Hari (çay)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hari
ind. Batang Hari
Hari çayı. 1877-1879-cu illərdə təşkil edilmiş Sumatra ekspedisiyası zamanı çəkilmişdir
Hari çayı. 1877-1879-cu illərdə təşkil edilmiş Sumatra ekspedisiyası zamanı çəkilmişdir
Ölkə  İndoneziya
Mənsəbi Cənubi Çin dənizi
Uzunluğu 800 km
Su sərfi 1500 m³/san
Su sistemi Cənubi Çin dənizi
Hövzəsinin sahəsi 40 000 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hari[1] (ind. Batang Hari, digər adları Batanqxari[2], Cambu[3]) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay[4]. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır [5]. Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir [6]. Hari çayının ən böyük qolları: Tebo, Tabir, Meranqin, Tembesi və Eysa[7].

Hari çay hövzəsi İndoneziyada böyüklüyünə görə ikinci çay hövzəsidir. Ümumi sahəsi 40 000 km-dir²[5] (digər məlumata görə 49 000 km²)[8]. Su toplayıcı sahənin təxminən 76 % Cambi əyalətində yerləşir. Digər 24 % — Qərbi Sumatra əyalətinə aiddir [8]. Hari çayının uzunluğu 800 km-dir[7] (digər mənbəyə görə 600 km[5]).

Çay Cambi şəhərinə kimi gəmiçilik üçün yararlıdır [5] (mınsəbdən 155 km). Çay kənarında yerləşən ən böyük şəhər və liman — Cambidir (əhalisi 586 930 nəfər). Transsumatra şossesi (AH25) Cambi şəhərindən keçən çayla kəsişir.

Hari çay hövzəsində qızıl yataqları mövcud [7]. Bu səbəbdən adaya Swarnadwipa adı verilmiş. Sanskrit dilindən "Qızıl ada" mənasını verir.

Qədimlərdə çay mənsəbində Melayyu ticarət limanı mövcud idi. 686-cı ildə liman Srivijaya çarlığı tərəfindən tutulmuş. X əsrdə Cambidən 26 km çay boyu aşağıda yeni hind-buddist kompleksi formalaşmış. Əraziyə hind mədəniyyətinin təsiri özünü çayın adında göstərmiş — Hari hinduizmidə Vişna və Krişnanın adlarından biridir [7].

Uzun müddətli dağ-mədən işlərinin aparılması və meşələrdə oduncaq tədarükü çay axımına böyük təsir göstərmiş. Nəticədə çay sahillərində torpaq eroziyası güclənmiş, çay yatağının lillənməsi artmışdır. Son illər yağışlı mövsümlərdə çayda su səviyyəsi kəskin artır və quraq mövsümdə isə kəskin enir. Çayın orta su sərfi 1500 m³/saniyədir [5].

Təbiəti qorumaq məqsədi ilə bölgədə Kerinçi-Seblat (sahəsi 1 375 000 hektar) və Berbaq (sahil boyu bataqlıqlaşmış ərazilər, sahəsi 162 700 hektar) milli parklar yaradılmışdır [7].

  1. Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986
  2. Используется в иностранных источниках
  3. Использовалось в российских, советских картах и справочниках до 3-его издания БСЭ
  4. "Reviving Batanghari's heyday". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2014.
  5. 1 2 3 4 5 Хари // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
  6. Большой атлас мира, издание четвертое, The reader’s Digest World Atlas, 2007, ISBN 978-5-89355-169-3, стр. 98
  7. 1 2 3 4 5 "Introduction to Jambi". indahnesia.com. 2016-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
  8. 1 2 "DAS Batanghari". academia.edu. 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.