NATO kod adı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar.

Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, AvstraliyaYeni Zelandiya daxildir.

Adlandırma qaydaları

[redaktə | vikimətni redaktə et]

NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır.

  • A — hava-hava tipli raketlər (Air-to-Air missiles)
  • B — bombardman təyyarələri (Bomber)
  • C — yük təyyarələri (Cargo)
  • F — qırıcı təyyarələr (Fighter)
  • G — yer-hava tipli raketlər (Ground-to-Air)
  • H — vertolyot (Helicopter)
  • K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
  • M — başqa kateqoriyalara daxil olmayan, müxtəlif məqsədlər üçün nəzərdə tutulan təyyarələr (Miscellaneous)
  • S — yer-yer tipli raketlər (Surface-to-Surface missiles)
  • F – döyüş təyyarələri (Fighter aircraft)
  • Bbombardmançı təyyarələr (Bomber aircraft)
  • C – mülki/sərnişin təyyarələri (Commercial aircraft)
  • H -- helikopter (Helicopters)
  • M – digər tipli təyyarələri (Miscellaneous)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]