Hans Vaihinger
Hans Vaihinger | |
---|---|
alm. Hans Vaihinger | |
Doğum adı | Johannes Vaihinger[3] |
Doğum tarixi | 25 sentyabr 1852[1][2][…] |
Vəfat tarixi | 18 dekabr 1933[1] (81 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Hans Vaihinger (25 sentyabr 1852[1][2][…] – 18 dekabr 1933[1], Halle, Saksoniya[d]) — alman idealist filosofu, neokantçılığın nümayəndəsi.
1883-cü ildən Strasburq, 1906-cı ildən Halle universitetlərinin professoru olub. "Kantın "Xalis zəkanın tənqidi"nin şərhləri" əsərinin müəllifi, "Kant – Studien" jurnalının və Kant cəmiyyətinin təsisçisidir. Əsas əsəri "Sanki fəlsəfəsi"ndə başlıca dünyagörüşü ideyalarından onların obyektləri "sanki" realdır kimi istifadə olunmasını təklif edən Kantın təsirilə fiksionalizm, yaxud "tənqidi pozitivizm" konsepsiyasını inkişaf etdirmişdir. Elmi və fəlsəfi anlayışlara yalnız praktiki əhəmiyyətə malik fiksiyalar kimi yanaşan alim gerçəkliyin "əslində olduğu kimi" dərkinin qeyri-mümkünlüyü haqqında aqnostik nəticələrə gəlmiş və duyğuları idrak üçün son əlçatan mövcudluq kimi qəbul etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Hans Vaihinger // Encyclopædia Britannica (ing.).
- ↑ Stanford Encyclopedia of Philosophy (ing.). Stanford University, Center for the Study of Language & Information, 1995. ISSN 1095-5054