18°57′ c. e. 44°34′ q. u.HGYO

Minas-Jerays

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Minas-Jerays
Estat de Minas Gerais
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

18°57′ c. e. 44°34′ q. u.HGYO


Ölkə
İnzibati mərkəz Belu-Orizonti
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 586.514 km² (2020)[2]
Hündürlük
1.193 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.539.989 nəf. (2022)[3]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-MG
Rəsmi sayt
Minas-Jerays xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Minas-Jerays (port. Minas Gerais) — Braziliyanın şərqində yerləşən ştat. Şimaldan Baiya, şərqdən Espiritu-SantuRio-de-Janeyro, cənubdan San-Paulu, qərbdən isə QoyasMatu-Qrosu-du-Sul ştatları ilə sərhədə malikdir. Üstəlik Federal dairə ilə şimal-qərbdən kiçik sərhədi vardır[4]. İnzibati mərkəzi Belu-Orizonti şəhəridir.

Minas-Jerays əhalisinin sayına görə ikinci, sahəsinə görə isə Braziliyanın dördücü ştatıdır. Portuqalcadan tərcümədə «əsas yataq (mədən)»[5] anlamını verir.

Ştat Braziliya öndağlığının şərqində, ən yüksək ərazisində yerləşir. Atlantik okeana çıxışı yoxdur. Ştat ərazisinin 90 % 300 metrdən yüksək, 25 % 600-1500 arası ərasiləri əhatə edir. Bu isə onun Braziliyanın ən hündür ərazilərdə yerləşən ştatı olmasınl deməyə əsas verir[6].

Şərq hissəsini Atlantik meşələr örtür. Nisbətən quru iqlimə malikdir. Digər ərazilərdə alcaq kollar yayılmışdır.

Minas-Jerays ərazisi insanları özünə əsasən XVIII əsrdən cəlb etmişdir. Bu ərəfələr bölgədə Qızıl, Almas və digər qiymətli daş-qaşlar aşkarlanmışdır.

Ştatın iık paytaxtı Mariana şəhəri olmuşdur. Sonradan paytaxt Oru-Pretuya köçürülür. Şəhər Cənubi Amerikanın ən iri şəhərlərindən birinə çevrilmişdir. Artıq XIX əsrin sonlarından ehtiyatların tükənməsi ilə şəhər öz əhəmiyyətini itirmişdir. Yeşi paytaxt isə qısa müddətə inşa edilən Belu-Orizonti olmuşdur.

Əhalisi rəngarəngliyi ilə seçilir. Bu qarışıqlığın əhalinin tərbikində görünüşü belədir:

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

İnzibati cəhətdən 12 mezoregiona və 66 mikroregiona bölünür.

Minas-Jerays Braziliyanın əsas dağ-mədən sənayesinə malik ştatıdır. Burada qızıl, almaz, boksid, qrafit, nikel, dəmir filizi, uran və marqans kimi faydalı qazıntılar çıxarılır[5][7].

Ştatda əkinçilik və maldarlıq belə inkişaf etdirilir. Kofe, şəkər qamışı, sitrus meyvələri, tütün və dənli bitkilər əkilir. Hazlrda ştat Braziliyanın ən inkişaf etmiş bölgələrindən biridir.

Minas-Jerays ştatının bayrağı ölkədə olan ştatlar arasında ən qədimidir. Bu bayraq braziliyalılar tərəfindən yaradılarkən ölkənin bayrağı kimi nəzərdə tutulmuşdur. Ancaq 1963-cü ildən yalnız ştat bayrağı kimi təstiqlənmişdir.

Bayraqda təsvir olunan kəlmə («Libertas quæ sera tamen») latıncadan tərcümədə «Azadlıq, hətta tezliklə olmasa belə»[8] anlamını verir.

Minas-Jeraysda məşhur futbolcu Pele ananadan olmuşdur. O, 14 yaşında Santosa köçmüşdür. Ən iri stadionu Mineyraodur. Kruzeyru və Atletiko Mineyro əsas futbol klublarıdır.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. https://www.ibge.gov.br/en/cities-and-states/mg.html.
  3. https://censo2022.ibge.gov.br/panorama/.
  4. "Minas-Jerays". 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  5. 1 2 "Minas". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  6. "Minas-Jeyras ştatı. Coğrafiya". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  7. "Minas-Jerays". 2019-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  8. Minas-Jerays ştatının bayrağı[ölü keçid].