Məmmədtağı Qəniyev
Məmmədtağı Qəniyev | |
---|---|
Məmmədtağı Qasım oğlu Qəniyev | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Atası | Qasım Qəniyev |
Elm sahələri | mikrobioloq, epizootoloq |
Elmi dərəcəsi | baytarlıq elmləri doktoru (1944) |
Təhsili | Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutu |
Tanınır | professor |
Üzvlüyü | AMEA-nın həqiqi üzvü (1962) |
Mükafatları | Azərbaycan SSR Əməkdar elm xadimi (1958) |
Məmmədtağı Qasım oğlu Qəniyev (9 may 1907, Şamaxı - 24 may 1979, Bakı) ― baytarlıq elmləri doktoru (1944), professor, mikrobioloq, epizootoloq, dövlət xadimi, pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1958), SSRİ Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının üzvü, Azərbaycan SSR EA-nın həqiqi üzvü (1962).[1][2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Məmmədtağı Qəniyev 9 may 1907-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1920-ci ildə S.Orconikidze adına hərbi hazırlıq məktəbinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Elə həmin il Leninqrad hərbi rabitə məktəbinə göndərilmişdir. Lakin sağlamlığı ilə əlaqədar 1927-ci ildə hərbi təhsildən azad edilmiş və Bakıya qayıtmışdır. 1928-ci ildə M.Ə.Sabir adına orta məktəbi bitirən Məmmədtağı Qəniyev 1928-1932-ci illərdə Zakfederasiya adına Yerevan Baytar-Zootexnika İnstitutunda ali təhsil almışdır.[1][3]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məmmədtağı Qəniyev 1932-1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Mikrobiologiya kafedrasının dosenti və direktoru vəzifəsini icra etmişdir. O, 1943-1947-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Stansiyasının direktoru, 1947-1955-ci illərdə direktor müavini, 1955-1970-ci illərdə isə həmin stansiyanın əsasında yaradılmış institutun direktoru olmuşdur. Daha sonra 1970-1971-ci illərdə Zoologiya İnstitutunda mikrobiologiya bölməsinin, 1971-ci ildən isə həmin bölmənin böyük elmi işçisi kimi fəaliyyət göstərmişdir.[2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Məmmədtağı Qəniyev 1936-cı ildə baytarlıq üzrə fəlsəfə, 1944-cü ildə elmlər doktorluğu dissertasiyası müdafiə etmişdir. 1958-ci ildə SSRİ Kənd Təsərrüfatı Akademiyasının, 1962-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir. Məmmədtağı Qəniyevin əsas elmi fəaliyyəti iribuynuzlu heyvanlarda pasterellyoz xəstəliyinin tədqiqi ilə bağlı olmuşdur. Belə ki hazırlanan vaksin 1949-cu ildən sənaye miqyasında kütləvi istehsal edilməyə başlanmışdır. Sonralar vaksinin daha effektli variantı hazırlanmış, 1966-cı ildə keçmiş SSRİ Kənd Təsəsrrüfatı Nazirliyi tərəfindən müsbət rəy alınaraq preparat kimi təsdiq olunmuş və geniş şəkildə tətbiq edilmişdir.[1][3]
Eyni zamanda Məmmədtağı Qəniyev Ə. Ənnağıyev ilə birlikdə listerioz xəstəliyinə qarşı vaksin təklif etmiş və bu vaksin 1965-ci ildə keçmiş SSRİ Kənd Təsəsrrüfatı Nazirliyinin Elmi Texniki Şurası tərəfindən təsdiq edilərək və kütləvi istehsalına başlanmışdır. Akademik M.Q.Qəniyevin arasında monoqrafiya və dərsliklər olan 200-dən artıq elmi əsəri nəşr olunmuşdur. Alimin 1933-cü ildə "Mikrobiologiyanın əsasları" adlı dərsliyi işıq üzü görmüşdür. Məmmədtağı Qəniyevin rəhbərliyi ilə 36 fəlsəfə və elmlər doktoru hazırlanmışdır.[1][2][3][4]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Məmmədtağı Qəniyev 24 may 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.[1][2][3]
Mükafatları
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 "Qəniyev Məmmədtağı Qasım oğlu" (Azərbaycan). science.gov.az. 17-09-2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 "Qəniyev Məmmədtağı Qasım oğlu" (Azərbaycan). shamakhi-encyclopedia.az. 24-03-2017 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 4 5 6 "QƏNİYEV MƏMMƏDTAĞI QASIM OĞLU" (Azərbaycan). www.nkpi.az. 10-10-2022 tarixində arxivləşdirilib.
- ↑ "Dünya şöhrətli baytarlıq mikrobioloqu". Xalq Qəzeti (ingilis). 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.