I Mehmed Gəray

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Mehmed Gəray
17 aprel 1515 – noyabr 1523
ƏvvəlkiI Məngli Gəray
SonrakıI Qazi Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1465
Doğum yeri
Vəfat tarixi oktyabr 1523 (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Fəaliyyəti monarx
Atası I Mənqli Gəray
Uşaqları
Ailəsi Gəraylar
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Mehmed Gəray (30 noyabr 1465, Həştərxan xanlığıoktyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — 5. Krım xanı.

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

Mehmed Gəray 1465-ci ildə Həştərxanda dünyaya gəlmişdir. Krım xanı Məngli Gərayın ən böyük oğludur. Anasının kim olduğu bilinir. Gənclik illərində atasının PolşaLitva knyazlıqlarına, eləcə də Moskva knyazlığına tərtiblədiyi saysız səfərlərdə iştirak etmiş, əmisi Yağmurçi Gərayın 1507-ci ildə vəfatından sonra kalqay (Krım taxtının vəliəhdi) elan edildi. Vəliəhd olaraq atasından QarasubazarAğməscid bölgələrinin idarəsini təhvil aldı.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

1515-ci ilin aprelində atası Məngli Gəray Salacıq bölgəsində vəfat etdi. O əsnada kalqay Mehmed Gəray və ordusu isə yarımadanın şimalındakı Perekop qalasında idi və onun paytaxta gəlişinə qədər 40 gün boyunca xanın vəfatı əhalidən gizlədildi.

Krım taxtına oturan Mehmed Gəray, gələcəkdə üsyan edəcək olan kiçik qardaşı Topal Əhməd Gərayı kalqay elan etdi. Digər qardaşı Səadət Gərayı isə İstanbula girov olaraq göndərdi. Əhməd Gəray ilk başda ona verilən Ağcaqum bölgəsində qalsa da, daha sonra Litva knyazlığı ərazisinə hücumlar tərtibləməyə başladı. Üsyankar kalqay, Moskva knyazı III Vasili ilə məktublaşaraq, onu Kiyev və Vilna üzərinə səfərə dəvət etdi. Digər yandan oğlu Hümmət Gərayı İstanbula göndərərək qardaşı olan taxt mübarizəsində Osmanlı sultanından kömək istədi.

1519-cu ilin yazında Mehmed Gəray oğulları BahadırAlp Gərayı, üsyankar qardaşını məğlub etmək üçün Perekop qalasına göndərdi. Çox keçmədən Əhməd Gəray qaladan qaçmaq istəyərkən ələ keçirildi və öldürüldü. Mehmed Gəray böyük oğlu Bahadır Gərayı kalqay elan etdi. Ancaq Bahadır Gəray 1523-cü ildə Həştərxan xanlığının taxtına oturdu və bu dəfə də kiçik qardaşı Alp Gəray kalqay təyin edildi.

1519-cu ildə Qazan xanı Məhəmməd Əmin xan vəfat etdi və xanın övladı yox idi. Bu səbəblə xanlığın idarəsini ələ keçirmək istəyən Moskva knyazı və Krım xanı öz namizədlərini irəli sürdülər. Rusların taxt namizədi Şeyx Əliyarın oğlu Şahəli xan, tatarların namizədi isə xanın kiçik qardaşı Sahib Gəray oldu. Nəhayət 1521-ci ildə Sahib Gəray Qazan xanlığının taxtına oturdu və 3 il boyunca bu taxtda qaldı.

1521-ci ildə hər 2 qardaşın birləşmiş qüvvələri Moskvaya hücum etdi və şəhəri talan edərək xeyli miqdarda qənimətlə geri döndü. Bu hücumun ardından Moskva knyazlığı illik xərac verməyi qəbul etdi. Ancaq 1523-cü ildə tərtiblənən Moskva səfəri uğurlu olmadı. Belə ki, toplarla təmin edilən rus ordusunu görən tatar süvariləri geri çəkildi və səfərin istiqamətini dəyişərək Həştərxana yönəldi. Elə həmin il Həştərxan xanlığı işğal olundu və kalqay Bahadır Gəray Həştərxan taxtına oturdu.

Səfər bitsə də, ordunun böyük bir qismini Krıma göndərən xan kiçik hərbi dəstəylə Həştərxanda qaldı. Ancaq Krım xanının bu qədər güclənməsindən narahat olan yerli əsilzadələr Mamay xanın başçılığı ilə Mehmed Gəraya qarşı sui-qəsd təriblədilər. Mehmed Gəray və 2 övladı (Bahadır GərayAlp Gəray) çadırda xəncərlə qətlə yetirildi. Xanın sui-qəsddən xilas olan oğlanları Krıma qaçdılar. Qaçan qardaşları təqib edən noqay dəstələri yarımadaya gəldi və bölgəni talan etdilər.

Vəziyyəti dərhal ələ almaq istəyən Qazi Gəray mərhum xanın sağ qalan ən böyük oğlu olaraq Krım taxtına çıxdı.

Tatar boylarından Həsən bəyin qızı Nurum Sultanla evlənmişdir. Adı bilinən övladları bunlardır:

  • Howorth, Henry Höyle (1880) History of the Mongols, from the 9th to the 19th Century
  • Fisher, Alan W., (1987) The Crimean Tatars, Stanford California: Hoover Institution Press
  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2, pages 119—145
  • Халим-Гирай-султан «Розовый куст ханов или история Крыма»