Ninqican
Ninqican | |
---|---|
39°47′ şm. e. 46°57′ ş. u.HGYO | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Ninqican və ya Nnkican[1][2] — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun[3] Cəmiyyət[4] kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur[1][2][5]. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir[6][7].
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan SSR-nin 1 yanvar 1961-ci[1] və 1 oktyabr 1963-cü[2] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun Nnki kənd Sovetinin tərkibində Nnki (indiki Cəmiyyət[4]), Nnkican kəndləri göstərilir. Azərbaycan SSR-nin 10 iyul 1968-ci[5] və 1 yanvar 1977-ci[8] illər üçün tərtib olunmuş inzibati ərazi bölgülərində Nnkican kəndi həmin rayonun tərkibində artıq göstərilmir, rayonun Ninki kənd Sovetinin tərkibində isə yalnız Ninki (indiki Cəmiyyət[4]) kəndi göstərilir.
Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Martuni rayonunun Xocavənd rayonu adlandırılması, Hadrut rayonunun ləğvi, ləğv edilmiş Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilməsi qərara alındı[3]. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə Ninki kəndi Cəmiyyət adlandırılmışdı[4]. Bununla, vaxtılə mövcud olmuş Nnkican kəndinin ərazisi hal hazırda Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur, amma hal hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında Nnkcan adında kənd qeyd olunmur[6][7].
Birinci Qarabağ müharibəsinin nəticəsində keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin və 2023-cü il sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində keçmiş kəndin ərazisi Azərbaycanın nəzarətinə qayıtmışdır[9].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: AZƏRNƏŞR. 1961. 172–173.
- ↑ 1 2 3 Азербайджанская ССР АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ ДЕЛЕНИЕ (2). Баку: Азернешр. 1964. 151–152.
- ↑ 1 2 "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
- ↑ 1 2 3 4 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 29 dekabr 1992-ci il. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-15.
- ↑ 1 2 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ (3). Bakı: Azərnəşr. 1968. 113.
- ↑ 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 59–60.
- ↑ Azərbaycan SSR İnzibati-ərazi bölgüsü (4). Bakı: Azərnəşr. 1979. 115.
- ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |