Maqma
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır.
Geomorfoloji termin
[redaktə | mənbəni redaktə et]Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir.[1]
Kimyəvi tərkibi
[redaktə | mənbəni redaktə et]Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur. Maqmanın yuxarıya hərəkəti zamanı uçan komponentlərin miqdarı azalır. Qazsızlaşdırılmış maqma yerin üzünə çıxır və lava adlanır.
Maqmanın növləri
[redaktə | mənbəni redaktə et]Bazalt maqması
[redaktə | mənbəni redaktə et]Bazalt maqması — müxtəlif bazalt tipləri və onların dərinlik analoqunu əmələ gətirən maqmatik ərintilərin məcmusu. Geniş yayılmış maqma növüdür. Onun tərkibində 50% silisum-dioksid, yüksək miqdarda alüminium, kalsium, dəmir və maqnezium, kiçik miqdarda natrium, kalium və fosfor vardır. Kimyəvi tərkibinə görə bazalt maqması toleit və olivin-bazalt olaraq iki qrupa bölünürlər.
Yoder və Tilliyə görə (1955), bazalt ərintilərinin bütün təbii növləri normativ tərkiblərinə görə 5 qrupa bölünür:
- normativ kvarslı və hiperstenli SiO2 ilə ifrat doymuş toleitlər;
- normativ hiperstenli SiO2 ilə doymuş toleitlər;
- normativ hiperstenli və olivinli SiO2 ilə doymamış olivinli toleitlər;
- normativ olivinli bazaltlar;
- normativ nefelinli və olivinli qələvi bazaltlar.
Bazalt maqmasının mənşəyini üst mantiyanın pirolit materiallarının selektiv ərinməsi ilə əlaqələndirirlər.[2]
Qranit maqması
[redaktə | mənbəni redaktə et]Qranit maqmasının tərkibi 60–65% silisium dioksiddən ibarətdir. O daha az sıxlığa və özlülüyə malidkir, bazalt maqamsına nisbətən daha çox qazla dolğundur.
Maqmanın hərəkət xarakterindən və onun donma yerindən asılı olaraq, iki növ maqmatizm mövcuduur: intruziv və effuziv. Birinci halda maqma yerin dərinliyində soyuyur və kristallaşır, ikinci halda o yerin üstündə və ya ona yaxın yerdə (5 km-ə qədər) soyuyur.
Maqmanın kristallaşması
[redaktə | mənbəni redaktə et]İstənilən maqma əintisi tarazlığa can atan mayedən, qaz və bərk kristallardan ibarətdir. Temperatur, təzyiq, qazın tərkibindən və digər amillərdən asılı olaraq ərinti dəyişir və onun tərkibində əmələ gələn mineral kristalı dəyişir: biri əriyir, digəri yenidən yaranır və maqamnn bütün həcmi daimi təkamülə məruz qalır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Maqma // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
- ↑ Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.