Həsən Nəsrullah

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həsən Nəsrullah
ərəb. حسن نصر الله
Hizbullahın baş katibi[d]
16 fevral 1992 – 27 sentyabr 2024
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1960(1960-08-31)[1][2]
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2024(2024-09-27)[3][4][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi hava zərbəsi, boğulma
Partiya
Fəaliyyəti üləma, hərbi lider[d], siyasətçi
Uşaqları 5
Dini islam[5]
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi Militarizm[6]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həsən Nəsrullah (31 avqust 1960[1][2], Burc Hamod, Livan27 sentyabr 2024[3][4][…], Haret-Xreyk[d], Livan) — livanlı siyasətçi və din xadimi, Şiə-islamçı hərbi qrup və siyasi partiya olan Hizbullahın ən uzunmüddətli (32 il) baş katibi (1992–2024).

Seyid Həsən Nəsrullah 1960-cı ildə Livanın paytaxtı Beyrut şəhərinin yaxınlığında anadan olub. Gənc yaşlarında şiə dini təhsilinə başlayıb və 1982-ci ildə İsrailin Livanı işğal etməsi zamanı Hizbullahın yaradılmasında iştirak edib. 1992-ci ildə təşkilatın əvvəlki lideri Seyid Abbas Musəvinin İsrail tərəfindən öldürülməsindən sonra Hizbullahın baş katibi seçildi.[7][8]

Nəsrullah İslam təhsilini Livanda və İraqda alıb və erkən yaşlarında siyasi fəaliyyətə başlayıb. O, Livanın cənubundakı İsrail işğalına qarşı mübarizədə təşkilatı gücləndirdi və 2000-ci ildə İsrailin bu bölgədən geri çəkilməsində mühüm rol oynadı.[9] Onun rəhbərliyi ilə Hizbullah 2006-cı ildə İsrailə qarşı müharibədə böyük bir hərbi güc kimi özünü göstərdi.[10][11] Bu müharibə Nəsrullahın Livanda və Yaxın Şərqdə nüfuzunu artırdı.[11] [12][11]

Nəsrullahın rəhbərliyi altında Hizbullah həm hərbi, həm də siyasi cəhətdən güclü bir təşkilata çevrildi. Livan parlamentində təmsil olunmaqla yanaşı, sosial xidmətlər və yardım proqramları ilə Livan cəmiyyətinin müxtəlif təbəqələrinə xidmət göstərdi.

Nəsrullah İsrailə qarşı sərt ritorikası və Qərbin, xüsusən də ABŞ-ın bölgədəki siyasətinə qarşı tənqidi mövqeyi ilə tanınıb. O, İsrailin Livandakı hərbi varlığına və Qərbin regional müdaxiləsinə qarşı çıxaraq, bölgədəki şiə müttəfiqləri, xüsusən də İranla sıx əlaqələr qurmuşdu.[13]

Hizbullahın hərbi qanadı bir çox Qərb ölkəsi tərəfindən terror təşkilatı kimi tanınsa da, Nəsrullah Livanda və Yaxın Şərqdə müqavimət hərəkatının lideri kimi qəbul edilir. Onun İranla yaxın əlaqələri və Hizbullahın Suriyadakı vətəndaş müharibəsində Prezident Əsəd rejimini dəstəkləməsi onu bölgənin güclü fiqurlarından birinə çevirir.[13]

Nəsrullah Hizbullahın lideri kimi bir neçə sui-qəsd cəhdindən sağ çıxmış və 2006-cı ildən çox vaxt ictimaiyyət qarşısına çıxmır, yalnız nadir hallarda televiziya vasitəsilə çıxışlar edirdi. Nəsrullahın liderliyi onun İsrailə qarşı mübarizədəki mövqeyi və Hizbullahın Livandakı siyasi təsiri, onu Yaxın Şərqdə mübahisəli, lakin güclü bir lider kimi formalaşdırdı.

