Kontratenor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səs tipi
Qadın
Kişi

Kontratenor (latın dilindən contratenor tenora qarşı olan səs mənasını verir) ən yüksək tessituraya malik kişi səsidir. Diapazonu E3 — G5 (kiçik oktavanın mi səsindən ikinci oktavanın sol səsinə qədər intervalı əhatə edir)[1]. Bəzən daha yüksək diapazona malik ifaçılara da rast gəlinir. Kontratenor səs tembri qadın kontralto və ya metso-sopranosunun ekvivalenti kimi qəbul edilir. Kontratenorlar ifa xüsusiyyətlərinə görə soprano və alt səs çalarına malik ifaçılar olaraq qruplaşdırılır. Soprano səs çalarlı kontratenorlar sopranist adlanırlar. Onların səsinin tessiturası isə yüksəkdir və C6[2] (üçüncü oktavanın do səsi) səsini əhatə edir. Müasir dövrdə kontratenorlar əsasən tenor və bariton səs tembrinə malik ifaçılardırlar.

Ən yüksək səs malik kişi ifaçılıq sənəti qədim köklərə, zəngin ənənələrə malikdir. Bu baxımdan kontratenor kişi səsləri arasında ən qədim səs növü olaraq qəbul edilir. Aparılan araşdırmalar zamanı bu səslə ifa texnikasının növlərinə qədim xalqların ifaçılıq mədəniyyətində də rast gəlinir. İstər Şərq, istərsə də Qərb vokal ifaçılığı bu ənənələrlə kifayət qədər zəngindir. Araşdırmalar nəticəsində kontratenorun ən qədim səs növlərindən biri olduğunu, həmçinin müxtəlif terminlərin, anlayışların dövrdən dövrə, əsrdən əsrə, hər hansı ifaçılıq məktəbindən digərinə və s. amillərinə görə müxtəlif məna kəsb etdiyini, dəyişdiyini və ya bir-birinə qarışdığını görürük. Müasir dövrdə ən yüksək səsə malik kişi vokal ifaçılıq sənəti dedikdə ilk növbədə kontratenor başa düşülür. Ancaq kontratenor bu ifaçılıq növünə verilmiş universal addır və müxtəlif səs növlərinin daxil olduğu kateqoriya kimi qəbul etmək daha məqsədəuyğun sayılır. Buraya aşağıdakı səs növləri aid edilir: soprano səs çalarına malik kontratenor, alto, kontralto, haute-contre (yüksək tenor)[3].

Ən yüksək səsə malik kişi ifaçılıq sənəti haqqında ilkin məlumatlar qədim yunan mütəffəkirlərinin əsərlərində rast gəlinir. Burada onların səsinin xüsusiyyəti haqqında ətraflı məlumat əldə etmək mümkündür. Ən yüksək səsə malik kişi ifaçılıq sənətinin inkişafı həm də bəstəkarlıq yaradıcılığı ilə birbaşa bağlıdır. Belə ki, kontratenor termini ilk dəfə olaraq məhz bəstəkarlıq yaradıcılığında istifadə edilmişdir.

Ən yüksək səsə malik kişi vokal ifaçılıq sənətində kastrat ifaçılıq mədəniyyəti (yəni, xüsusi cərrahi əməliyyatla saxlanılan səs) ən böyük mərhələni təşkil edir. Eyni zamanda opera sənətinin inkişafı ilə əlaqədar olaraq onlar iki yüz ildən çox bir müddət ərzində Avropa musiqisində hökmranlıq etmişdirlər. XIX əsdən başlayaraq ən yüksək kişi ifaçılıq sənəti unudulmağa başlamışdır. Yalnız 1943-cü ildə ingilis vokal ifaçısı Alfred Dellerin səsinin kəşf olunması ilə əlaqədar olaraq yenidən bu ifaçılıq mədəniyyəti konsert platformasının əsas hissəsinə çevrilmiş və M. Tippet tərəfindən kontratenor adlandırılmışdır. Müasir dövrdə fəaliyyət göstərən kontratenor ifaçılarından M. Çans, X. Sabata, D. Li, D. Daniels, B. Asava, L. Zazzo, V. Sabadus, M. E. Cencic, D. Hansen, F. Jarusski, A. Şöl, F. Facioli, B. Mehta, Y. Orlinski və digərlərini göstərmək olar. Azərbaycan musiqi mədəniyyətində ilk kontratenor ifaçısı Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərovdur.

