Kamil Sadıxov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kamil Sadıxov
Digər adı Kamil Sadıqov
Doğum tarixi 27 fevral 1927(1927-02-27)
Doğum yeri
Vəfat tarixi 8 iyul 2016(2016-07-08) (89 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı
  • AMEA-nın həqiqi üzvü[d]
Təhsili
Üzvlüyü
Mükafatları
Azərbaycan SSR Dövlət mükafatı — 1970 "SSRİ ixtiraçısı" döş nişanı — 1978
"Şöhrət" ordeni — 2004
"Şərəf nişanı" ordeni — 1986 "Əmək veteranı" medalı — 1986 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970

Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927, Vladiqafqaz, Şimali Qafqaz diyarı[d]8 iyul 2016, Bakı) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001).

Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941–1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V. V.kuybışev adına AETNEİ-də (indiki Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953–1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K. Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut — Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K. İ. Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.

1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2001-ci ildə o, Neft-kimya İnstitutunun rəsmi üzvü olmuşdu. K. Sadıxov Azərbaycan Dövlət Neft Akademiyasının labaratoriyasında, maşın yağı almaq üçün məsul sintez edirdi.[1]

2016-cı il 8 iyulda Bakı şəhərində vəfat etmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1948-ci ildə, hələ BDU-nun V kurs tələbəsi olarkən, V. V. Kuybışev adına AzETNİ-də başlamış, sonralar onun əsasında yaradılan Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) və 1965-ci ildən Aşqarlar Kimyası İnstitutunda (AKİ) çalışmışdır. 1956-cı ildə "Avtotraktor yağları üçün sulfonat aşqarların sintezi, tədqiqi və tətbiqi" mövzusunda namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqarların sintezi, texnologiyalarının işlənməsi və sənayedə tətbiqi sahəaində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müvəıffəqiyyətlə müdafiə edərək, 1957-ci ildə kimya elmləri namizədi və 1968-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1969-cu ildə kimya və neft-kimyası ixtisası üzrə professor elmi adını almışdır. 1965-ci ildə Aşqarlar Kimyası İnstitutu yarandıqdan sonra o, 1988-ci ilədək "Mühərrik yağlarına sulfonat aşqarlarının sintezi və YSM-lər" laboratoriyasına, 1988–1998-ci illər "Mühərrik yağlarına aşqarlar və YSM-lər" şpbəsinə, 1998-ci ildə şöbələr ləğv olunduqdan sonra 2000-ci ilə kimi "YSM-lərə aşqarlar " laboratoriyasına rəhbərlik etmiş, 2001-ci ildən ömrünün son günlərinə kimi isə baş elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Onun elmi yaradıcılıq fəaliyyəti neft kimyasının bir sıra fundamental və mühüm təcrübi məsələlərinə — motor yağları və yağlayıcı-soyuducu mayelərə (YSM) yüksək təsirli aşqarların sintezi, tədqiqi, istehsal texnologiyasının işlənib hazırlanması, onların əsasında yüksək keyfiyyətli sürtkü kompozisiyalarının və YSM-in tərtibi və sənayedə tətbiqinə həsr edilmişdir.

Yüksək təsirli neft sulfonatlarının sintezində xammalın seçilməsinin K. Sadıxov tərəfindən işlənib hazırlanmış elmi əsasları bu sahədə məqsədyönlü sintezlər aparmağa, bir sıra yüksək təsirli sulfonat aşqarlarının alınma texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiqinə imkan vermişdir. Sulfonat aşqarların kimyəvi quruluşları ilə təsirlilikləri arasında asılılıq ilk dəfə akademik K. Sadıxov tərəfindən müəyyən edilmişdir.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

K. Sadıxov məhsuldar elmi fəaliyyəti ilə yanaşı, böyük elmi-təşkilati işlərlədə məşğul olmuşdur. "Neft kimyası və neft emalı" koordinasiya şurasının, doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şüranın üzvü olmuşdur. 1989–2000-ci illər ərzində AEA Kimya Bölməsinin büro üzvü, dəfələrlə BDU və Neft Akademiyasında Dövlət buraxılış imtahan komissiyalarının sədri olmuşdur.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

K. Sadıxov respublikamızın elmi-tədqiqat və sahə institutlarında, ali məktəblərində müvəffəqiyyətlə çalışan 19 fəlsəfə doktoru və 4 elmlər doktoru hazırlamışdır.

Dövlət buraxılış imtahan komissiyasının sədri: 1976–1978-ci illər BDU-da, 1998-ci il Neft Akademiyasında

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]

K. Sadıxov 400-dən çox elmi əsərin, o cümlədən 4 kitabın, 100-dən çox müəlliflik şəhadətnaməsi və patentin müəllifidir, apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələrini bir sıra Beynəlxalq və Ümumittifaq konfrans və simpoziumlarda məruzə etmişdir.

  • Сульфонатные присдаки к смазочным маслам. Баку, изд. " Элм ", 1982
  • Смазочно — охлаждающие жидкости для алмазно-образивной обработки металлов. Баку, изд."Элм", 1978
  • Синтез функционально-замещенных 2-тиофентиола ЖОрХ, 1983, М., т 19, с. 1747–1750
  • Нефтяные и синтетические сульфонатные присадки к моторным маслам. Баку — "Элм" −2006
  • Сборник научных трудов. Баку – 2006
  1. Садыхов К. И. Нефтяные и синтетические сульфонатные присадки к моторным маслам. Баку — "Элм" −2006

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]