27 sentyabr 2024-cü ildə İsrail Silahlı Qüvvələri bildirmişdir ki, Nəsrullahın öldürülməsi üçün, İsrail Hərbi Hava Qüvvələri tərəfindən Hizbullahın Beyrut yaxınlığında yerləşən qərargahına hərbi hava zərbələri endirilmişdir.[14][15] Növbəti gün, Hizbullah tərəfindən Nəsrullahın öldüyü təsdiqlənmişdir.[16]

1960-cı il avqustun 31-də Beyrutun şərqində yerləşən Burc Hammudda onuşaqlı ailənin doqquzuncusu kimi anadan olmuşdur. Atası Əbdülkərim meyvə-tərəvəz ticarəti ilə məşğul olurdu. Həsən atasına kömək etmək üçün onun dükanına gedib gələrdi. Dükanın divarında Musa əs-Sədrin portreti asılı idi. Həsənin Musa əs-Sədrə olan sevgisi o zamanlar Məhrumlar hərəkatı olaraq bilinən Əməl hərəkatına maraq göstərməsinə səbəb oldu.

Həsənin o zamanlar din alimləri ilə heç biri əlaqəsi yox idi. Ailəsində tanınmış din adamının olmamasına baxmayaraq Həsən dinə sevgi bəsləyən bir uşaq idi. Onun dinə olan sevgisi oruc və namaz kimi ibadətlərlə məhdudlaşmazdı. Dinə marağı onu 1976-cı ildə Nəcəfə getməyə və orada islami elmləri öyrənmək üçün təhsil almağa sövq etdi.

Həsən Nəsrullah 1978-ci ildə Livana qayıtdı. Abbas əl-Musəvinin qurduğu İmam Müntəzər mədrəsəsində təhsilinə davam etdi. Eyni zamanda Əməl hərəkatında siyasi fəaliyyətinə də davam etməkdə idi. Nəsrullah bu hərəkatın Bəqa bölgəsindəki məsul şəxsi idi.

Erkən fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əməl hərəkatının rəhbərliyində parçalanma nəticəsində liderlərdən bir qrup ayrılaraq 1982-ci ildə Livan Hizbullahını yaratdı. Həsən Nəsrullah da Hizbullah hərəkatında müxtəlif vəzifələr tutdu. Hizbullahın liderlər şurasına üzv oldu. Nəsrullah 1989-cu ildə təhsilini davam etdirmək üçün Quma getdi. Ancaq İsrailin Livana və Hizbullah qüvvələrinə qarşı başladığı hərbi əməliyyatlar səbəbi ilə bir ildən çox Qumda qalmadı və geri Livana qayıtdı.

Hizbullah rəhbərliyi

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Hizbullahın baş katibi Abbas Musəvinin öldürülməsindən sonra Hizbullahın İdarə Heyəti Həsən Nəsrullahı hərəkatın baş katibi seçdi. Onun rəhbərliyi dövründə Hizbullah daha uzun mənzilli raketlər əldə etdi və bu, qruplaşmaya İsrailin şimalına zərbələr endirmək imkanı verdi. Buna cavab olaraq İsrail Livana qarşı 1993-cü ildə "Hesabatlılıq" və 1996-cı ildə "Qəzəb üzümləri" hərbi əməliyyatlarını keçirdi.

Oğlunun öldürülməsi

[redaktə | mənbəni redaktə et]

1997-ci il 4-5 sentyabrında Ənsariyə kəndində Hizbullah pusqusunda 12 israilli komandonun öldürülməsinə cavab olaraq İsrail ordusu Milx kəndi yaxınlığında pusqu qurdu və nəticədə dörd Hizbullahçı həlak oldu. Ölənlərdən biri Nəsrullahın ən böyük oğlu Hadi Nəsrullah idi. İsrail oğlunun cəsədini israilli ölən əsgərlərin cəsədləri ilə dəyişməyi təklif etdi, lakin Həsən Nəsrullah bunu rədd etdi.[17][18] Beyrutun cənubundə 7 günlük yas elan olundu. Oğlunun qalıqları 2004-cü ildə əsir mübadiləsi zamanı qaytarıldı.

2000-ci il – zəfər ili

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə FAT – ın lideri Yasir Ərəfatın ABŞ və İsrail rəsmiləri ilə müzakirələrində heç bir irəliləyiş əldə edə bilmədiyi bir zamanda İsrail Hizbullahdan kiçik bir imtiyaz belə ala bilmədən Livanın cənubundan öz ordularını çıxardı.