Operalarda rollar

[redaktə | mənbəni redaktə et]
  • Adone, La catena d'Adone (Domenico Mazzocchi)
  • Atlante, Alceste, Il palazzo incantato (Luigi Rossi)
  • Joad, Athalia (Handel)
  • La Fortuna, Giustino, (Handel)
  • Childerico, Faramondo, (Handel)
  • David, Saul (Handel)
  • Athamas, Semele (Handel)
  • Joseph, Joseph and his Brethren (Handel)
  • Hamor, Jephtha (Handel)
  • Oberon, A Midsummer Night's Dream (Britten)
  • David, Chichester Psalms (Bernstein)
  • Annas, Jesus Christ Superstar (Lloyd Webber)
  • Priest, Taverner (Davies)
  • Voice of Apollo, Death in Venice (Britten)
  • Death, Ithuriel, Raphael, Paradise Lost (Penderecki)
  • Prince Go-Go, Le Grand Macabre (Ligeti)
  • Edgar, Lear (Reimann)
  • Akhnaten, Akhnaten (Glass)
  • Military Governor, A Night at the Chinese Opera (Weir)
  • Mephistophiles, Historia von D. Johann Fausten(Schnittke)
  • Vera Loman, Vera of Las Vegas (Hagen)
  • The Refugee, Flight (Dove)
  • The Guest, The voice behind the scene, Luci mie traditrici (Sciarrino)
  • Kreon, Freispruch für Medea (Liebermann)
  • Franz, Fritz, Doctor Ox's Experiment (Bryars)
  • Raphael, Tobias and the Angel (Dove)
  • Adschib ("the Wayward"), L'Upupa und der Triumph der Sohnesliebe (Henze)
  • Trinculo, The Tempest (Adès)
  • Artemis (travesti role), Phaedra (Henze)
  • Fox/Coachman, The Adventures of Pinocchio (Dove)
  • Herald, Medea (Reimann)
  • Prospero, Ferdinand, The Enchanted Island(Pasticcio)
  • First Angel/Boy, Written on Skin (Benjamin)
  • Bishop Baldwin, Gawain (Birtwistle)
  • Orpheus, The Second Mrs Kong (Birtwistle)
  • Snake Priestess and 2 Innocents, The Minotaur(Birtwistle)
  • Odysseus, Sirenen (Riehm)
  • Terry, Marnie (Nico Muhly)

Kastrat ifaçılar

[redaktə | mənbəni redaktə et]

Giles, Peter (1982). The Countertenor. Muller Publishing.

Giles, Peter (2005). A Basic Countertenor Method. London: Kahn & Averill. ISBN 978-1-871082-82-1.

Howell, Ian. "Countertenor Technique: An Introduction to Concepts". The Countertenor Voice (April 2011).

Большой академический словарь русского языка. — Т. 8. — М. ; СПб. : Наука, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

All you would like to know about Castrati

Kastrat ifaçılar

Castrato

Countertenor

Контратенор

  1. J. B. Steane, "Countertenor", in The New Grove Dictionary of Opera, I, p. 999.
  2. A sopranist is a term used to describe a countertenor whose vocal range is so high it is equivalent to that of a soprano; however, this term is widely used falsely.
  3. Simon, Ravens (2014). The supernatural voice : a history of high male singing. ISBN 9781843839620. OCLC 967385734.