Feriya del Sol
Feriya del Sol (isp. Feria del Sol — günəş bayramı) — Venesuelanın Merida şəhərində hər ilin fevral ayında keçirilən beynəlxalq mədəniyyət festivalı. Festival proqramına öküz döyüşləri, sərgilər, konsertlər, paradlar, idman yarışları və Günəş Məlikəsinin seçilməsi daxildir (Reina del Sol).[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Festivalın keçirilməsi ideyası bir qrup həvəskarın öküz döyüşləri üçün meydança (Plaza de Toros) tikmək qərarına gəldikləri vaxt yaranmışdır. Bu cür döyüşlər digər Venesuela şəhərlərində çox məşhur idi. Əvvəlcə festivalı Müqəddəs Məryəmin bakirə olaraq hamilə qaldığı günə həsr etmək və bayram şənliklərini 9 və 10 dekabrda keçirmək qərara alınmışdır.
1968-ci ildə Feriya del Sol festivalı keçirilməmişdir, amma həmin ilin 13 aprelində Böyük şənbəyə təsadüf edən öküz döyüşü təşkil edilmişdir..
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Krzysztof Dydyński, Charlotte Beech Arxivləşdirilib 2015-04-14 at the Wayback Machine, Venezuela, Lonely Planet, 2004, ISBN 1-74104-197-X
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Feriya del Solo - rəsmi saytı Arxivləşdirilib 2010-04-07 at the Wayback Machine (isp.)