Lekos

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır".[1] Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır.[2]

Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil.[3] Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur.[4]

Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.[5]

  1. Сборникъ свѣдѣній о кавказскихъ горцахъ Тома 1–2. В тип. Главнаго управления Намѣстника Кавказскаго. 1863. 44. "Arxivlənmiş surət". Archived from the original on 2021-12-07. İstifadə tarixi: 2023-01-19.
  2. "А.В. Кикнадзе. Тайнопись: события и нравы зашифрованного века. 1998 — С.331. ISBN 5850095292, 9785850095291". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  3. "В. А. КУЗНЕЦОВ. Глава III из книги "НАРТСКИЙ ЭПОС И НЕКОТОРЫЕ ВОПРОСЫ ИСТОРИИ ОСЕТИНСКОГО НАРОДА". ИЗДАТЕЛЬСТВО «ИР», ОРДЖОНИКИДЗЕ, 1980". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  4. Mikhail Matatovich Ikhilov. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. 1967. "Arxivlənmiş surət". Archived from the original on 2022-04-23. İstifadə tarixi: 2023-01-19.
  5. Naturkunde. Lateinisch-Deutsch. Buch VI. Zürich. Kai Brodersen. 1996. 184.