Fatma Süleymanova
Naviqasiyaya keç
Axtarışa keç
Fatma Süleymanova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Mükafatları |
Fatma Həmzə qızı Süleymanova (23 dekabr 1912, Şuşa – 2 dekabr 1978, Bakı) — texnika elmləri doktoru (1964), professor (1967), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), SSRİ-nin əməkdar ixtiraçısı (1979).
Həyatı
[redaktə | mənbəni redaktə et]Leninqrad Avtomobil Yolları İnstitutunu bitirdikdən (1934) sonra Azərbaycan Avtomobil Nəqliyyat Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan EA Neft və Kimya Prosesləri (1952–1965) və Aşqarlar Kimyası İnstitutlarında (1965–1970) laboratoriya müdiri, 1970-ci ildən Azərbaycan Politexnik İnstitutunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. "Qırmızı Əmək Bayrağı" və "Şərəf Nişanı" ordenləri ilə təltif edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Kateqoriyalar:
- 23 dekabrda doğulanlar
- 1912-ci ildə doğulanlar
- 65 yaşında vəfat edənlər
- 2 dekabrda vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Şuşada doğulanlar
- Bakıda vəfat edənlər
- Şuşa alimləri