III Aleksandr
III Aleksandr | |
---|---|
rus. Алекса́ндр III Алекса́ндрович | |
Şəxsi məlumatlar | |
Doğum adı | Александр Александрович |
Doğum tarixi | 26 fevral (10 mart) 1845[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr (1 noyabr) 1894[1][2] (49 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | Nefrit (xəstəlik)[1] |
Dəfn yeri | |
Atası | II Aleksandr[1] |
Anası | Mariya Aleksandrovna (Rusiya imperatriçası)[1] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | praporşik, podporuçik, poruçik, ştabs-kapitan, kapitan, polkovnik, general-mayor, general-leytenant, infanteriya generalı[d], tam süvari generalı[d], general adyutant[d] |
Döyüşlər | |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
III Aleksandr (26 fevral (10 mart) 1845[1][2], Aniçkov sarayı, Sankt-Peterburq, Rusiya imperiyası[5][6] – 20 oktyabr (1 noyabr) 1894[1][2], Livadiya sarayı, Livadiya, Yalta qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası[7][8][…])— Romanovlar sülaləsinin üzvü, 1881–1894-cü illərdə Rusiya imperiyasının imperatoru. Təmsil etdiyi hökumətə qarşı çıxmış və rus millətçiliyini dəstəkləmişdir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Çar I Nikolayın nəvəsi, vəliəhd şahzadə Aleksandr Nikolayeviçin (II Aleksandr) ikinci oğlu idi. Qardaşı vəliəhd şahzadə (1855-dən sonra) Nikolay Aleksandroviçin 1865-ci ildə ölümünə qədər vəliəhd olmağı xəyal kimi düşünən Aleksandr, şahzadə olarkən dövrünün hersoqlarına verilən ilk və orta təhsilini almağa başladı. Yalnız 1865-ci ildə vəliəhd olarkən, rus dövlət adamı K. P. Pobedonostsev tərəfindən yetişdirilməyə başlandı. Qardaşı Nikolay, ölümündən əvvəl nişanlısını Danimarkalı şahzadə Daqmarın (Ortodoks olduqdan sonra Mariya Fyodorovna) Aleksandr ilə evlənməsini istəmişdi. Bu istəklə razılaşan Aleksandr və Daqmarın çox xoşbəxt bir evlilikləri oldu. Aleksandr, vəliəht olarkən atası ilə müxtəlif mövzularda razılaşmamağa başladı. Bu münaqişə, Franız-Alman döyüşü zamanı zirvəyə çatdı. Aleksandr fransızları; Çar isə almanları dəstəklədi. Almanlardan xoşu gəlməyən Aleksandr, Pebodonostsevdən aldığı təhsillə bağlı olaraq ifrat millətçi və dindar Ortodoks olmuşdu. Ona lağ edən atasına məhəl qoymayan Aleksandr, 1877–1878 Osmanlı-Rus müharibəsində Rus ordusunun sol qanadına rəhbərlik etdi. Amma Rusiyanın ələ keçirdiyi əraziləron çoxu, alman kansleri Otto fon Bismarkın rəhbərliyindəki Berlin Konqresində itirilərkən o, xəyal qırıqlığına uğradı və buna görə də almanları bağışlamadı.
Çar II Aleksandr, 1881-ci il 13 mart tarixində Loris-Məlikov konstitusiyasını imzaladığı gün, Xalqın İradəsi təşkilatının həyata keçirdiyi bombalı sui-qəsd zamanı ölərkən, ertəsi gün Aleksandr, III Aleksandr adı ilə çar oldu. İlk işi atasının imzaladığı konstitusiyanı ləğv etmək oldu. Buna görə də Rusiya, Qərbin sözdə liberalizmi ilə deyil, Ortodoks dəyərləri ilə xilas ola bilərdi.
Aleksandrın əsas qayəsi; dili, dini, idarə forması bir olan bir ölkə yaratmaq idi. Bu məqsədlə; alman, polşa, fin, uyğur və qırğız əsilli insanlara rus dilini və rusca təhsil keçən məktəbləri məcburi olaraq qəbul etdirdi, yahudilərə təziq göstərdi və mərkəzdən uzaqda yerləçən, alman, polşa və isveç təşkilatlarının qalıqlarını aradan qaldırdı.
Xarici əlaqələrdə sülh tərəfdarı olan Aleksandr, buna baxmayaraq almanlardan razı deyildi. Ancaq yenə də bu ölkə ilə yarana biləcək ziddiyyətdən yayındı. Hətta Almaniya, Avstriya və Rusiyanın daha əvvəl qatıldığı "Üç İmperatorluq" ittifaqını qısa müddətlik canlandırdı. Ancaq xüsusilə II Vilhelmin hakimiyyətinin ilk illərində Almaniya daha soyuq münasibət göstərdi.
1894-cü il noyabrın 1-də ölümündən sonra taxta Rusiyanın son çarı olan oğlu II Nikolay keçdi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Александр III (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 411–413.
- ↑ 1 2 3 4 D. M. W. Alexander III. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 1. P. 581–583.
- ↑ 1 2 Николай II (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1897. Т. XXI. С. 124–128.
- ↑ 1 2 Михаил Александрович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XIXа. С. 485.
- ↑ 1 2 http://iranian.com/main/blog/darius-kadivar/persian-conquest-bakhtiars-great-nephew-restore-paris-famed-bridge.html.
- ↑ 1 2 https://www.princeton.edu/~achaney/tmve/wiki100k/docs/Alexander_III_of_Russia.html.
- ↑ 1 2 http://sputniknews.com/voiceofrussia/radio_broadcast/2248142/2314900/.
- ↑ 1 2 http://www.freewebs.com/georgeromanov/theparentsofgeorge.htm.
- ↑ Мария Феодоровна (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVIIIа. С. 639.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |