Hindistan tirəndazı
Hindistan tirəndazı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
???: Hindistan tirəndazı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Hindistan tirəndazı (lat. Hystrix indica) – (Rodentia) dəstəsindan bir məməli heyvan növü.
Yayılması
[redaktə | mənbəni redaktə et]Kiçik və Orta Asiyanın quraq sahələrində, Qazaxıstanın Cənubunda, Levantda, Qərbi Ərəbistanda, Cənubi Qafqazda, İndostanda, Tibetdə və Şri-Lanka adasında məskən salmışlar. Bu növə XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın bütün ərazillərində rast gəlmək mümkündür. XX əsrin başlanğıcında bu növ Talış dağlarında və Kiçik Qafqazın Cənub-qərb hissəsi üçün səciyyəvi idisə, sonralar onun Respublikanın digər arid və meşəli rayonlarında, hətta Dağıstanla sərhəddə yerləşən Samur çayı boyunca yayılması haqqında məlumatlar əldə olunmuşdur..[3]
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Müxtəlif landşaftlarda məskən salır. Özləri tərəfdən qazılan və ya porsuq yuvalarında, mağaralarda, qayanın çatlarında, daş qırıntıları və yuyulma nəticəsində əmələ gələn yarğanlarda məskunlaşırlar. Yuvaları mürəkkəb və çoxşaxəli quruluşa malikdir. Yaşayış məntəqələri yaxınlığında tez-tez rast gəlinir. Ailə qrupları əmələ gətirir. Gecə həyat tərzi sürürlər. Su mənbələrinə ehtiyac duyurlar (su axtarışına çıxdıqda gecə ərzində 5 km-ə qədər məsafə qət edə bilərlər).Yazda ot bitkiləri, kökümsovlar, soğanaqlar, yayda və payızda mədəni və vəhşi bitkilərin toxumları və meyvələri ilə (xüsusilə müxtəlif meyvə və tərəvəzlərə, qarpız, yemiş, xiyara üstünlük veririlər), qışda isə kökümsovlar və ağac qabıqları ilə qidalanırlar. Dünyaya 2 - 4 bala gətirməklə, çoxalma dövrü ildə bir dəfə müşahidə olunur (cütləşmə dövrü dəniz səviyyəsi hündürlüyündən asılı olaraq mart ayından iyuna, balalama dövrü isə yay fəslinə təsadüf edir). Balalar gözləri açıq vəziyyətdə və yumşaq iynəli doğulurlar. Yetkinlik dövrü iki yaşına təsadüf edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2001.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Məməlilər (AMEA-nın Zoologiya İnstitutu Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Алекперов Х. М. Млекопитающие юго-западного Азербайджана //АН Аз. ССР, Баку, 1966, с. 52 - 54; 2.
- Верещагин Н. К. Млекопитающие Кавказа. История формирования фауны //АН СССР, Москва – Ленинград, 1959, сc. 474, 681;
- 3. Рахматулина И. К., Аскеров Э. К. Современный ареал дикобраза (Hystrix indica Kerr, 1799) в Восточном Закавказье //Консервация аридных и семиаридных экосистем в Закавказье (Сбор. науч. трудов), Тбилиси, 2003, cc. 56 - 57; 4.
- Сатунин К. А. Млекопитающие Кавказского края //Труды музея Грузии, 1920, 2, II, 105 - 107.