40°42′55″ şm. e. 46°47′56″ ş. u.HGYO

Həmənli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həmənli
40°42′55″ şm. e. 46°47′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 199 nəf. (2009)
Xəritəni göstər/gizlə
Həmənli xəritədə
Həmənli
Həmənli

HəmənliAzərbaycan Respublikasının Goranboy rayonunun Qaramusalı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Xınalı kənd Sovetindən Həmənli kəndi Qaramusalı kənd Sovetinin tərkibinə verilmişdir.[2]

Yerli əhalinin məlumatına görə, kəndin adı mənşəcə Qazax mahalından olan həmənli nəslinin burada məskunlaşmasından yaranmışdır. Həmənlilər keçmiş Gəncə xanlarının nəslindən olub, Qaramusalı kəndində yaşayan Məmməd xana məxsus Xanlıq adlanan bu ərazidən ilxı saxlamaq üçün qışlaq kimi istifadə edirdilər. Sonralar həmənlilər bu ərazini xandan satın alaraq XIX əsrdə burada daimi məskunlaşmışlar.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Kürəkçayın sahilində, Gəncə-Qazax düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 199 nəfər əhali yaşayır.[4]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. Həmənli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629