Maykl Levitt

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maykl Levitt
ing. Michael Levitt
Doğum tarixi 9 may 1947(1947-05-09)[2][3] (77 yaş)
Doğum yeri
Elm sahələri Bioinformatika, siyasət[1]
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
csb.stanford.edu/levitt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Levitt (ing. Michael Levitt; 9 may 1947[2][3], Pretoriya) — britaniyalı, israilliamerikalı biofizik, "Mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin təkmilləşdirilməsinə görə" kimya üzrə Nobel mükafatı almışdır (Martin Karplus və Are Varşel ilə bərabər). ABŞ Milli Elmlər Akademiyasının üzvü, 1987-ci ildən Stenford Universitetinin professorudur.

Maykl Levitt 9 may 1947-ci ildə[5] Cənubi Afrikanın Pretoriya şəhərində yəhudi ailəsində anadan olmuşdur. Anası — Gertruda Levitt (Ştern nəslindən, 1915-ci il təvəllüdlü), ailəsi Bohemiyadan Cənubi Afrikaya köçmüşdür.[6]

1964-cü ildə İngiltərəyə köçmüş, burada London Kral Kollecində təhsil almış və 1967-ci ildə fizika üzrə Bakalavr səviyyəsini bitirmişdir.[7][8][9] 1967–1968-ci illərdə Rexovotdakı Veizmann İnstitutunda Şneur Lifsonun laboratoriyasında təcrübə keçmişdir (onun müəllimi Arye Varşel idi).

O, 1971-ci ildə Gonvill & Kiyz Kollecində hesablama biologiyası üzrə fəlsəfə doktoru dərəcəsi almış, sonra Veizmann İnstitutunda Şneur Lifson ilə postdoktorluq təcrübəsinə davam etmişdir (1972–1974-cü illərdə) və Kembricdəki Molekulyar Biologiya Laboratoriyasına 1974-cü ilin oktyabrında elmi işçi kimi qəbul olmuşdur.[10] 1979–1987-ci illər arasında M. Levitt əvvəlcə dosent, 1984-cü ildən isə İsrailin Veyzman Elm İnstitutunda kimyəvi fizika üzrə professor (1980–1983-cü illərdə həm də bu institutda kimyəvi fizika kafedrasının müdiri) olmuşdur.[11]

1987-ci ildən Stenford Universiteti Tibb Fakültəsinin Struktur Biologiya kafedrasının professoru, 1993–2004-cü illər arasında isə bu kafedranın müdiri vəzifəsində işləmişdir.

2016-cı ildə o, Qrinpis, Birləşmiş Millətlər Təşkilatı və bütün dünya hökumətlərini geni dəyişdirilmiş orqanizmlərə (GMO) qarşı mübarizəni dayandırmağa çağıran bir məktub imzalamışdır.[12][13][14]

Levitt klassik molekulyar dinamika metodunu DNTzülal molekullarına ilk tətbiq edənlərdən biri olmkş və bu məqsədlər üçün ilk proqram təminatını işləyib hazırlamışdır.[15][16][17][18] M. Levitt həmçinin CASP eksperimentində (CASP-Zülal Strukturunun Proqnozunun Kritik Qiymətləndirilməsi; zülal strukturlarının proqnozlaşdırılmasında genişmiqyaslı təcrübədir. 1994-cü ildən iki ildən bir keçirilir.) iştirak edərkən makromolekulyar strukturları proqnozlaşdırmaq üçün metodlar hazırlamışdır.[19] Mark Herştein və Ram Samudral[20] kimi alimlərin elmi məsləhətçisi olmuşdur. M. Levitt həmçinin Sayrus Çotiya ilə əməkdaşlıq edirdi.

Onun tələbələri arasında Stiven Brenner, Sayrus Çotia, Valeri Daggett, Mark Gerşteyin, Julian Gof Ram, Qunnar Şreder, Gaurav Çopra, Piter Minari, Avraam Olivye Samson, Syuhyi Huang və başqaları kimi məşhur professorlar vardır.[21]

Həyat yoldaşı: Rina Levitt — heykəltəraş, rəssam;

Bu evlilikdən onların 3 oğlu dünyaya gəlmişdir.[22][23][24]

Mükafat və fəxri fərmanları

[redaktə | mənbəni redaktə et]

M. Levitt 1983-cü ildən EMBO (Avropa Molekulyar Biologiya Təşkilatı; Abr: EMBO. Bu təşkilat molekulyar həyat elmləri sahəsində Avropanın aparıcı təşkilatıdır, istedadlı alimləri axtarır və onları həvəsləndirir) təşkilatının üzvüdür,[25]

