Oktav Bençile
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Oktav Bençile | |
---|---|
Octav Băncilă | |
Doğum adı | Octav Băncilă |
Doğum tarixi | |
Doğum yeri | Korni, Botoşani, Rumıniya |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Buxarest, Rumıniya |
Vətəndaşlığı | Rumıniya |
Fəaliyyəti | rəssam, aktivist |
Təhsili |
Corc Enesku Yassı Dövlət İncəsənət Universiteti Münhen İncəsənət Akademiyası |
Janr | realizm |
Stil | realizm |
Tələbələri | Baba Korneliu |
Vikianbarda əlaqəli mediafayllar |
Oktav Bençile (rum. Octav Băncilă; d. 4 fevral 1872, Botoşani – ö. 3 aprel 1944, Buxarest) — Rumıniya realist rəssamı və solçuluq aktivisti. O, jurnalist Sofia Nadejdanın qardaşı və Ioan Nadejdanın qaynıdır (ateist, sosialist, Kontemporanul qəzetinin redaktoru).
Həyatı
[redaktə | mənbəni redaktə et]1872-ci ildə Botoşanidə doğulan Oktav 4 yaşında valideynlərini itirdikdən sonra böyük bacısı və onu incəsənətə ilk həvəsləndirən şəxs bacısının həyat yoldaşının ailəsində Yassıda böyüyüb.[1] Orta məktəbi bitirdikdən sonra o, Yassı İncənət Gimnaziyasına daxil olub və burada həmin dövrün məşhur rəssamları Corc Panaytinu Bardasar, Konstantin Daniel Stahi və Emanoyl Bardasardan dərs alıb. O,1894–1897-ci illər arasında təqaüdlə xaricdə yaşayıb və oxuyub: əvvəlcə İtaliya və Fransada, sonra Almaniyada Münhen İncəsənət Akademiyasında Nikolas Gizisin sinfində təhsil alıb (bitirib bitirmədiyi dəqiq deyil).[2]Xaricdən qayıtdıqdan sonra o, Yassının mərkəzində emalatxana açmaq istəsə də maliyyə çatışmazlığı üzündən şəhər kənarını seçməli olub. Bu illər Bençilanın əsas rəsm mövzularını müəyyənləşdirdiyi dövr idi: kəndlilərin, fabrik işçilərinin, yoxsullaşmış yəhudi tacirlərinin və sənətkarlarının, mühafizəçi əsgərlərin, köçəri romalıların yaşayışı.[3] 1901-ci ildən o, şəhər məktəblərində kalliqrafiya və rəsm dərsləri verməyə başlayıb. 1905-ci il Rus inqilabından təsirlənən Oktav Bençila siyasətə maraq göstərib və tezliklə Qala Qalaktion və Paul Bujorla birlikdə tanınmış sosialistlərdən biri olub.[4]1907-ci il Ruminiya kəndli üsyanının yatırılmasından sonra Oktav ölkəni səyahətə çıxıb və hökumətin repressiya və zorakılıq törətməsini sübut edən dəlillər toplamağa başlayıb. Nəticədə onun 12 rəsm əsəri yaranıb (hamısı bu günə qədər qorunmayıb). Bu əsərlərə onun məşhur əllərinin açmış qoca (Înainte de 1907, " 1907-dən əvvəl") qalaqlanmış cəsədlər və 1907 (yanğından paltarları didik-didik olmuş kəndlilər təsvirli) rəsmləri daxildir.[5] Birinci dünya müharibəsi başladıqdan sonra o, pasifist mövqeyi tutmuş və öz əsərləri ilə münaqişələrin yaranma səbələrini izah etməyə çalışmışdır.[6] 1916-cı ildə Oktav Yassı İncənət Gimnaziyasına professor təyin olunub (1937-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə işləyib). O, Konstantion İon Parxon və Paul Bujorla birlikdə 1919-cu ildə tezliklə Kəndlilər Partiyasına daxil edilən İşçi Partiyasını (Partidul Muncitor) yaradıb.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Maria Epure, Octav Băncilă, Editura de Stat pentru Literatură şi Artă, Bucharest, 1956
- Victor Frunză, Istoria stalinismului în România ("The History of Stalinism in Romania"), Humanitas, Bucharest, 1990
- Vasile Niculae, Ion Ilincioiu, Stelian Neagoe, Doctrina ţărănistă în România. Antologie de texte ("Peasant Doctrine in Romania. Collected Texts"), Editura Noua Alternativă, Social Theory Institute of the Romanian Academy, Bucharest, 1994
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Vasile (Basil), the butler of the Arizan household, 1897
-
End of Leave, 1898
-
Good Deal, 1899
-
Rag Picker, 1908
-
Deserter, 1908
-
Woman Portrait, 1908
-
Lost in Calculations, 1909
-
The Children of the Painter, 1914
-
Self-portrait
-
Povestirea (Prevestirea) răscoalei din 1907
-
Înainte de 1907
-
Blestemul
-
1907
-
Pribeagul {1910}
-
Propagandistul {1914}
-
La Sfat
-
Recunoasterea
-
Inmormantarea
-
Historia