Novruz Novruzov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Novruz Novruzov
bayraq
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
5 aprel 2019-cu ildən
ƏvvəlkiAsif Hüseynov
bayraq
Şabran Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
28 iyun 2007 – 5 aprel 2019
ƏvvəlkiSündüz Babayeva
SonrakıAsif Hüseynov
bayraq
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
22 iyun 2002 – 28 iyun 2007
ƏvvəlkiFazil Yusifov
SonrakıElşən Abbasov
bayraq
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
19 sentyabr 1995 – 22 iyun 2002
ƏvvəlkiAtaxan Şiriyev
SonrakıFüzuli Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1954(1954-05-02) (70 yaş)
Doğum yeri

Təltifləri "Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı.

Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974–1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur.

1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987–1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir.

1993-1995-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, partiya təşkilat şöbəsinin müdir müavini olmuşdur. 1995-ci ildə VHP üzvlüyündən istefa vermişdir.

1995–2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Ədəbi Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Novruz Nəcəfoğlu (Novruzov) – 1954-cü ilin may ayının 2-də Lerik rayonun Zövnə kəndində anadan olub. Hələ cavan yaşlarından dövlət qulluğunda çalışsa da, ədəbiyyata meyl göstərib. Şeir və publisistik yazıları ilə mətbuatda çıxış edib.

N. Nəcəfoğlunun "Azərbaycan", "Ulduz", "Qobustan" dərgilərində, "525-ci" qəzetdə və digər mətbuat orqanlarında çap olunan hekayə və povestləri çap olunub.

Yazıçının "Bir qış gününün xatirəsi", "Yollar uzanan gün", Keçən cavan çağım ola…" "Atüstü bir nağıl", "Bir mən oyaqdım", "Nağıl adam", "Yuxuya gedib gecə" kitabları maraqla qarşılanıb. Müəlifin "İçimdə bir ocaq var" kitabında şeirləri, "Unudulmazlıq haqqı" kitabında oçerkləri toplanıb. Yazıçının ədəbi yaradıcılığı ilə bağlı "Yurd yaddaşı" kitabı çap olunub.

Novruz Nəcəfoğlunun (Novruzovun) xarici ölkələrə səfər təəssüratları ilə bağlı yazdığı "Dünya duracaq yer deyil", "Sinqapur – Böyük dünya şəhəri, iddialı ölkə" "Gördüyüm və eşitdiyim Yaponiya" kitabları publisistikamızın diqqət çəkən nümunələri kimi qiymətləndirilib.

Novruz Nəcəfoğlunun uşaqlar üçün "Nəcəflə üz-üzə" "Ən böyük adam" "Tufan" və İngilis dilində "Tural, Humay and Nijat" kitabları çap olunmuşdur.

Novruz Nəcəfoğlunun "Çarəsiz yolçu", "Bəmbəyaz keçiddə" əsərləri Türkiyə türkcəsində, "Oтнаянная пътница" kitabı Rus dilində çap edilib..

Novruz Nəcəfoğlu Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, Türkiyə Elm və Ədəbiyyat birliyi olan "İlesam" təşkilatının üzvüdür.

Şeirlərinə musiqi bəstələnib.

Bir neçə beynəlxalq mükafatların laureatıdır.