Mirxəyal Kərimzadə
Mirxəyal Kərimzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Dəfn yeri | Lənkəran, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Mirxəyal Kərimzadə (tam adı: Mirxəyal Valeh oğlu Kərimzadə; 10 yanvar 1999; Lənkəran — 3 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mirxəyal Kərimzadə Lənkəran şəhəri. Orta təhsilini Lənkəranda öncə 9, sonra isə 7 saylı orta məktəbdə almaqla 2016-cı ildə başa vurmuş sonra isə kompüter kursunda təlim almışdır. Subay idi. Kompüter texnologiyaları mütəxəssisi kimi çalışırdı.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]2017-2018-ci illərdə Naxçıvanda ağır artilleriya bölümündə atıcı kimi xidmət göstərmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Mirxəyal Kərimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak edərək sentyabrın 28-i cəbhəyə yollanmışdır. Əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilmişdir. Füzuli əməliyyatında və Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak etmişdir. Komandir və döyüş yoldaşlarının söylədiklərinə görə, ələlxüsus Füzuli rayonunun Yuxarı Veysəlli kəndinin düşmən işğalından azad edilməsində xüsusi igidlik və şücaət göstərmişdir. Noyabrın 3-ü səhər saatlarında Xocavənd uğrunda gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv etmişdir. Yaralanmış komandirini və bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilkin tibbi yardım göstərmişdir. Zirehli üst geyimini çıxardaraq yaralı komandirinin üstünə atmış və onu xilas edə bilmişdir. Özü isə yenidən döyüşə qayıtmış, az sonra qarın boşluğuna dəyən güllə nəticəsində həlak olmuşdur. 9 Noyabr Lənkəran şəhərinin kiçik bazar qəbiristanlığında dəfn olunmuşdur.
Əsgər Kərimzadə Mirxəyal Valeh oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı[1], Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı[2], Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı[3] və Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı[4] ilə təltif edilmişdir.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mirxəyal Kərimzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[6]
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[7]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[8]
- (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)[9]
- (05.11.2021) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- ↑ "Arxivlənmiş surət". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
- ↑ "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Arxivlənmiş surət". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
- ↑ Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- ↑ Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı". www.president.az. 05.11.2021. 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2021.
- 10 yanvarda doğulanlar
- 1999-cu ildə doğulanlar
- 21 yaşında vəfat edənlər
- 3 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər