Müzakirə:II Elizabet

Vikipediya, azad ensiklopediya
Ən son rəy:10 il öncə, Cekli829 tərəfindən "Elizabeta yazılmalıdı" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Hörmətli Vikipediyaçı dostlar. Bəzi şəkilləri məqalənin fotoqalereya səhifəsinə yükləməyə və açmağa çətinlik çəkirəm. Onlar məqalənin aşağıdakı dil qruplarında yerləşirlər :

  • İngilis səh. Yelizaveta yük maşınının təkərini dəyişir.
  • Yapon səh. Yelizaveta Çörçil və bir qrup insanla. Aşağıdan 3-cü şəkil.
  • Ukrayna səh.
  1. Parlamentə müraciət zamanı.
  2. Kral Vİ Georqun dəfn mərasimi.
  3. Yelizavetanın taxt-taca çıxması mərasimi.
  4. Yelizaveta "Taym" jurnalının üz qabığında şəkli.
  • Rus səh. 1 kronluq xatirə pulu.
  • Esperanto səh. Şəkil (1962)
  • Cymraeg səh. Bütün şəkillər. Hamıya əvvəldən təşəkkür edirəm.--Acategory 16:30, 7 Oktyabr 2010 (UTC)
Hörmətli İradə xanıma 2-ci Yelizaveta məqaləsinə şəkillərin yüklənməsində göstərdiyi əvəzsiz köməyə görə təşəkkür edirəm.--Acategory 19:59, 9 Oktyabr 2010 (UTC)

Məlumat şablonundakı şəkli dəyişsək yaxşı olar, çünki həddən artıq uzundur. Wertuose 10:25, 12 Oktyabr 2010 (UTC)

Səkil adi notmadan bir qədər böyük olsa da çox effektli görünür. Şəklin kiçik formatı var, ancaq arzuolunan təsirli deyil. Bu şəkildə isə Yelizaveta əzəmətlidir, əsil-nəcabəti görünür. Sanki, Azərbaycan qadınıdır.--Acategory 16:31, 12 Oktyabr 2010 (UTC)

Mənsə bu şəkildə 80 yaşlı çarəsiz ingilis qadınını görürəm. Məlumat şablonundakı şəkillər adətən büst stilində çəkilmiş şəkillər və yaxud yalnız çiyindən yuxarı çəkilən şəkillərdir. Çünki, şablondakı məlumatlar kimi həmin şəkil də ümumi təsəvvür formalaşdırmaq üçündür, detallı məlumatlar isə məqalədə verilir. Məncə bu şəkil məlumat şablonunu və məqaləni korlayır, onu məqalənin içində verib şablona isə əvvəlki şəkli qaytarmaq daha məqsədəuyğundur. Wertuose 13:29, 13 Oktyabr 2010 (UTC)

Dünyanın taleyini həll edən insanlardan biri olan II Yelizaveta " 80 yaşlı çarəsiz ingilis qadınıdır " ??? Sizin fərqli düşünmək hüququnuza hörmətlə yanaşıram. Ancaq mən əvvəlki fikrimdə qalır və əsas şəklin dəyişməsinə heç bir ehtiyac görmürəm.--Acategory 14:24, 13 Oktyabr 2010 (UTC)

Xatırladım ki, son 50 ildə Böyük Britaniyada kral hakimiyyəti simvolik xarakter daşıyır. İngilislərin ona hörmət etdiyi sözsüzdür, amma İngiltərənin də dünyanın taleyini həll etdiyi vaxtlar artıq çoxdan keçib. Xahiş edirəm mövzudan uzaqlaşmayın və şəklin xüsusiyyətlərini müzakirə edin ki, onun məqaləyə uyğun olub olmadığını müəyyənləşdirə bilək. Çünki, məqalənin "Seçilmiş məqalə" statusuna namizəd olduğunu nəzərə alaraq onun daha çox oxucu tərəfindən izlənəcəyini və digər vikilərdən, o cümlədən ingilis vikisindən də bu məqaləyə baş çəkənlərin olacağını nəzərə alın. Məqalə sual yaratmayan və etiraz doğurmayan stildə olmalıdır. Necə deyərlər "Roma papasından artıq katolik olmaq mümkün deyil" və əgər ingilislər bu şəkildən istifadə etməyiblərsə, halbuki bu şəkil Commonsda var, deməli məlumat şablonu üçün münasib şəkil olmadığı aydındır. Amma bu şəkil məqalənin daxilində daha kiçik ölçüdə verilərsə heç də pis olmaz. Wertuose 10:10, 14 Oktyabr 2010 (UTC)

Hörmətli Acategory. Mən də şablondakı şəklin nisbətən kiçik ölçülü şəkillə əvəzlənməsinə tərəfdaram. Belə ki, səhifə açılarkən sağ tərəfdəki şablon hissədə ancaq şəkil görünür, özü də yarımçıq (səhifənin görünüşünü kiçiltdikdə də bu dəyişmir). Düşünürəm ki, o qədər də mühüm əhəmiyyət kəsb etməyən (ona görə ki, başqa bir şəkillə əvəzlənmə məqaləyə heç bir qüsur gətirməyəcək) bu cür yeniliklərə (mənim üçün ona görə yenilikdir ki, ilk dəfədir bu cür halla rastlaşıram) görə fəal istifadəçilərin vaxt itkisinə yol verməsinə heç birimiz yol verməməliyik.--Vago 11:02, 14 Oktyabr 2010 (UTC)

Əsas şəklin adi normadan bir qədər böyük olması məqaləyə heç bir qüsur gətirmir. Həmçinin bununla heç bir Viki qaydalarını da pozmuruq. Biz ingilis Vikisinin filialı deyilk ki, hər şeydə onları təkrarlayaq. İngilislər sevinsin ki, onlarda olmadığı halda biz onların rəhbərləri haqqında hərtərəfli məqalə yaradırıq. Şəkil çox effektlidir, seçilmiş məqalə statusuna xüsusi bir üstünlük verir. Mən şəkildə heç bir çarəsiz qadın cizgisi görmədiyimə görə onun qalmasının tərəfdarıyam. Əgər bu şəkillə olan məqalə Azərbaycan Vikipediyasına xələl gətirirsə, mən onu "seçilmiş məqalə " statusuna namizədlikdən çıxartmağa hazıram. Şəklin isə qalmasını təkid edirəm. Hamıya hörmətlə --Acategory 12:59, 14 Oktyabr 2010 (UTC)

Nəzərinizə çatdırım ki, şəkildəki qadının şəxsi keyfiyyətləri ilə bağlı polemikanı siz başlatdınız. Onları nə müzakirə etmək, nə də ciddiyə almaq fikrində deyiləm. Mən sadəcə şəklin həddindən artıq uzun olduğu üçün şablona uyğun gəlmədiyini bildirdim və sizdən fərqli olaraq məqalənin daha gözəl görünməsi üçün bu fikrimdə təkid edirəm. Wertuose 19:54, 14 Oktyabr 2010 (UTC)

Nəsil ağacı

[mənbəni redaktə et]

Nəsil ağacındakı adları tərcümə edilməsinə ehtiyac vardır. Azəri dilinə müvafiq tərcümə edə bilən varsa pis olmazdı. Mən özüm də edərdim amma azərbaycandakı mənbələrə uyğun (AES) olsa məncə düzgün olar. Mən bu mənbələrdən uzaqam. Hörmət və səmimiyyətlə.--MrArifnajafov 17:07, 10 Oktyabr 2010 (UTC)

Doktorla razıyan. Nəsil ağaçındakı adlar Azərbaycan dilində olmalıdır. Bu adların Azərbaycan dilində necə yazılmaları barədə etibarlı mənbə olsaydı yaxşı olardı. Mən bacardığım qədər tərcümə etməyə hazıram. Düzgün hesab etmədiyinizi redaktə edə bilərsiniz. Hamıya hörmətlə, --Ira 17:34, 10 Oktyabr 2010 (UTC)

Nəsil ağaçındakı adların tərcüməsində mənə yardımçı olduğuna və işi müvəffəqiyyətlə sona çatdırdığına görə Wertuose-a təşəkkürümü bildirirəm. --Ira 07:00, 11 Oktyabr 2010 (UTC)

" Şəcərə" terminini təklif edirəm

[mənbəni redaktə et]

Azərbaycan elmi dilində "nəsil ağaçı" və " nəsil-nəcabət" yox, " şəcərə" ifadəsi qəbul edilib. Ona görə də məqalədə onun işlənməsi təklifini müdafiə edirəm.--Acategory 10:27, 11 Oktyabr 2010 (UTC)

Səhv etmirəmsə, termin bizdə "Nəsil şəcərəsi" kimi işlənir. Ümumiyyətlə isə terminin "Nəsil ağacı" kimi qalması tərəfdarıyam. Çünki "şəcərə" ərəb dilində elə ağac deməkdir.--Vago 10:45, 11 Oktyabr 2010 (UTC)
Digər işə salınmış bax bir-biriləri ilə sıx bağlı, eyni qəbildən olan digər şablonlar artıq bu ad altında olduğundan, bir də ki, Nəsil ağacş kəlməsi ümumişlək olduğundan dəyişdirməyi məsləhət görmədim. Məqalədə nə istəsəniz yaza bilərsiniz mən etiraz etmirəm amma, şablonun bizim istəyimizə tabe olmayan qeyd etdiyim kimi digər xüsusiyyətləri var.

P.S. "Şəcərə" sözünü sizdən birinci dəfə eşitdim, sözsüz ərəb sözü olaraq məna baxımında düzgün olsa da əksəriyyət üçün "Nəsil ağacı" daha işlək və başadüşüləndir. Birdə ki, dilimizi ərəbdən farsdan təmizləmək əvəzinə (dəyişdirilməlidirsə onda gərək "Nəsil şərəcəsi" ) əlavə etmək nə qədər düzgündür?--MrArifnajafov 10:35, 11 Oktyabr 2010 (UTC)

Bu sözləri yazamamışdan əvvəl görkəmli dilçi alimlərimizin fikirlərini öyrəndim. Bildirdiklərinə görə " şəcərə" ərəb sözü olsa da artıq dilimizdə möhkəm oturub. O ümumən həm nəsil, həm hakimiyyət və nəyinsə ardıcıllığı mənasında işlənir. Konkret qan qohumluğuna əsaslanan şəcərə isə "nəsil şəcərəsi" kimi ifadə olunur. Ona görə də məqalədə 2-ci Yelizavetanın qan qohumluğu ardıcıllığını "nəsil şəcərəsi" kimi qeyd edilməsi təklifini müdafiə edirəm. --Acategory 11:31, 11 Oktyabr 2010 (UTC)

yenə deyirəm məqalədə nə istəsəniz lap "Предки"də yaza bilərsiniz bu sizin oz işinizdir. Amma şablonda bu mümkün olmayacaq. Amma hesab edirəm ki nəsil ağacı ən düzgündür. Əgər dilçilərimiz ərəbləşməyə üstünlük verirlərsə bərəkəllah. Onda onlar ərəbşünasdırlar ya da molla dilçi deyillər.--MrArifnajafov 11:48, 11 Oktyabr 2010 (UTC)

"Şəcərə" sözü Azərbaycan dilində həmişə olmuşdur. Mollalığın bu məsələyə dəxli yoxdur. (Onu da qeyd edim ki, bizim dilimizdə ərəb mənşəli sözlər az deyil). Hər halda dilçilərimizdən heç biri bu sözü inkar etməyib, əksinə öz kitablarında istifadə ediblər: Sara Aşurbəyli, [1], prof. Kamran Əliyev [2] və başqaları [3], [4], [5]...--Ira 08:02, 12 Oktyabr 2010 (UTC)

Məncə müzakirə tərəflərinin ortaq fikirləri budur: mətndə indiyədək işlənildiyi kimi, - "Nəsil şəcərəsi" qalsın, şablon adlarında isə dəyişməyə heç bir lüzum yoxdur.--Vago 08:25, 12 Oktyabr 2010 (UTC)
Məncə azərbaycan dili də mədəniyyəti də o qədər aciz deyil ki, bundan sonra da ərəblərə, osmanlıya, rusa, farsa möhtac olsun. Bəli dilmizdə məlum səbəblərdən ərəb, fars və s. sözləri vardır deyə birisini də yamaq gətirmək? Sovet vaxtında rus kəlmələri, müstəqillik önü osmanlı, fars kəlmələri, indi də respublikada beş-on nəfər artıq quran oxuyan var deyə ərəb kəlmələri dilmizin başına oyun açmalıdir? Bəlkəm öz dilimizdəki kəlmələrə üstünlük verək, özümüz olaq yad yox. Çox xayiş edirəm sözlərimi kinayəli yox səmimi qəbul edin. Bu dediklərim sadəcə vətən dil sevgisindən doğan hisslərdən, başqa bir şey deyil. Bir haşiyə: Almanlar elə beynəlmiləl sözləri almanlaşdırıblar ki, hec dilə də yatmır, amma az qala hər biri 30 sm olan sözlərlə qürur hissi keçirirlər.--MrArifnajafov 12:55, 12 Oktyabr 2010 (UTC)

Şəcərə sözü dilimizə çoxdan oturub. Və onu dilimizdən çıxarmaq, dilimizin zənginliyinə zərbə vura biləcək faktorlardan biridir. --Cekli829 18:03, 12 oktyabr 2010 (Cek vaxtı ilə)

Xahiş edirəm, bu məsələyə o qədər də enerji sərf etməyək. --Vago 13:58, 12 Oktyabr 2010 (UTC)

Nəcəfovun səmimiliyi və elmliliyi həmişə məndə hörmət doğurub. Dil barəsində dediklərində müəyyən qədər həqiqət vardır. Fikirləri də dilimizin qorunmasına olan istəkdən irəli gəlir. Ancaq o etiraz etməsə biz bu dəfə "nəsil şəcərəsi" terminini saxlayardıq. Çünki, o artıq çoxdan, əsrlərdən gələn tarixdən azərbaycanlaşıb. Bu hal bütün digər dillərdə də vardır. Bakıda olarsa çox istərdim ki, görüşək, bir stəkan çay içək. Dost Almaniyada ona uğurlar arzusu ilə --Acategory 15:18, 12 Oktyabr 2010 (UTC)

