Kron

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kron
q.yun. Κρόνος
Mifologiya Yunan, Roma
Adının izahı Zaman
Yunanca adı Κρόνος; Χρόνος
Latınca adı Saturnus
Cinsi kişi[d]
Sülalə Titanlar
Atası Uran
Anası Geya
Qardaşı və bacısı Reya[1], İapet, Hiperion, Temis, Teya, Okean, Tefida
Uşaqları Zevs, Poseydon, Aid, Hera, Femida, Metida
Mənşəyi Titan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan[2], səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus)[3],

Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir. Kron buna əhəmiyyət verməyərək qardaş və bacıları titanları zülmətdən azad edir. Təkcə yüzqollulardan ehtiyat edərək onları tartarda saxlayır. Onun bu hərəkətinə tək Okean bəraət qazandırmır və ondan ayrılaraq yerin küncünə çəkilərək orada yaşayır. Kronun bu cinayəti dünyada bəd əməllərin meydana çıxmasına səbəb olur. Kronu cəzalandırmaq məqsədilə Niks bir sıra acıq, kədər, bədbinlik ilahələrini: Tanat — ölüm, Apate — yalan, Erida — qalmaqal, dəhşətli yuxu və s. dünyaya gətirmiş olur.

Xaos------>Geya------>Uran
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Titanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Okean
 
 
Krios
 
 
Hiperion
 
 
Teya
 
 
Temis
 
 
Feba
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kron
 
Koy
 
İapet
 
Reya
 
Mnemosina
 
Tefida
 
 


 
 
 
 
 
 
 
 
Kron
 
Reya
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hestiya
 
Aid
 
Poseydon
 
Hera
 
Zevs
 
Demetra
Reya Kronosu aldadaraq ona, Zevsin yerinə bələnmiş daş yedirdir.[4]

Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən Reya ilahəsi Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş və nimfa Adrasteyaİdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.

Boyüyüb başa çatdıqdan sonra Zevs atası Kronu əvvəlcə daşı , sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Qardaşları AidPoseydonun köməyi ilə atasını əl çəkməyə məcbur edərək onun taxt-tacına sahib olurlar. Beləki, bütün yer üzünün tanrısı Zevs, yeraltı dünyanın — cəhənnəmin tanrısı Aid, dənizlərin tanrısı isə Poseydon olur.

  1. Любкер Ф. Rhea (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1153–1154.
  2. Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.18, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.392–393
  3. Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.417
  4. Греческая Мифология, Катерина Серви, səhifə 13
  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3