Heydər Əliyev (İlham Əliyevin oğlu)
Naviqasiyaya keç
Axtarışa keç
Heydər Əliyev | |
---|---|
Heydər İlham oğlu Əliyev | |
| |
Doğum tarixi | 3 avqust 1997 (27 yaş) |
Atası | İlham Əliyev |
Anası | Mehriban Əliyeva |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Heydər İlham oğlu Əliyev (3 avqust 1997) — Hazırkı Azərbaycan Prezidenti İlham Əliyevin və həyat yoldaşı, hazırkı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ən kiçik övladı və yeganə oğlu.
Həyatı
3 avqust 1997-ci ildə doğulub.[1] İlham Əliyev və Mehriban Əliyevanın ən kiçik övladı və yeganə oğludur. O, həmin dövrdə Azərbaycanın 3-cü prezidenti olan babası Heydər Əliyevin adını daşıyır. Leyla və Arzu adında iki böyük bacısı var.
O, Heydər Əliyev adına Müasir Təhsil Kompleksini qızıl medalla bitirib.[2] 2017-ci ildə ADA Universitetindən bakalavr dərəcəsi ilə məzun olub.[1] 2018–2019-cu illərdə hərbi xidmətdə olub.[1]
Şəxsi həyatı
26 noyabr 2022-ci ildə Mehriban Əliyeva Instagram hesabında oğlu Heydərin evləndiyi barədə paylaşım edib.[1]
İstinadlar
- ↑ 1 2 3 4 "The wedding of Heydar Aliyev Jr. took place". 26 noyabr 2022. 24 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2023.
- ↑ "İlham Əliyevin oğlu qızıl medal aldı". Oxu.az (az.). 2024-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-24.
Xarici keçidlər
Vikianbarda Heydər Əliyev ilə əlaqəli mediafayllar var.