Mostar Universiteti
Mostar Universiteti | |
---|---|
Sveučilište u Mostaru Universitas studiorum Mostariensis | |
43°20′32″ şm. e. 17°48′08″ ş. u.HGYO | |
Əsası qoyulub | 1977 |
Tip | Dövlət |
Rektor | Lerpa Ostoiç |
Şəhər | Mostar |
Ölkə | |
Sayt | sum.ba |
Mostar Universiteti (xorv. Sveučilište u Mostaru, lat. Universitas Studiorum Mostariensis) — Bosniya və Herseqovinanın Mostar şəhəri, Rodno rayonu ərazisində yerləşən universitet. Ölkədə olan yeganə universitetdir ki, bütün təhsil prosesi xorvat dilində aparılır.
Mostar Universitetinin kökləri Franciskan ilahiyyat məktəbinin yaradıldığı 1895-ci ilə aiddir[1]. 1950-ci ildə Mostarda ali təhsil məktəbi təşkil olunur. 1959-cu ildə Ali texniki məktəb, 1960-cı ildə isə ali kənd təsərrüfatı məktəbi təşkil olumuşdur.
Universitet 11 fevral 1977-ci ildə təşkil olunmuşdur. İlk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur. Universitet təşkil olunarkən 4 fakültə, 1 kollec və 2 institutdan ibarət idi. 1977/1978 tədris ilində universitetdə 5016 tələbə təhsil alırdı[2].
1992-ci ildə başlanan Bosniya müharibəsi zamanı universitet bugünkü adını almışdır. Bundan sonra universiteti rəsmi dili xorvat dili olur. 1993-cü ildə Universiteti tərk etmiş müsəlman professorlar Mostarda ikinci ali təhsil müəsisəsini təşkil etmişlər. Ali təhsil ocağı Camal Biediç Universiteti adlanır. O keçmiş Yuqoslaviya hərbi kazarmalarından birində yerləşir.
Universitetdə hazırda 14 000 tələbə təhsil alır. Omlarda 17 % Xorvatiya[3] vətənfdaşlarıdır. Universitetin 1000 əməkdaşı vardır. Universitetdə 10 fakültə, incəsənət akademiyası, 8 institut və tələbə mərkəzi vardır. Bakalavr və magistr üçün hazırlanan proqram Boloniya qaydaları ilə uyğunlaşdırılır[4]. Universitetin rektoru Lerpa Ostoiçdir[5]. Universitet Böyük Xorvat bazarı q, 1[6] ünvanında yerləşir. Universitetin çap vərəqəsində Fransiskan monastırının binasını təsvir edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "International Summer School - Sveučilište u Mostaru" (PDF). 2017-10-24 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ Enciklopedija Jugoslavije: Bje-Crn Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine. Jugoslavenski Leksikografski Zavod, 1980
- ↑ Gudelj, Jurica. "Nova akademska godina: U Mostaru više od 21.000 studenata". Oslobođenje (xorvat). 4 August 2014. 16 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2014.
- ↑ "Sveučilišta u Mostaru: O nama". 2017-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
- ↑ Sveučilišta u Mostaru: Rektorat Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine, abgerufen am 2. April 2015
- ↑ Договоры и соглашения ОмГУПСа с зарубежными вузами Arxivləşdirilib 2017-07-22 at the Wayback Machine (rus.)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt Arxivləşdirilib 2014-02-16 at the Wayback Machine