2001-ci ildən Kral Cəmiyyətinin (FRS) üzvüdür[26]

2002-ci ildən Milli Elmlər Akademiyasının seçilmiş üzvüdür[27]

2013-cü ildə Martin Karplus və Are Varşel ilə bərabər "mürəkkəb kimyəvi sistemlər üçün çoxölçülü modellərin hazırlanmasına görə" Kimya üzrə Nobel Mükafatını almışdır.[28]

2014-cü ildə Hesablama Biologiyası Elmləri üzrə DeLano Mükafatını almışdır[29]

2015-ci ildə Beynəlxalq Hesablama Biologiyası Cəmiyyəti tərəfindən ISCB üzvü seçilmişdir[30][31][32][33]

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Michael Levitt // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Michael Levitt // Munzinger Personen (alm.).
  4. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  5. Michael Levitt // Munzinger Personen (нем.)
  6. Stanford Biologist Wins Nobel Prize for Chemistry
  7. Michael Levitt "The birth of computational structural biology". Дата обращения: 14 ноября 2013. Архивировано из оригинала 16 марта 2003 года.
  8. ‘LEVITT, Prof. Michael’, Who's Who 2013, A & C Black, an imprint of Bloomsbury Publishing plc, 2013; online edn, Oxford University Press.
  9. アーカイブされたコピー. Дата обращения: 4 сентября 2014. Архивировано 22 марта 2012 года. Michael Levitt CV
  10. Levitt, Michael Conformation analysis of proteins. University of Cambridge (1972). Дата обращения: 4 мая 2020. Архивировано 17 января 2021 года.
  11. Curriculum vitae Архивировано 15 июля 2010 года.
  12. 107 Nobel laureates sign letter blasting Greenpeace over GMOs. Дата обращения: 30 июня 2016. Архивировано 29 июня 2016 года.
  13. Laureates Letter Supporting Precision Agriculture (GMOs). Дата обращения: 30 июня 2016. Архивировано 7 июля 2016 года.
  14. Список нобелевских лауреатов подписавших письмо. Дата обращения: 30 июня 2016. Архивировано 2 сентября 2017 года.
  15. PMID 2687698
  16. PMID 934293
  17. PMID 985660
  18. PMID 957439
  19. PMID 20589633
  20. Michael Levitt. Microsoft. Дата обращения: 9 октября 2013. Архивировано 7 января 2014 года.
  21. Alumni (англ.). Michael Levitt Lab. Дата обращения: 4 марта 2021. Архивировано 12 марта 2021 года.
  22. Michael Levitt wins Nobel Prize in Chemistry. Дата обращения: 9 октября 2013. Архивировано из оригинала 10 октября 2013 года.
  23. Rina Levitt. Дата обращения: 9 октября 2013. Архивировано 9 октября 2013 года
  24. Ceramics Artists Association of Israel (недоступная ссылка)
  25. Анон (1983)."Профиль Майкла Левитта EMBO".people.embo.org. Гейдельберг:Европейская организация молекулярной биологии.
  26. Əvvəlki cümlələrdən birinə və ya bir neçəsinə royalsociety.org saytından mətn daxildir:

    "Üzv olduğu təşkilatların profil səhifələrində "Tərcümeyi-hal" başlığı altında dərc edilən bütün mətnlər Creative Commons Attribution 4.0 Beynəlxalq Lisenziyası ilə lisenziyalaşdırılmışdır." —

  27. "Майкл Левитт" . Справочник участников . Национальная академия наук . Получено 6 ноября 2016 г.
  28. "Нобелевская премия по химии 2013 года" (PDF) . Nobelprize.org . Получено 22 марта 2017 г.
  29. "2014 ASBMB Annual Awards: DeLano Award for Computational Biosciences" . Asbmb.org. Архивировано из оригинала 22 января 2015 г. Получено 22 января 2015 г.
  30. "20 февраля 2015 г.: Встречайте класс стипендиатов ISCB 2015 года" . Iscb.org. Архивировано из оригинала 20 февраля 2015 г. Получено 22 марта 2017 г
  31. Anon (2017)."ISCB Fellows".iscb.org. Международное общество вычислительной биологии. Архивировано изоригинала20 марта 2017
  32. https://en.wikipedia.org/wiki/Michael_Levitt_(biophysicist)
  33. https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%B2%D0%B8%D1%82%D1%82,_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB