Likiyalılar
Likiyalılar — Qədim dövrdə Anadolunun Likiya bölgəsində yaşamış xalq.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Herodota görə Likiyalılar Krit mənşəli xalqdır. Herodota görə, Likiyalılar Kral Minos tərəfindən sürgün edilən və Minosun qardaşı Sarpedonun rəhbərliyində olduğu bir qrupun ardıcıllarıdır. Cənub-Qərbi Anadoluda o dövrə qədər "Milyas" olaraq adlandırılmış və "Solymoi" şəklində qeydə keçmiş bir xalqın torpaqlarına yerləşmişlər. Beləliklə formalaşmaqda olan xalq özünü ilk başlar "Termilae" adlandırırdı. Likiya və Likiyalılar adlarını mənimsəyən qədim Yunan qaynaqları ilə birgə, bəzi qonşu xalqlarda "TRMMİLİ" adını istifadə etmişlər. Buna görə də, adətləri Krit və Kariya adətlərinin qarışığı olaraq ortaya çıxmışdır. Herodotun Likiya üçün verdiyi açıqlamaya görə, Likiya adı Afina kralı Pandionun oğlu Likusla bağlıdır. Ancaq Minos və Sarpedonla əlaqələnən tarixi faktlar bölgə xalqının Misir və Xet yazılarında Lukka və ya Lukki kimi adlandırıldığını görürük. Likiyalılar Troya müharibəsində Troyalıların tərəfində vuruşmuşlar.