018.
- ↑ "Giroud, la Marseillaise et sa mamie". SOFOOT.com. 31 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 March 2018.
- ↑ "Montpellier et Marseille en finale!" (fransız). French Football Federation. 19 January 2011. 9 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Une finale Olympique de Marseille – Montpellier Hérault SC" (fransız). Ligue de Football Professionnel. 26 January 2011. 21 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Montpellier v. Paris Saint-Germain Report" (fransız). Ligue de Football Professionnel. 18 January 2011. 17 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Late, late goal takes Montpellier through". Ligue de Football Professionne]. 18 January 2011. 28 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "L'OM conserve son trophée!" (fransız). Ligue de Football Professionnel. 23 April 2011. 17 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Taiwo paye sa Coupe!" (fransız). RMC Sport. 23 April 2011. 16 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Montpellier v. Marseille Report" (fransız). Ligue de Football Professionnel. 17 April 2011. 20 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Lyon v. Montpellier Report" (fransız). Ligue de Football Professionnel. 27 April 2011. 31 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Giroud signs new Montpellier contract". Fox Sports (ingilis). 31 May 2011. 11 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Olivier Giroud, qui c'est celui-là?". L'Express (fransız). 10 November 2011. 13 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Giroud hat-trick sends Montpellier top". ESPN. 26 November 2011. 29 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2012.
- ↑ "Olivier Giroud couronné" (fransız). Ligue de Football Professionnel. 20 May 2012. 24 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2012.
- ↑ "Olivier Giroud agrees deal to join Arsenal". Arsenal FC. 28 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 June 2012.
- ↑ https://www.bbc.co.uk/sport/0/football/19221271 Arxivləşdirilib 2012-08-18 at the Wayback Machine "Arsenal 0–0 Sunderland" BBC Sport. 18 August 2012.
- ↑ "Arsenal 6–1 Coventry" Arxivləşdirilib 2016-01-13 at the Wayback Machine BBC Sport. 26 September 2012.
- ↑ "West Ham 1–3 Arsenal" Arxivləşdirilib 2014-06-10 at the Wayback Machine BBC Sport. 6 October 2012.
- ↑ "Schalke 2–2 Arsenal". BBC Sport. 6 November 2012. 7 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2012.
- ↑ "Giroud signs for Chelsea". Chelsea F.C. 1 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2018.
- ↑ "Chelsea 4 Hull City 0: Olivier Giroud off the mark as Willian inspires convincing progress to last eight". London Evening Standard. 17 February 2018. 17 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2018.
- ↑ "Official Statement: Olivier Giroud". AC Milan. 17 July 2021. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 July 2021.
- ↑ "AC MILAN WIN GAME OF TWO HALVES AT SAN SIRO". 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2021.
- Yaşayan insanlar
- 30 sentyabrda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Fəxri Legion ordeninin kavalerləri
- Fransa futbolçuları
- AC Milan FK oyunçuları
- Çelsi FK oyunçuları
- Arsenal FK oyunçuları
- İstr FK oyunçuları
- Qrenobl FK oyunçuları
- FİFA Dünya Kubokunun qalib oyunçuları
- Fransa milli futbol komandasının oyunçuları
- 2022 FİFA Dünya Kuboku oyunçuları
- İtaliya A Seriyası oyunçuları
- İtaliyada legioner futbolçular
- İtaliyada legioner Fransa idmançıları
- UEFA Avropa Liqası qalib oyunçuları
- UEFA Çempionlar Liqasının qalib futbolçuları
- UEFA Avro 2012 oyunçuları
- 2014 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Avro 2016 oyunçuları
- 2018 FİFA Dünya Kuboku oyunçuları
- UEFA Avro 2020 oyunçuları
- Legioner Fransa futbolçuları
- İngiltərədə legioner futbolçular
- İngiltərədə legioner Fransa idmançıları
- FİFA Yüzlük Klubu
- Overn-Rona-Alplarda doğulmuş futbolçular
- Fransa Liqa 2 oyunçuları
- Milli Çempionat (Fransa) oyunçuları
- Fransa Liqa 1 oyunçuları
- İngiltərə Premyer Liqası oyunçuları
- İngiltərə Federasiya Kuboku finalı oyunçuları
- Fransanın kişi futbolçuları