Kançencanqa
Kançencanqa | |
---|---|
nep. कञ्चनजङ्घा | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Himalay |
Dağ silsiləsi | Himalay dağları |
Mütləq hündürlüyü | 8586[1] |
Nisbi hündürlüyü | 3922 m |
İlk fəthi | 25 may 1955-ci il (Co Braun və Corc Bend) |
Yerləşməsi | |
27°42′09″ şm. e. 88°08′54″ ş. u.HGYO | |
Ölkələr | |
Regionlar |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kançencanqa (nep. कञ्चनजङ्घा ) — Himalay dağlarında, eyni adlı Kançencanqa dağ massivində yerləşə dağ. Bəzən bu zirvəni Əsas Kançencanqa adlandırırlar.(8586 m). Kançencanqa səkkizminliklər içərisində hündürlüyünə görə üçüncüdür.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kançencanqa dağ massivi və əsas zirvələri Nepal və Hindistanın (Sikkim ştatı) sərhəddində yerləşir. Massiv əsasən 5 zirvədən ibarətdir. Zirvələrdən dördünün hündürlüyü 8 km keçir.
№ | Zirvələr | Hündürlük, m |
---|---|---|
1 | Əsas Kançencaqra | 8586 |
2 | Cənubi Kançencaqra | 8491 |
3 | Mərkəzi Kançencaqra | 8478 |
4 | Qərbi Kançencaqra | 8505 |
5 | Kanqbaçen | 7902 |
Əsas və Cənubi Kançencanqa bir-birinə çox yaxındır və hündürlüklərində 95 metr fərq var. Kançencanqa dağ massivinin bir hissəsi Kançencanqa Milli park ərazisinə daxildir (Hindistan, Sikkim ştatı)
Etimologiyası
[redaktə | mənbəni redaktə et]"Kançencanqa” sözünün mənası "Böyük qarların beş xəzinəsi" deməkdir. Ümumən massiv 5 zirvədən ibarətdir.
Kançencanqa mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Kançencaqa, rus humanisti, filosofu və rəssamı Nikolas Reriçin rəsmlərindəki ən sevimli mövzulardan biri idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]1852-ci ilə qədər Kançencanqa dünyanın ən hündür dağı hesab olunurdu. Ancaq 1849-cu ildə təşkil edilmiş ekspedisiya və tədqiqat işləri nəticəsində Everest dünyanın ən hündür zirvəsi elan edildi.[2] Kançencanqa dağının ilk fəthi 25 may 1955-ci ildə baş vermiş. Britaniyalı ekspedisiya üzvləri Corc Bend və Co Braun tarixdə ilk dəfə olaraq zirvəyə dırmaşmışlar. Müasir dövrdə Kançencanqa dağına fərqli 11 marşrut müəyyən edilmiş (1988-ci ildə Byulerin təklif etdiyi marşrutdan başqa).[3]
Fəth olunma tarixçəsi
[redaktə | mənbəni redaktə et]1905-ci ildə Kançencanqaya Alister Kroulin rəhbərliyi ilə ilk ekspedisiya təşkil olunmuş. Zirvəyə dırmanış cənub-qərb tərəfdən, Yulunq buzlağında həyata keçirilmiş və 6200 metr hündürlükdə yekunlaşmış. 1929-cu ildə alman ekspedisiyası Sikkim istiqamətindən zirvəyə qalxmış və 7400 metr yüksəklikdən beş gün davam edən tufan səbəbli geri dönmüşlər. 1931-ci ildə ikinci alman ekspedisiyası 7700 metrlik hündürüyə çata bilmiş və texniki çətinlik üzündən geri dönmüşlər. 1975-ci ildə yapon ekspedisiyası ilk dəfə olaraq Qərbi Kançencanqa zirvəsini fəth etmişlər. 1974-cü ildə isə polşalı alpinistlər ilk dəfə olaraq Kanqbaçen zirvəsinə dırmaşdılar. 1983-cü ildə Per Beqin oksigen balonundan istifadə etmədən zirvəyə yetişmişdir.
Dırmaşma çətinliyi
[redaktə | mənbəni redaktə et]Müasir dövrdə dağa dırmaşmada ölüm hallarının ildən ilə azalmasına baxmayaraq Kançencanqada əksinə bu göstərici durmadan artır. Son illərin statistik məlumatlarına görə ölüm halları 22 % qədər artmış və enmək bilmir. Nepalda bir əfsanə mövcuddur: Kançencanqa dağ-qadındır. O zirvəyə qalxmaq istəyən bütün qadınları öldürür. Uzun müddət bu zirvəyə sağ salamat qalxıb geri dönmüş alpinist qadın britaniyalı Cinett Harrison olmuşdur. O 1988-ci ildə zirvəni fəth etdikdən iki il sonra Dhaulagiri zirvəsinƏ qalxan zaman həlak olmuşdur. 2008-ci ildə avstriyalı qadın alpinist Herlinde Kaltenbryunner, 2009-cu ildə isə ispan Edurne Pasaban və polyak Kinqa Baranovskaya bu zirvəni fəth etmişlər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Peakbagger.com". 2013-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-18.
- ↑ (ing.) Letter " from Campbell, on the elevation of peaks in the Himalaya " dans Journal of the Asiatic Society of Bengal, lire en ligne Arxivləşdirilib 2022-04-15 at the Wayback Machine
- ↑ "Канченджанга. Все маршруты восхождения на третий по высоте восьмитысячник мира - 4sport.ua". 4sport.ua. 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.