Həzi Aslanov (polis)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həzi Aslanov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mubarizə Baş İdarəsinin rəisi
bayraq2
Vəzifədədir
5 noyabr 2019-cu ildən
ƏvvəlkiHeydər Heydərov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi
bayraq2
sentyabr 2005 – 5 noyabr 2019
ƏvvəlkiRamiz Nağıyev
Sonrakıİslam Hümbətov
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
Təhsili
Atası Arif Aslanov
Rütbəsi
Polis general-mayoru
Elmi fəaliyyəti
Elmi dərəcəsi hüquq üzrə fəlsəfə doktoru

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2008 "Vətən uğrunda" medalı — 2018

Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru

Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin saytında Həzi Aslanov haqqında səhifə. mia.gov.az  (az.)