Nazim Məmmədov (rejissor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nazim Məmmədov
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti Rejissor
Təhsili
IMDb ID5745669

Nazim Məmmədov (1934, Bakı29 oktyabr 2004, Bakı) — rejissor, kino rəssamı, animator.

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub.[1]

1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada "Soyuzmultfilm"də rəssam-multplikator kimi bitirmişdir. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləmişdir. O, uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. O, filmlərdə,kinooçerk və kinojurnallarda Animator işləmişdir. O, ilk dəfə 1988-ci ildə Respublikada beş hissəli "Göyçək Fatma" cizgi film-operasını yaratmışdır.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.[2]

2016-cı ilin sentyabrında Port Baku Mallda Nazim Məmmədovun 50-dən çox[3] əsərinin yer aldığı sərgisi açılmışdır.[4] 2017-ci ildə Art Tower qalereyasında rəssamın şəxsi kolleksiyada olan əsərləri ilk dəfə sərgilənib.[5]

  1. Aslan və iki öküz (film, 1970)
  2. Ayı və siçan (film, 1970)
  3. Cırtdan (film, 1969)
  4. Cırtdanın yeni sərgüzəşti (film, 1973)
  5. Fitnə (film, 1970)
  6. Göyçək Fatma (film, 1988)
  7. Humayın yuxusu (film, 1985)
  8. Xeyir və Şər (film, 1980)
  9. Karvan (film, 1995)
  10. Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967)
  11. Qozbeli qəbir düzəldərmi? (film, 1972)
  12. Sehrlənmiş küpə (film, 1979)
  13. Sonrakı peşmançılıq (film, 1978)
  14. Şah və xidmətçi (film, 1976)
  15. Şahzadə-qara qızıl (film, 1974)
  16. Talada ev (film, 1986)
  17. Toplan və kölgəsi (film, 1977)
  18. Tülkü həccə gedir (film, 1971)
  19. Yerli kadr təsdiqə gedir (film, 1973)
  1. "Azərbaycanda ilk cizgi filmlərini o çəkib". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
  2. "Rejissor-rəssam Nazim Məmmədovun xatirə sərgisi açılıb". 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-21.
  3. AzərTAc. "Tanınmış rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb" (az.). AzərTAC. 03.09.2016. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  4. Lider TV. "Səda - Rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunan sərgi açılıb" (az.). Youtube.com. 03.09.2016. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.
  5. Lider TV. "Nazim Məmmədovun xatirəsinə həsr edilən sərgi keçirilib" (az.). Youtube.com. 08.12.2017. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-08.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 49; 313-318.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
  • Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi. "NAZİM MƏMMƏDOV" (az.). animation.az. 2016-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]