Georgi Vanyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georgi Vanyan
Doğum tarixi 9 may 1963(1963-05-09)[1]
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 2021(2021-10-15) (58 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Təhsili
  • İrəvan Dövlət Teatr və Kinematoqrafiya İnstitutu[d]
Fəaliyyəti teatr aktyoru, sülh aktivisti

Georgi Vanyan (9 may 1963[1], Qaraçinar, Qasım İsmayılov rayonu15 oktyabr 2021, Tbilisi) — erməni sülh aktivisti və Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin sədri.

9 may 1963-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Qaraçinar kəndində anadan olub.[2] Abovyan şəhərindəki 7 saylı orta məktəbdə oxuyub. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1986-1991-ci illərdə İrəvan Dövlət Teatr və Kinematoqrafiya İnstitutunda dram teatrının rejissoru, teatr və kino aktyoru ixtisası üzrə təhsil alıb.[3]

1984-1994-cü illərdə İrəvan Dövlət Pantomima Teatrı, "İrəvan" teatrında, "Armenfilm" film studiyasında və "Hamazqayın" teatrında aktyor kimi çalışıb. 1989-1992-ci illərdə "Mxitar Sebastatsi" tədris kompleksində müəllim, metodist, estetika kursunun rəhbəri və direktorlar şurasının üzvü olub. 1992-1994-cü illərdə "AR-İrəvan Tatron" teatrının yaradıcısı və bədii rəhbəri olub.[3] Ədəbi-bədii "Arar" aylıq nəşrinin təsisçisi və baş redaktoru idi. 1995-1997-ci illərdə Ermənistan Mədəniyyət Nazirliyi yanında "Arar" Teatr və Nəşriyyat Kompleksinin direktoru vəzifəsində çalışıb. 1995-ci ildə Ermənistan parlament seçkilərində deputatlığa namizəd olub. 1997-2005-ci illərdə İrəvanda 61 saylı orta məktəbin direktoru olub. 1989-2004-cü illərdə küçə uşaqları və uşaq fahişəliyi problemləri, qaçqın və sağlamlıq imkanları məhdud uşaqların adaptasiyası problemləri ilə məşğul olub.[3]

1998-ci il fevralın 3-də Nor Uqi (Yeni Yol) partiyasının üzvü, 1999-cu ildə partiya şurasının üzvü və sədr müavini olub. 1998-ci il prezident seçkilərində Aşot Bleyanın təşviqat qərargahına rəhbərlik edib. 1999-2001-ci illərdə "Siyasi Məhbus Aşot Bleyanın Müdafiəsi üzrə İctimai Şura"nın təsisçisi və sədri olub.[3]

2000-ci ildə Ermənistan parlamentinə edilən silahlı hücumdan sonra keçirilmiş təkrar seçkilərdə deputatlığa namizəd olub. Seçkilərə bir gün qalmış namizədliyini geri götürüb və boykot çağırışı edib. 2001-ci ildə Aşot Bleyan azadlığa çıxdıqdan sonra partiyanı tərk edib. 2002-ci ildə siyasi fəaliyyətini dayandırıb.[3]

2002-ci ildən Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzini təsis edib.[4]

Vanyan tez-tez millətçilər tərəfindən xain damğası alıb və onun təşəbbüsləri etirazlara səbəb olub. 2007-ci ildə İrəvanda dövlət məktəbində Azərbaycan günləri təşkil edib. Tədbir Azərbaycana hər hansı güzəştə qarşı çıxan kiçik bir qrup milliyətçi blogger tərəfindən qısa müddətdə pozulub.[5] 2011-ci ildə Vanyan Gürcüstanın Ermənistan və Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən kənd olan Təkəlidə sülh mərkəzi açıb.[6][7] Layihə Azərbaycan və Gürcüstandakı digər vətəndaş cəmiyyəti fəalları, mədəniyyət xadimləri və jurnalistlərdən ibarət kiçik qrup tərəfindən dəstəklənib.[8] O, keçmiş teatr direktoru kimi Gürcüstanda "Təkəli İncəsənət Festivalı və Münaqişələrin Transformasiyası"nı təşkil edib.[9]

2012-ci ilin aprelində Vanyan Ermənistanın ikinci ən böyük şəhəri Gümrüdə Azərbaycan filmləri festivalı təşkil etməyə cəhd edib, lakin onlarla etirazçı festivalın keçirildiyi məkanı bağladıqdan sonra ləğv etməli olub. Tədbir Vanyanın Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi tərəfindən təşkil olunub və ABŞ və Böyük Britaniyanın İrəvandakı səfirliklərinin dəstəyi ilə keçiriləcəkdi.[10]

8 noyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı o, Facebook-da Azərbaycanla dialoqa çağıran paylaşıma görə Ermənistan polisi tərəfindən cərimələnib. Vanyan yazıb ki, Ermənistan "öz vətəndaşlarına qarşı cinayətlər həddini çoxdan keçib". O "qələbədən danışan bu cinayət cəfəngiyyatını dayandırmağa" çağırıb: "heç kim qonşuya qalib gəlmir, heç kim qonşunu tapdalamır, heç kim qonşunu məhv etmir. İnsan qonşusu ilə danışır və eyni dildə danışmaq bacarığı tapana, qarşılıqlı anlaşma əldə olunana qədər danışmağa davam edir."[11]

2021-ci ilin fevralında Vanyan Emin Milli ilə birlikdə Ermənistan və Azərbaycan arasında vətəndaş cəmiyyətinin rəhbərliyi altında barışığa çağırıb.[12] Vanyan 15 oktyabr 2021-ci ildə COVID-19-dan vəfat edib.[13]

  1. 1 2 Георгий Ванян.
  2. "Георгий Ванян" (rus). Kavkazskiy Uzel. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  3. 1 2 3 4 5 "Георгий Ванян". Альтернативный старт (rus). 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.
  4. Milli, Emin. "Georgi Vanyan's peace legacy must live on". Al Jazeera (ingilis). 8 noyabr 2021. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2024.
  5. "Georgi Vanyan: Every family has the desire for peace". Frontline Club (ingilis). 8 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2021.
  6. Петров, Андрей. "Ушел из жизни сторонник мира между Арменией и Азербайджаном Георгий Ванян". vestikavkaza.ru (rus). 16 oktyabr 2021. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2024.
  7. ""He was always looking for ways of bringing people together"". Meydan TV. 2 dekabr 2021. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2024.
  8. "As tensions mount, plans for an Armenian-Azerbaijan Peace Building Center in Georgia". OBC Transeuropa (ingilis). Osservatorio Balcani e Caucaso. 8 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2021.
  9. "Армянский правозащитник Георгий Ванян скончался от коронавируса в Тбилиси". Эхо Кавказа (rus). 15 oktyabr 2021. 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2024.
  10. "Azerbaijani Film Festival Canceled In Armenia After Protests" (ingilis). Radio Free Europe / Radio Liberty. 13 April 2012. 19 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2021.
  11. "Armenian police fine peace activist over anti-war post". OC Media. 8 November 2020. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2021.
  12. Vanyan, Georgi; Milli, Emin. "The key to lasting peace in the Caucasus is reconciliation" (ingilis). Aljazeera. 11 February 2021. 8 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2021.
  13. Onnik James, Krikorian. "Remembering Georgi Vanyan". Osservatorio Balcani e Caucaso Transeuropa. 28 October 2021. 27 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]