32°38′17″ şm. e. 14°17′25″ ş. u.HGYO

Leptis-Maqna

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leptis-Maqna
Leptis Magna
32°38′17″ şm. e. 14°17′25″ ş. u.HGYO
Yer Əl-Xüms, Liviya
Region Tripolitaniya
Tip Yaşayış məntəqəsi
Tarix
Əsası qoyulub e.ə. VII əsr
Tərk edilib e. VII əsr
Era Dəmir dövründən, Bizans dövrünə
Mədəniyyətlər

Karfagenlilər,

Bərbərlər, Romalılar
Yer qeydləri
Rəsmi adı: Archaeological Site of Leptis Magna
TipiMədəni
Kriteriyai, ii, iii
ÖlkəLiviya Liviya
Leptis-Maqna xəritədə
Leptis-Maqna
Leptis-Maqna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leptis-MaqnaKarfagen imperiyasınınRoma Liviyasının görkəmli bir şəhəri idi.

e.ə 7-ci əsrdə Finikiyalılar tərəfindən əsası qoyulan şəhər Roma İmperatoru Septimi Severin nəzdində geniş şəkildə inkişaf etdirildi. Roma legionu 3-cü Avqustan şəhəri bərbər hücumlarından qarşı qorumaq üçün burada yerləşdi. 238-ci ildə III Qordian tərəfindən legionun dağıdılmasından sonra, 3-cü əsrin sonlarında şəhər basqılara daha da açıq oldu. Diokletian şəhəri əyalət paytaxtı olaraq bərpa etdi və şəhər 439-cu ildə vandalların hakimiyyəti altına düşənə qədər yenidən rifah içində böyüdü. 533-cü ildə Leptis-Maqna Bizans İmperiyasına birləşdirildi. Lakin bərbər basqınları hələ də davam edirdi və şəhər heç vaxt əvvəlki əhəmiyyətini bərpa edə bilmədi. Leptis-Maqna təxminən 647-ci ildə Müsəlman hakimiyyəti altına düşdü və sonradan tərk edildi.

Şəhərin xarabalıqları indiki Liviyanın əl-Xüms şəhərində, Tripolinin 130 kilometr (81 mil) şərqində yerləşir. Bura Aralıq dənizindəki ən yaxşı qorunan Roma abidələri arasındadır.

Yaşayış məntəqəsinin adı Pun dilində LPQ (puni. 𐤋𐤐𐤒) və ya LPQY (𐤋𐤐𐤒𐤉) olaraq yazılır.[1][2][3][4] Bu, ehtimal ki, şəhərin inşasına aid olaraq "qurmaq" və ya "parçalanmaq" mənasını verən sami kökü (ərəb dilində də mövcuddur) LFQ ilə bağlıdır.[1]

Bu ad daha sonra Léptis (q.yun. Λέπτις)[5] və ya Léptis Megálē (Λέπτις μεγάλη, "Böyük Leptis") kimi yunanlaşdırılmışdır və bu ad müasir Tunisdə Karfagenə daha yaxın olan "Kiçik Leptis" dən fərqləndirir. Həmçinin şəhər yunanlar tərəfindən Neápolis (Νεάπολις, "Yeni şəhər") kimi də tanınır. Bu adın latınca qarşılığı Lepkis və ya Leptis-Maqna (Böyük Leptis) idi və beləliklə bu da "Leptimaqnis şəhəri" (lat. Leptimagnensis Civitas) olaraq ortaya çıxdı. Şəhər Roma müstəmləkəsi olaraq "Ulpia Traiana" adı ilə də tanınırdı.[4] Şəhərin italyanca adı Lepti Maggiore, ərəbcə adı isə Labdah ( لَبْدَة ) idi.[6]

Leptis-Maqnanın[ölü keçid] xəritəsi
Sever[ölü keçid] bazilikası

Şəhər e.ə. VII əsrdə Finikiyalılar tərəfindən qurulmuşdur. Bu müddət ərzində Leptis haqqında az şey məlumdur, lakin şəhərin Dorieyin e.ə. 515-ci il ətrafında bir yunan koloniyası qurma cəhdini dəf etmək üçün kifayət qədər güclü olduğu görünür.[3] Qərbdəki digər Finikiya şəhərləri kimi, Leptis də Karfagen İmperiyasının bir hissəsi oldu və Karfagenin Pun müharibələrindəki məğlubiyyəti ilə Romanın nəzarəti altına düşdü.

