Müzakirə:Qalstuk
Qalstuk və onun sinonimi
[vikimətni redaktə et]Salam, mən Qalstuk məqaləsinə boyunbağı sözünü sinonimi əlavə etmişdim. Lakin mənbəni nəzərə almayaraq bu sinonim geri qaytarıldı. Başqa nəzarətçilərin fikrini öyrənmək istəyirdim və bunu həll etməsini rica etmək istəyirdim:
Boyunbağı sözü Azərbaycan Dilinin İzahlı Lüğətinə görə (ikinci mənada) qalstuk deməkdir[1] buna əlavə olaraq Azərbaycan Dilinin Sinonimlər Lüğətində (Bakı 2007) 218-ci səhifədə qalstukun sinonimi boyunbağı kimi göstərilib. 1944-cü ilin "Rusca-Farsca-Azərbaycanca müxtəsər lüğət" kitabında rusca "галстук" sözünün tərcüməsi Azərbaycan dilində "qalstuk, boyunbağı" kimi verilib[2]. 1909-cu ilin Sultan-Məcid Qənizadənin Rusca-Azərbaycanca Lüğət (Русско-татарский словарь, Баку, 1909) 77-ci səhifədə rusca "галстук" sözünün tərcüməsi "boyunbağı" kimi verilib. Bu mənbələr mən ancaq 10-15 dəqiqə içində tapdığım mənbələrdir, amma məncə bunlar yetər ki boyunbağı sözü qalstuk məqaləsinə sinonim söz kimi əlavə olunsun və mənim dəyişiyim geri qaytarılmasın. İdarəçilərdən xahiş edirəm bu barədə mənə kömək olsunlar. Sebirkhan (müzakirə) 18:37, 11 noyabr 2023 (UTC)
- @Sebirkhan, siz bu cür əlavələri məqalələrin Adlandırma və ya Etimologiya bölmələrinə əlavə edə bilərsiz. İlk cümlədə ümumişlək olan sözlər verilir. Hamı da bilir ki, Azərbaycanda "boyunbağı" deyəndə ümumişlək olaraq "sep" nəzərdə tutulur. samral müzakirə 23:20, 12 noyabr 2023 (UTC)
- Salam, məncə çox adam "qalstuk" sözünü sadəcə "klassik qalstuk" (kostüm qalstuku) kimi düşünür. Amma bu elə deyil. Dediyiniz "sep" tipli aksessuarlar da əslində "qalstukun" (boyunbağının) bir növüdür (misal üçün Osmanlı tarixində Əbdülhəmid Sultan dəbə salmış "qalstuk" (boyunbağı) dediyiniz tip qalstukdur, və tarixdə bunu çox qeyd edirlər – şəkil, və eyni cür kütləvi mədəniyyətdə də işlənən zərgərlik tipli qalstuklar çox işlənilir – şəkil-2 ).
- Qalstukun bir neçə növünü saymaq olar:
- klassik qalstuk (qalstuk dediyində bir çox insanın ağlına gələn klassik geyim aksessuarı)
- pipion ("qalstuk-baboçka", kəpənək şəklində)
- pioner qalstuku (xüsusi şəkildə boğaza bağlanan qırmızı yaylıq)
- xorvat (kravat) qalstuku (yaxaya bağlanan şal) və bir sıra başqa qalstuklar həmçinin "sep"/"zərgərlik" tipli qalstuklar (boyunbağılar) Sebirkhan (müzakirə) 08:33, 13 noyabr 2023 (UTC)
- istifadəçi hesab edirəm ki, xoş niyyətlidir. istifadəçinin ümumi fəaliyyətinə nəzər yetimişəm. istifadəçi səhifəsindəki qeydlərdən də xəbərim var. amma, bu cür fəaliyyət xoş qəbul edilmir və qəbul edilmiş VP:BURADADEYİL prinsipi ilə bloklana və ya fəaliyyəti məhdudlaşdırıla bilər. əlavələrinizi Samral bəyin də qeyd elədiyi kimi həmin məqalənin Etimologiya bölməsində (yoxdursa məqalə daxilində yarada bilərsiniz) qeyd etməyiniz daha məqsədəuyğundur. amma təbii ki, mötəbər mənbələr ilə işlənəcəksə. çünki çox vaxt görürəm ki, etimologiya, toponimlər ilə bağlı mənbələrimiz heç ürəkaçan olmur. ordan gələn redaktələr də heç üzəçıxacaq halda olmur. sadəcə iddia toplusu. Atakhanli (müzakirə) 01:38, 13 noyabr 2023 (UTC)
Sebirkhan, elə adları əlavə edən zaman ayrıca etimologiya başlığı açın və ora əlavə edin. Köhnəlmiş adlar preambulada ola bilməz. Ensiklopediya məqaləsinə XX əsrin əvvələrinə aid sözü qoymuşdunuz. Bu, düzgün deyil. --► Hörmətlə: SolaVirum 11:45, 13 noyabr 2023 (UTC)
- Salam. Amma bu köhnəlmiş ad deyil. Bu sözü ən yeni Azərbaycan dilinin İzahlı Lüğətində (B hərfi üçün ən yeni nəşr 2006-ci ilə aiddir, və orada qalstuk anlamı üçün "köhnəlmiş" deyə bir qeyd yoxdur) və Azərbaycan Dilinin Sinonimlər Lüğətində tapmaq mümkündür Sebirkhan (müzakirə) 12:11, 13 noyabr 2023 (UTC)
- @Sebirkhan, siz də qeyd etdiyiniz kimi, qalstuk da boyunbağının bir növü olduğu üçün sinonim kimi verilib. Məlum məsələdir ki, qalstuk da boyuna bağlanan bir bağ olduğu üçün boyunbağı da hesab edilə bilər, boyunbağının bir növü də. Lakin bu o demək deyil ki, biz qalstuk məqaləsinin ilk cümləsində qalın hərflərlə boyunbağı yazmalıyıq. Bir şeyi də nəzərinizə çatıdırım ki, İzahlı Lüğət 2006-da nəşr edilsə də 1960-ların təkrar nəşridir və bu nəşr də əsasən yazıçıların əsərlərindən sitatlar əsasında tərtib edilib ki, o yazıçılar arasında Osmanlı-fason yazmış, öz şeirlərində filan arxaik sözlərdən istifadə etmiş şair və yazıçılar da var. "Səyyarə" filan kimi. samral müzakirə 00:50, 14 noyabr 2023 (UTC)
- Salam. Amma bu köhnəlmiş ad deyil. Bu sözü ən yeni Azərbaycan dilinin İzahlı Lüğətində (B hərfi üçün ən yeni nəşr 2006-ci ilə aiddir, və orada qalstuk anlamı üçün "köhnəlmiş" deyə bir qeyd yoxdur) və Azərbaycan Dilinin Sinonimlər Lüğətində tapmaq mümkündür Sebirkhan (müzakirə) 12:11, 13 noyabr 2023 (UTC)
İstinadlar