Fatimə Cinnah
Fatimə Cinnah | |
---|---|
فاطمہ جناح | |
| |
1.1.1960 – 9.7.1967 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nurul Amin |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tatta,Sind, Pakistan |
Vəfat tarixi | 9 iyul1967 |
Vəfat yeri | Kəraçi,Sind, Pakistan |
Dəfn yeri | |
Partiya |
Bütün Hindistan Müsəlman Liqası (1947) Pakistan Müsəlman Liqası (1947-1958) Partiyasız (1960-1967) |
Təhsili | Kəlkətə Universiteti |
İxtisası | Diş həkimi |
Fəaliyyəti | Siyasətçi,müxalifətçi |
Atası | Cinnahbai Punca |
Dini | şiəlik, islam |
Vikianbarda əlaqəli mediafayllar |
Fatimə Cinnah ( فاطمہ جناح;31 iyul 1893[1], Kəraçi, Britaniya Hindistanı – 9 iyul 1967[2], Kəraçi, Pakistan) — Māder-e Millat ("Millətin Anası") olaraq məşhur olan Pakistan siyasətçisi, diş həkimi, dövlət xadimi və Pakistanın qabaqcıl qurucularından biri.[3] Məhəmməd Əli Cinnahın kiçik bacısı idi. 1923-cü ildə Kəlkətə Universitetindən bir diş həkimi dərəcəsi aldı və daha sonra Pakistanın ilk qubernatoru olmuş böyük qardaşı Məhəmməd Əli Cinnahın yaxın adamı və məsləhətçisi oldu.Britaniya Hindistanın güclü bir tənqidçisi, iki millət nəzəriyyəsinin güclü bir müdafiəçisi və Ümumdünya Hindistan Müsəlman Liqasının lider üzvü olaraq ortaya çıxdı.[4]
Pakistan müstəqillik əldə etdikdən sonra Cinnah, yeni qurulan ölkədə miqrant qadınların məskunlaşmasında ayrılmaz rol oynayan Pakistan Qadınlar Liqasını qurdu. Qardaşının ölümünə qədər ən yaxın köməkçisi olaraq qaldı. Ölümündən sonra Fatiməyə 1951-ci ilə qədər millətə müraciət etmək qadağan edildi; onun 1951-ci ildə millətə etdiyi radio müraciəti Ləyaqət Əli Xan rəhbərliyi tərəfindən ağır senzura edildi.[5] 1955-ci ildə "Qardaşım" kitabını yazdı, ancaq Fatiməni "anti-millətçi material" da günahlandıran qurum tərəfindən senzura görə yalnız 32 il sonra, 1987-ci ildə nəşr olundu. Hətta kitabın əlyazmasından sadəcə bir neçə səhifə çıxarıldı.[6]
Cinnah, 1965-ci ildə hərbi diktator Eyyub xana qarşı prezident seçkilərində iştirak etmək üçün özünün təyin etdiyi siyasi istefadan çıxdı. O, siyasi partiyaların konsorsiumu tərəfindən dəstəkləndi və hərbi tərəfindən siyasi fırıldaqlara baxmayaraq Pakistanın ən böyük iki şəhəri olan Kəraçi və Dəkkə (Banqladeş) qalib gəldi.[7] ABŞ-nin "Time" jurnalı 1965-ci il seçki kampaniyası barədə məlumat verərkən yazmışdı ki, Cinnah Eyyub xan və müttəfiqləri tərəfindən onun təvazökarlığı və vətənpərvərliyinə qarşı hücumlara məruz qalmışdır.[8][9]
Cinnah 9 iyul 1967-ci ildə Kəraçi şəhərində vəfat etdi. Bəzi məlumatlara görə, onun qeyri-təbii səbəblərdən öldüyü iddia edildi. Onun ölümü mübahisələrə məruz qaldı. Ailənin üzvləri sorğu keçirməsini tələb etmişdilər, lakin hökumət onların tələbinə mane oldu.[10][11][12] O, Pakistandakı ən hörmətli qadın liderlərdən biri olaraq qalır və Kəraçidəki dəfn mərasimində təxminən yarım milyon adam iştirak etmişdi.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Fatima Jinnah // MAK (pol.).
- ↑ Fatima Jinnah // Munzinger Personen (alm.).
- ↑ "In brief By Ali Iqbal". Dawn Weekly. 28 iyun 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2013.
- ↑ Afshan Bokhari. Bonnie G. Smith (redaktor). The Oxford encyclopedia of women in world history (V 1). Oxford University Press. 2008. səh. 653. ISBN 978-0-19-514890-9.
- ↑ "50 Years Ago Today: A message from Fatima Jinnah". Dawn. 2012-09-12. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ Akhtar Balouch. "The deleted bits from Fatima Jinnah's 'My Brother'". Dawn. 2014-12-27. 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ Nadeem F. Paracha. "Fatima Jinnah: A sister's sorrow". Dawn. 2014-05-04. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ "When Ayub Khan Accused Fatima Jinnah Of Being An Indian And American Agent | Pak Tea House". pakteahouse.net. 2016-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ "Pakistan: Trouble with Mother". Time. 1964-12-25. ISSN 0040-781X. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ Hamza Rao, "What history has kept hidden about the life and death of Fatima Jinnah", Daily Pakistan (ingilis), 10 July 2016, 2016-09-23 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2016-09-14
- ↑ "Art of killing without a trace". The Express Tribune (ingilis). 2012-09-15. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ "New twist to Miss Jinnah controversy". Dawn. 2003-07-23. 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.
- ↑ Akhtar Balouch. "How Fatima Jinnah died — an unsolved criminal case". Dawn. 2015-01-24. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-14.