Georgi Jarkov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georgi Jarkov
Ümumi məlumatlar
Doğum tarixi 1 (14) sentyabr 1915
Doğum yeri
Vəfat tarixi 22 oktyabr 1981(1981-10-22) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Çəkisi 73 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1936—1938 SSRİ Dinamo (Smolensk) ? (?)
1938 SSRİ ÇDKA 0 (0)
1939—1940 SSRİ Torpedo (Moskva) 47 (22)
1941 SSRİ Profsoyuzı-2 6 (1)
1941—1951 SSRİ Torpedo (Moskva) 144 (41)
Məşqçisi olduğu klublar
1957—1960 SSRİ Zenit (Leninqrad)
1962 SSRİ Torpedo (Moskva)
1963 SSRİ Serp və Molot (Moskva)
1964 SSRİ Ararat
1965—1966 SSRİ Dinamo (Mahaçqala)
1969 SSRİ Uralmaş
1970 SSRİ Neftçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d]22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (ViktorVasili).

Sovet İttifaqı Kommunist Partiyası üzvü olub[1].

Futbolçu karyerası

[redaktə | mənbəni redaktə et]

Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib.

SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub.

Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi. Zərbələri sağ ayağı ilə vururdu. Futbolçu karyerasında müxtəlif texnika və hücum üsullarından istifadə edib. Onun verdiyi ötürmələrdən Pyotr PetrovAleksandr Ponomaryov bir çox qol vurublar.

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]
  • "Torpedo" (Moskva): Məşqçi (1952-54) və baş məşqçi (1962)
  • SSRİ İdman Komitəsinin futbol şöbəsi: Dövlət məşqçisi (1955-1957 may)
  • "Zenit" (Leninqrad): Baş məşqçi (1957 iyul-1960 avqust). 1958-ci ildə Jarkovun rəhbərliyi altında "Zenit" milli çempionatda 4-cü yeri tutub[2]. Jarkovun çalışdığı dövrdə "Zenit"in gələcək liderləri komandada yer alıblar — Lev Burçalkin, Vadim Xrapovitski, Anatoli Derqaçyov, Nikolay Ryazanov, Yuriy Morozov.
  • "Lokomotiv" (Moskva): Məşqçi (1961)
  • "Serp və Molot" (Moskva): Baş məşqçi (1963)
  • "Ararat" (İrəvan): Baş məşqçi (1964)
  • "Uralmaş" (Sverdlovsk): Baş məşqçi (1969)
  • Moskva Dövlət Univirsiteti: Bədən tərbiyəsi kafedrasının müəllimi (70-ci illər)
  • "Neftçi" (Bakı): Baş məşqçi (1972 iyul)

Moskvadakı Vaqankovo qəbiristanlığının 4-cü hissəsində dəfn edilib.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • SSRİ çempionatının 3-cü medalçısı: 1945
  • SSRİ Kubokunun qalibi: 1949
  • SSRİ Kubokunun finalçısı: 1947

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]