Obsidian
Obsidian | |
---|---|
Minerallar | kvars, çöl şpatları |
Sərtlik | 5,5 ± 0,5 |
Sınığı | balıqqulağınabənzər sınıq[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Obsidian - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Haqqında
[redaktə | mənbəni redaktə et]Obsidian kimyəvi tərkibinə görə riolitlərə və digər turş süxurlara uyğun gələn, əsasən (65-75 %) silisium oksidindən ibarət qabıqvari sınıqları olan vulkanik şüşədir. Tünd – qara, tünd-qəhvəyi, tünd-boz rəngli obsidianlar ən geniş yayılmışdır. Həm müntəzəm, həm də xal-xal və dalğavari boyanmış obsidianlara rast gəlinir. Axırıncıların qeyri-müntəzəm boyanması onlarda incəsəpələnmiş hematitin olması ilə əlaqədardır. Çox kiçik qaz möhtəvilərinin olmasına görə cürbəcür bərq vuran tünd rəngli obsidian irizatsiya edən obsidian adlanır. İrizatsiya edən obsidian, adətən, qızılı, gümüşü, sədəfi, hərdənbir bənövşəyi, yaşıl, mavi və s. rəng çalarları ilə səciyyələnir. Birrəngli obsidianla yanaşı, həmçinin onun müxtəlif rəngli zolaqların növbələşməsi ilə fərqlənən zolaqlı növ müxtəlifliklərinə də rast gəlinir. Tapıldığı mühüm yerlər: Qlas-Butts, Litl-Leyk, Qlas (ABŞ); Lipar adaları (İtaliya); İslandiya; Arteni, Qyadis (Ermənistan); Gürcüstan və b. Azərbaycan ərazisində Kəlbəcər rayonunda Keçəldağ irizatsiya edən obsidian yatağı yerləşir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]İrizatsiya edən obsidian zərgərlikdə məmulat daşı kimi istifadə edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.