İsrail öz hərbi qüvvələrinin davamlı olaraq Hizbullahın hücumlarına məruz qalması səbəb ilə Şəba tarlaları istisna olmaqla Livan torpaqlarından çəkməyə məcbur oldu. İsrail tarixində ilk dəfə işğal etdiyi bir ərazini qeydsiz-şərtsiz tərk etməkdə idi. Livan Hizbullahı bu hadisə sonra Livan siyasi arenasında öz dayaqlarını daha da möhkəmləndirmiş oldu. Eyni zamanda Hizbullah Livan parlamentində çox sayda deputat yeri qazandı və Fuad Senyora hökumətində bir neçə nazirlə təmsil olundu.

Suriya vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

25 may 2013-cü ildə Nəsrullah Hizbullah qruplaşmasının Suriya vətəndaş müharibəsində "islamçı ekstremistlərə" qarşı vuruşduğunu elan etdi və "qrupunun Suriya yaraqlılarının Livanla həmsərhəd ərazilərə nəzarət etməsinə icazə verməyəcəyinə" söz verdi.[19] O, Hizbullahın Suriyanın strateji əhəmiyyətli Quseyr şəhərində Suriya ordusu ilə eyni tərəfdə döyüşdüyünü təsdiqləyib. Televiziya müraciətində o, "Əgər Suriya Amerika, İsrail və təkfirçilərin əlinə keçərsə, bölgəmizin əhalisi qaranlıq bir dövrə girəcək" deyə bildirdi.[19]

2014-cü ilin iyulunda Nəsrullahın qardaşı oğlu Suriyada döyüşlərdə həlak oldu.[20]

  1. 1 2 Hassan Nasrallah // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Hassan Nasrallah // Munzinger Personen (alm.).
  3. 1 2 IDF says Hezbollah leader Hassan Nasrallah was killed in Beirut strike (ing.). 2024.
  4. 1 2 A Hezbollah megerősítette, hogy az izraeli hadsereg támadásában meghalt a vezetőjük. 2024.
  5. (not translated to mul), (not translated to mul), (not translated to mul) YouTube (çd.). 2005.
  6. Çex Milli Hakimiyyət Məlumat bazası.
  7. "Profile: Sayed Hassan Nasrallah". Al Jazeera. 17 July 2000. 13 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2013.
  8. "Hezbollah". Council on Foreign Relations. 28 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 March 2018.
  9. "What is Hezbollah and why is Israel attacking Lebanon?". BBC News (ingilis). 3 November 2023. İstifadə tarixi: 28 September 2024.
  10. Norton, Augustus R. Hezbollah: a short history. Princeton studies in Muslim politics (3rd). Princeton Oxford: Princeton University Press. 2018. səh. 69. ISBN 978-0-691-18088-5.
  11. 1 2 3 Matar, Dina. "Hassan Nasrallah: The Cultivation of Image and Language in the Making of a Charismatic Leader". Communication, Culture & Critique (ingilis). 8 (3). 2015: 433–447. doi:10.1111/cccr.12089.
  12. Norton, Augustus R. Hezbollah: a short history. Princeton studies in Muslim politics (3rd). Princeton Oxford: Princeton University Press. 2018. səh. 69. ISBN 978-0-691-18088-5.
  13. 1 2 "Hassan Nasrallah's death will reshape Lebanon and the Middle East". The Economist. ISSN 0013-0613. İstifadə tarixi: 28 September 2024.
  14. "Israel says it struck Hezbollah's headquarters in huge explosion that shakes Lebanese capital". AP News (ingilis). 27 September 2024. 27 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2024.
  15. الشرق. "إعلام إسرائيلي وأميركي: حسن نصر الله هو المستهدف من الغارات على بيروت | الشرق للأخبار". Asharq News (ərəb). 27 September 2024. İstifadə tarixi: 27 September 2024.
  16. "حزب الله يعلن رسميا استشهاد حسن نصرالله". Saraya (ərəb). 28 September 2024. İstifadə tarixi: 28 September 2024.
  17. Sitat səhvi: Yanlış <ref> teqi; auto1 adlı istinad üçün mətn göstərilməyib
  18. Nahmias, Rohee. "Hizbullah: No more clashes with Lebanese army". Ynet News. 18 August 2006. 2 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2013.
  19. 1 2 Mroue, Bassem. "Hezbollah chief says group is fighting in Syria". Associated Press. 25 May 2013. 25 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2013.
  20. "Hezbollah chief's nephew 'killed in Syria': reports". Al Arabiya. 26 iyul 2013. 7 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 oktyabr 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]