Fuad Bayramov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fuad Bayramov
Fuad Həsən oğlu Bayramov
Ümumi məlumatlar
Doğum tarixi 30 noyabr 1994(1994-11-30)[1] (29 yaş)
Doğum yeri
Vətəndaşlığı azərbaycanlı
Boyu 180 sm
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
"İnter" Bakı 2008–2011
Klub karyerası[* 1]
"Keşlə" Bakı 2011–2019 – 100 oyun (4 qol)
Rustavi 2019 – 6 oyun (1 qol)
Ostroveç Sventokşiskiy 2021 – 11 oyun (4 qol)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Fuad Bayramov (tam adı: Fuad Həsən oğlu Bayramov; 30 noyabr 1994[1], Bərdə) — azərbaycanlı futbolçu (yarımmüdafiəçi).[2]

Fuad Bayramov artıq 11 yaşında Bərdə şəhər İdman məktəbinin uşaq futbol bölməsində futbol oynayıb. 14 yaşında məşqçi Xəyyam Bəkirov gənc futbolçunu "İnter Bakı"nın U-15 gənclər komandasına dəvət edib. 2009-cu ildən karyerasını U-17-də davam etdirən Fuad bundan sonra futbolçu karyerası ərzində bir çox klublarda çıxış edib.

2015-ci ildə ailə qurub, bir oğul övladı var.

Azərbaycan millisində

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın gənclər (U-17 və U-19) və gənclərdən ibarət milli komandalarında oynamaq təcrübəsi var.

Tarix Komanda Oyun Qol
2010 Azərbaycan U17 2 (0)
2011 Azərbaycan U18 1 (0)
2011–2012 Azərbaycan U19 4 (0)
2015 Azərbaycan U21 2 (0)

O, 22 oktyabr 2010-cu ildə Faroda Portuqaliya millisi ilə Avropa çempionatının seçmə oyununda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının tərkibində debüt edib.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Çempionat

Azərbaycan Premyer Liqa klubu "İnter Bakı"nın yetirməsi olan Fuad Bayramov 2011-ci ildə "bankirlər"in əsas komandasında çıxış edib.

O, 19 avqust 2012-ci ildə Azərbaycan Premyer liqasında Keşlə FK heyətində Xəzər-Lənkəran klubuna qarşı oyunda debüt edib.

Fuad Bayramov — "İnter" Bakının futbolçusu kimi Azərbaycan Kubokunda iki oyun keçirib:

Tarix Mərhələlər Klublar Rəqiblər Liqa Nəticələr
1. 28 noyabr 2012 ikinci mərhələ — 1/8 final "İnter" Bakı "MOİK" Birinci liqa 0:3[3]
2. 7 mart 2013 üçüncü mərhələ — 1/4 final "İnter" Bakı "Bakı" Premyer liqa 2:2[4]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Keşlə FK

  • 2017–2018-ci illər üzrə Azərbaycan kubokunun qızıl mükafatçısı.[5]
  1. 1 2 Fuad Bayramov // Transfermarkt (çd.). 2000.
  2. Fuad Bayramov Arxivləşdirilib 2024-08-01 at the Wayback Machine at Soccerway
  3. MOIK vs. İnter Bakı 0:3 arxivləşdirilib 8 yanvar 2014 Wayback Machine
  4. İnter Bakı vs. Bakı 2:2 arxivləşdirilib 8 yanvar 2014 Wayback Machine
  5. "Azərbaycan Kubokunun qalibi – "Keşlə" — pfl.az". 2024-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-01.

]