Roma Respublikası

[redaktə | mənbəni redaktə et]

Roma Respublikası şəhərə nəzarət etmək üçün əraziyə bəzi kolonistlər ilə birlikdə kiçik bir qarnizon göndərdi. Bu dövrdə şəhər inkişaf etdi və hətta özünəməxsus gümüş və bürünc pulların zərbinə icazə verildi. Mədəniyyətlərin qarışıqlığını əks etdirən sikkələrdə Pun yazıları əks olunsa da, Herkül və Dionisin şəkilləri təsvir olunurdu.[4] Tezliklə şəhərdə italyan tacirləri məskunlaşdılar və Liviya daxili ilə sərfəli ticarətə başladılar.[7] Şəhər, ilk növbədə ətrafındakı bir çox zeytun yağı dəyirmanının yerləşdiyi təsərrüfat sahəsinin münbitliyindən asılı idi. e.ə. 46-cı ildə zeytun yağı istehsalı o dərəcədə idi ki, şəhər hər il Yuli Sezara vergi olaraq üç milyon funt yağ verə bilirdi.[3]

Roma İmperiyası

[redaktə | mənbəni redaktə et]

Avqustun hakimiyyəti dövründə Leptis Maqna Civitas libera et immunis və ya qubernatorun mütləq nəzarət minimumu adalandırılan bir azad cəmiyyət olaraq təsnif edilirdi. Leptis-Maqna, Roma imperatoru Tiberinin hakimiyyətinə, şəhər və ətraf bölgə Romanın Afrika əyalətinin bir hissəsi olaraq imperiyaya daxil edilənə qədər belə qaldı. Şəhər tezliklə Roma Afrikasının aparıcı şəhərlərindən biri və əsas ticarət məntəqəsi oldu. Leptis Roma idarəsi altında sürətlə böyüdü. Neronun hakimiyyəti dövründə şəhərdə bir amfiteatr tikildi.

Leptis ən böyük şöhrətini eramızın 193-cü ilindən başlayaraq imperator Septimi Severin məmləkəti olaraq əldə etdi. Septimi məmləkətini bütün digər əyalət şəhərlərindən üstün tutdu və burada qurduğu tikililər və sərvət Leptis Maqnanı Afrikadakı Karfagen və İsgəndəriyyədən sonra üçüncü ən əhəmiyyətli şəhərə çevirdi. 205-ci ildə Septimi imperator ailəsi ilə birlikdə şəhərə baş çəkdi və böyük hörmət bəxş etdi. Severin təqdim etdiyi dəyişikliklər arasında möhtəşəm bir yeni forumun yaradılması və dokların yenidən qurulması da var idi. Təbii liman çökməyə meylli idi, lakin Severin dəyişiklikləri bunu dəyişdirdi və şərq liman olduqca yaxşı istifadə olunduğundan qorunub saxlanıldı.

Leptis bu dövrdə özünü hədsiz dərəcədə inkişaf etdirdi. 3-cü əsr böhranı dövründə ticarətin çökdüyü Leptis-Maqnanın əhəmiyyəti də azalmağa başladı və 4-cü əsrin ortalarında, 365-ci ildə krit zəlzələsi tərəfindən tamamilə darmadağın edilməmişdən əvvəl, şəhərin böyük

hissələri tərk edildi. Ammian Marsellin, böhranın böyük bir qəbilə basqısı zamanı şəhəri qorumaq üçün rüşvət tələb edən Raman adlı bir rüşvətxor Roma valisi tərəfindən pisləşdiyini xatırladır. Dağıdılmış şəhər bunları ödəyə bilmədi və imperator I Valentiniyə şikayət etdi. Bundan sonra Roman məhkəmədəki insanlara rüşvət verdi və Leptan elçilərinin "yalan ittihamlar irəli sürdükləri üçün" cəzalandırılmasını təmin etdi.

Vandal krallığı

[redaktə | mənbəni redaktə et]

439-cu ildə LeptisMaqna və Tripolitaniyanın digər şəhərləri, kralları Qeyzerix Kartageni romalılardan tutub paytaxtı halına gətirən Vandalların nəzarəti altına düşdü. Qeyzerix xalqını Vandal hakimiyyətinə qarşı çıxmaqdan çəkindirmək üçün şəhərin divarlarını yıxmağı əmr etdi. Bu 523-cü ildə bir qrup Bərbər basqınçısı şəhəri ələ keçirdikdə Leptis və Vandal xalqı üçün ağır nəticələndi.

