Məhərrəm Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məhərrəm Qasımov
29 iyul 2000 – 3 noyabr 2020
SonrakıƏjdər Əliyev[1]
Şəxsi məlumatlar
Doğum tarixi 1953
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Məhərrəm Qasımov (1953, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri (2000–2020).

1953-cü ildə Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Kərimbəyli kənd orta məktəbini bitirmişdir. Əmək fəaliyyətinə Bakı şəhərində H.Z.Tağıyev adına Toxuculuq Kombinatında fəhlə kimi başlamış, 1972–1974-cü illərdə Sovet Ordusu sıralarında keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə kiçik leytenant rütbəsində hərbi qulluğunu başa vurduqdan sonra, təhsilini davam etdirərək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1980-ci ildə oranı iqtisadçı ixtisası üzrə bitirərək təyinatla Naxçıvan Şüşə Qablar zavoduna iqtisadçı vəzifəsinə göndərilmiş, əmək və əmək haqqı şöbəsinin, daha sonra plan iqtisad şöbəsinin rəisi vəzifələrində işləmiş, ictimai əsaslarla zavod Həmkarlar Təşkilatının sədri, ilk Partiya Təşkilat katibi olmuş, 1984–1985-ci illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsində təlimatçı, 1985–1996-cı illərdə Naxçıvan Tikiş Fabrikinin direktoru, 1996–2000-ci illərdə Naxçıvan şəhər Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsində işləmişdir.

Ailəlidir, 3 övladı, 7 nəvəsi var.

Siyasi fəalliyəti

[redaktə | mənbəni redaktə et]

2000-ci ildən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Sədri vəzifəsində çalışmışdır.

Müxtəlif dövrlərdə seçkilərin hazırlanıb keçirilməsində də iştirak etmişdir. Belə ki, 1980-ci il Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1984-cü il SSRİ Ali Sovetinə seçkilərdə dairə seçki komissiyasının sədri, 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində məntəqə seçki komissiyasının sədri, 1995-cil ildə Naxçıvan MR Ali Məclisinə seçkilərdə məntəqə seçki komissiyasının sədri, 1998-ci ildə Azərbaycan Respublikasının Prezident seçkilərində dairə seçki komissiyasının sədri, 1999-cu ildə Azərbaycan Respublikasının Bələdiyyə seçkilərində məntəqə seçki komissiyasının sədri kimi seçkilərin hazırlanıb keçirilməsində iştirak etmişdir. 2000-ci ildən isə 2020-ci ilədək Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri kimi Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Bələdiyyə seçkilərinin, Referendumların və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş bütün seçkilərin hazırlanıb keçirilməsində bir başa iştirak etmişdir.

Bitərəfdir. 4 kitab, 4 bülletenin müəllifidir.

  1. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-24.