Məncə ümumi razılıq artıq əldə olunub. İndiki variantı saxlayırıq - məqalədə "şəcərə" qalır, şablonun adındakı "ağac" dəyişilmir. Burda şablonda "ağac" sözünün işlənməsinin bəzi texniki məqamları var. Onu sonra şablonun özünün müzakirə səhifəsində müzakirə edərik. --Sortilegus 22:04, 12 Oktyabr 2010 (UTC)

" Baş nazir " sözünün yazılışı

[mənbəni redaktə et]

Azərbaycan Respublikasının Konstitusiyasında hökumət başçısı " Baş nazir " kimi yazıldığı üçün [[6]] məqalədəki eyni ifadələri müvafiq hala gətirdim.--Acategory 11:37, 15 Oktyabr 2010 (UTC)

Konstitusiyada söhbət vəzifənin adından gedir, yəni bu ifadəyə xüsusi isim kimi yanaşılır, ona görə də böyük hərflə başlayır, məsələn "Böyük Britaniyanın Baş naziri" və ya "Azərbaycan Respublikasının Baş naziri". Amma həmin vəzifəni tutan konkret şəxsdən söhbət gedəndə "baş nazir Uinston Çörçil" və ya "baş nazir Artur Rəsizadə" deyilir. Çünki bu halda söhbət şəxsdən gedir, onun adından əvvəl gələn vəzifənin adı isə "professor", "dosent" ifadələri eyni mahiyyətlidir. Wertuose 11:48, 15 Oktyabr 2010 (UTC)

Google.az-da axtarışda " Azərbaycan Respublikasının Baş naziri " ifadəsi yazılır.--Acategory 11:57, 15 Oktyabr 2010 (UTC)

Yuxarıda qeyd etdiyim kimi, bu halda vəzifənin rəsmi adından söhbət getdiyi üçün böyük hərflə yazılmalıdır. Amma öz-özlüyündə, yəni ayrıca işləndikdə "baş nazir" ifadəsi xüsusi isim olmadığı üçün böyük hərflə yazılması da düzgün deyil. Wertuose 12:22, 15 Oktyabr 2010 (UTC)
Eyni hal "prezident" sözünə də aiddir. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev" deyəndə prezident sözü böyük hərflə yazılır, "prezident İlham Əliyev" deyəndə kiçik hərflə. Çünki birinci halda xüsusi isim olan vəzifə adından söhbət gedir, ikinci halda isə şəxs adının əvvəlindəki təyindən. Wertuose 12:26, 15 Oktyabr 2010 (UTC)

Digər dostlarımızı da bu məsələyə münasibət bildirməyə dəvət edirəm.--Acategory 13:29, 15 Oktyabr 2010 (UTC)

Wertuosenin doğru dediyi qənaətindəyəm. Fikrimcə geniş müzakirəyə ehtiyac yoxdur. Dövlət orqanlarında da həmin qaydadan istifadə olunur. --Cekli829 18:37, 15 oktyabr 2010 (Cek vaxtı ilə)

Baş nazir sözü söhbət spesifik vəzifədən gedəndə böyüklə, ümumi vəzifə adı kimi isə kiçiklə yazıla bilər. Bu barədə dəqiq məlumatım olmadığı üçün hansı halın daha düzgün olduğunu qəti olaraq deyə bilmərəm amma yuxarıdakı izahlar mənə məntiqli gəlir.--TimBitsتِمبِتس 13:38, 15 Oktyabr 2010 (UTC)

Yelizaveta

[mənbəni redaktə et]

Bu adlandırma birbaşa rus lüğetinden götürülüb.Ne üçün Elizabet adı Yelizaveta adlandırlmalıdır? — Bu imzasız yazı 78.161.114.250 (m) tərəfindən əlavə edilib; 01:45, 16 mart 2011 (UTC)Cavabla

Azərbaycan dilində bu cür adlandırma qəbul olunub. Vikipediyada şəxs adları dilimizdə qəbul edilmiş ənənələrə uyğun yazılır.--Wertuose 05:29, 16 mart 2011 (UTC)Cavabla

Elizabeta yazılmalıdı

[mənbəni redaktə et]

Yelizaveta rus dilindədi, ingilis dilində Elizabeta deyirlər!!!!! — Bu imzasız yazı Mikael Makzon (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 22:34, 21 may 2014 (UTC)Cavabla

Azərbaycan dilindəki rəsmi mənbələrə əsasən (məsələn, president.gov.az) məqalənin adını II Elizabet etdim. --►Cekli829 07:33, 31 may 2014 (UTC)Cavabla