Bizans imperiyası

[redaktə | mənbəni redaktə et]

Bizans İmperatoru I Yustiniannın imperator generalı olan Belizariy Leptis-Maqnanı on il sonra Roma İmperiyası adından geri aldı və 533/5344-cü ildə yenidən imperiyaya birləşdirildi. Leptis Şərq İmperatorluğunun əyalət paytaxtına çevrildi, lakin bərbərlərin yaratdığı dağıntıdan heç vaxt qurtulmadı.[8]

VI əsrə qədər şəhər tamamilə xristianlaşdırıldı [9] 565-578-ci illərdə Leptis-Maqnadan olan xristian missionerlər Liviya səhrasındakı Fəzzana qədər cənubdakı Bərbər qəbilələri arasında bir daha irəliləməyə başladılar və Qaramantları tabe etdilər.[10] 6-cı əsrdə Leptisdə çox sayda yeni kilsələr inşa edildi.[11] Lakin şəhər tənəzzülə uğramağa davam etdi və 647-ci il ətrafında ərəblərin fəthi zamanı şəhər əsasən Bizans qarnizon qüvvəsi və 1000 nəfərdən az olan əhali istisna olmaqla tərk edildi. Leptis Ərəb hökmranlığı altında yox oldu: şəhər 10-cu əsrə qədər unuduldu və tamamilə qumla örtüldü.[12]

Bu gün Leptis-Maqna Roma dövrünün bəzi təsir edici xarabalıqlarının yeridir. Qədim məbədin bir hissəsi 1816-cı ildə Leptis-Maqnadan Britaniya Muzeyinə gətirilmiş və 1826-cı ildə İngiltərədəki Belveder qalası kral iqamətgahında quraşdırılmışdır.

İtalyanlar 20-ci əsrin əvvəllərində Liviyanı fəth etdikdə Leptis Maqnanın yenidən kəşf edilməsinə çox səy göstərdilər. 30-cu illərin əvvəllərində İtalyan arxeoloji tədqiqatları təxminən bütün şəhərin basdırılmış qalıqlarını yenidən nümayiş etdirə bildi.[13] Qazıntı işləri zamanı Roma teatrının altında e.ə. IV-III əsrlərə aid nekropol tapıldı.

2005-ci ilin iyununda Hamburq Universitetinin arxeoloqlarının Liviya sahillərində apardığı işlər zamanı I və ya II əsrə aid beş rəngli mozaikanın 30 fut uzunluğunda hissəsini aşkar edildi. Mozaika maral ilə döyüşən bir döyüşçünün, vəhşi öküzü yerə yıxan dörd gəncin və yorğun vəziyyətdə istirahət edən və öldürülmüş rəqibinə baxan bir qladiatorun təsvirlərini olduqca aydın şəkildə göstərir. Mozaika Leptis-Maqnadakı bir Roma villasının içərisində yerləşən hamamdakı soyuq bir hovuzun divarlarını bəzəyirdi. Mozaika əvvəlcə 2000-ci ildə kəşf edilsə də, talan edilməməsi üçün gizli saxlanılmışdı. Onlar hazırda Leptis-Maqna Muzeyində sərgilənirlər.[14]

Leptis-Maqnanın 2011-ci il Liviya vətəndaş müharibəsi əsnasında Qəzzafi tərəfdar qüvvələri tərəfindən tanklar və hərbi maşınlar üçün qaraj olaraq istifadə edildiyi barədə əsassız məlumatlar var.[15] Tarixi məkanda hava hücumu keçirməyin mümkünlüyü barədə soruşulduqda, NATO üsyançıların silah yerində gizlədildiyi barədə xəbərini təsdiq edə bilmədiyini söyləyərək belə bir hərəkətin olacağını istisna etməkdən imtina etdi.[16]

  1. 1 2 Eduard Lipinski, Itineraria Phoenicia (2004), p. 345 Arxivləşdirilib 2018-03-27 at the Wayback Machine.
  2. Ghaki, (2015). səh. 67
  3. 1 2 3 Brogan, Wilson, "Lepcis" in: The Oxford Classical Dictionary (4th ed. 2012), p. 821 Arxivləşdirilib 2018-09-17 at the Wayback Machine.
  4. 1 2 3 Head & al., (1911)
  5. "Strabo, Geography, §17.3.18". 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-16.
  6. "لَبْدَة Libya". 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-06.
  7. Silvia Bullo: Provincia Africa. Leptis Magna. pg 167–171 Arxivləşdirilib 2020-09-05 at the Wayback Machine.
  8. Frederick William Beechey, Henry William Beechey Proceedings of the Expedition to Explore the Northern Coast of Africa (1828), 54f. Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine
  9. Theodore Mommsen. "The Provinces of the Roman Empire". section:Africa
  10. "The last native Christian communities in north Africa". 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  11. "Byzantine churches in Leptis Magna". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  12. Silvia Bullo. Provincia Africa: Leptis Magna. pp. 185–188
  13. "Archeological research on Leptis Magna territory". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-17.
  14. "Alberge, Dalya, (The Times Online, June 13, 2005)". July 29, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2020.
  15. "Misrata update and comments for June 7th and 8th". Libya 17th February. 25 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 June 2011.
  16. "CNN Wire Staff". Web Article. 14 June 2011. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-14.