I Əlaəddin Keyqubad
Şirvanşah I Keyqubad ilə səhv salınmamalıdır.
1.Əlaəddin Keyqubad | |
---|---|
1.Alaeddin Keykubat | |
Rum Sultanlığının sultanı | |
1220 – 1237 (ləqəbi: Uluğ Sultan Uluğ Keykubat Dünya Hökmdarı) | |
Əvvəlki | I İzzəddin Keykavus |
Sonrakı | II Qiyasəddin Keyxosrov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Konya |
Vəfat tarixi | 31 Mayıs 1237 |
Vəfat yeri | Kayseri |
Dəfn yeri | Konya |
Fəaliyyəti | monarx, Sultan |
Atası | I Qiyasəddin Keyxosrov |
Uşaqları |
oğlanları: II Qiyasəddin Keyxosrov İzzəddin Qılınc Arslan |
Ailəsi | Səlcuq bəy |
Dini | İslam Sünni |
Vikianbarda əlaqəli mediafayllar |
I Əlaəddin Keyqubad (Anadolu Səlcuqlu dövlətinin sultanı (1220-1237), sultan I Qiyasəddin Keyxosrovun oğlu. Hakimiyyətdə olduğu dövrdə inşa etdirdiyi və çoxu bu günə qədər gəlib çatan tikililərə, idarəçilik bacarığına, başçısı olduğu dövlətə qazandırdığı hərbi qüdrətə görə dünya miqyasında ən tanınmış Anadolu Səlcuqlu sultanıdır. İnşa etdirdiyi və bu günə qədər qorunub saxlanan ən önəmli memarlıq abidələri Konya şəhərindəki Əlaəddin məscidi və Bəyşəhrdəki Qubadabad sarayıdır.
Həyatı
[redaktə | vikimətni redaktə et]I Əlaəddin Keyqubad uşaqlıqda ciddi təlim-tərbiyə almışdır. Türk-islam adət-ənənələrinə görə Əmir Seyfəddin, Ay-Aba və Əmir Bədrəddin Gövhərtaş onun atabəyi təyin olunmuşlar. Keyqubad ana dili olan türk dili ilə bərabər fars, yunan və ərəb dillərini də öyrənmişdir. Bundan başqa o islam elmlərini və astronomiyanı da bilirdi.
1205-ci ildə Tokat məliki (valisi) təyin olunmuş və dövlət idarəçiliyi sahəsində ilk təcrübələrini toplamağa başlamışdır. Atasının vəfatından sonra hakimiyyət böyük qardaşı I İzzəddin Keykavusun əlinə keçmişdir. Bunu qəbul etməyən və taxta çıxmaq istəyen Keyqubad Ərzurum məliki Toğrul şah ilə ittifaqa girib Kayseriyə, böyük qardaşının üzərinə hücum etmişdir. Amma tərəfdarları onu tərk edib qardaşının tərəfinə keçəndən sonra Ankara qalasına sığınmaq məcburiyyətində qalmışdır. Keykavus Ankara qalasına hücum edib onu almış, qardaşı Keyqubadı Malatyadakı Minşar qalasına sürgün etmişdir.