Farer adaları milli futbol komandası
Ləqəbi | Landsliðið (far. Milli), Balıqçılar, Reytt og blátt og hvítt (far. Qırmızı-mavi-ağlar) | ||
---|---|---|---|
Assosiasiya | Farer Adaları Futbol Federasiyası (Fótbóltssamband Føroya) | ||
Konfederasiya | UEFA (Avropa) | ||
Baş məşqçi | Lars Olsen | ||
Kapitan | Atli Qreqersen | ||
Ən çox oyun keçirən | Frouvi Benyaminsen (94) | ||
Ən çox qol vuran | Reqvi Yakobsen (10) | ||
Stadion | Torşvotl | ||
FİFA kodu | FRO | ||
FİFA reytinqi | 114 ▼ 1 (12 avqust 2021)[1] | ||
Ən yüksək FİFA reytinqi | 74 (İyul 2015, Oktyabr 2016) | ||
Ən aşağı FİFA reytinqi | 198 (Sentyabr 2008) | ||
Elo reytinqi | 152 ▼ 21 (9 sentyabr 2019)[2] | ||
Ən yüksək Elo reytinqi | 136 (Mart 2018) | ||
Ən aşağı Elo reytinqi | 173 (4 iyun 2008, 10 sentyabr 2008) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
İslandiya 1–0 Farer adaları (Akranes, İslandiya; 24 avqust 1988) | |||
Ən böyükhesablı qələbəsi | |||
Farer adaları 3–0 San-Marino (Toftir, Farer adaları; 25 may 1995) Cəbəllüttariq 1–4 Farer adaları (Cəbəli-Tariq; 1 mart 2014) Farer adaları 3–0 Lixtenşteyn (Marbella, İspaniya; 25 mart 2018) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
Yuqoslaviya 7–0 Farer adaları (Belqrad, Yuqoslaviya; 16 may 1991) Rumıniya 7–0 Farer adaları (Buxarest, Rumıniya; 6 may 1992) Farer adaları 0–7 Norveç (Toftir, Farer adaları; 11 avqust 1993) Farer adaları 1–8 Yuqoslaviya (Toftir, Farer adaları; 6 oktyabr 1996) |
Farer adaları milli futbol komandası (far. Føroyska fótbóltsmanslandsliðið; dan. Færøernes fodboldlandshold) — Farer adalarını futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Farer Adaları Futbol Federasiyası tərəfindən idarə olunur.
14 iyun 2019-cu ilə olan məlumata görə Farer adaları millisi FİFA reytinqində 107-ci[1], 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 46-cı yerdədir[3].
Tarixi
[redaktə | mənbəni redaktə et]1990-cı illər
[redaktə | mənbəni redaktə et]Farer adaları millisi ilk oyununu 1930-cu ildə keçirmişdir. Amma komandanın 1988-ci ildən başlayaraq keçirdiyi oyunlar rəsmi oyunlar hesab edilir. Həmin il Farer Adaları Futbol Federasiyası FİFA-ya üzv qəbul olunmuşdur (UEFA-ya isə federasiya 1990-cı ildə üzv qəbul edilmişdir). Farer adalarının faktiki müstəqil dövlət statusuna malik olmamasına baxmayaraq (Danimarkanın tərkibində geniş muxtariyyata malikdir), milli yığmaya beynəlxalq yarışlarda iştirak etməyə icazə verilir. Farer adaları millisinin nailiyyətləri arasında 1989 və 1991-ci illərdə keçirilən Ada Oyunları turnirində iki qələbə var. Bu turnirdə böyük dövlətlərin ada hissələrini təmsil edən millilər çıxış edirlər (məsələn, Cəbəllütariq, Rodos, Şetland adaları).
Amma komandanın triumfu UEFA Avro 1992-nin seçmə mərhələsi çərçivəsində 12 sentyabr 1990-cı ildə oynadığı debüt oyununda Avstriya millisinə 1:0 hesabı ilə qalib gəlməsi hesab olunur. Bu tarixi oyun neytral meydanda — İsveçin Landskruna şəhərinin stadionunda oynanılmışdır. Oyunda yeganə qolu "SUyf Sandavavur" klubunun yarımmüdafiəçisi, əsas işi odun satıcılığı olan Torkil Nilsen vurmuşdur.
FİFA Dünya Kuboku 2002
[redaktə | mənbəni redaktə et]Farer adaları millisi FİFA Dünya Kuboku 2002-nin seçmə mərhələsində də müəyyən uğurlar qazanmışdır. Seçmə mərhələnin Sloveniya millisinə qarşı keçirdiyi ilk oyununda komanda final fitinə bir neçə dəqiqə qalmış 0:2 uduzmasına baxmayaraq hesabı bərabərləşdirə bilmişdir. Baş məşqçi Allan Simonsen oyunçuların sona qədər mübarizə apardıqlarını və təslim olmadıqlarını bəyan etmişdir. Komanda bu seçmə mərhələnin öz doğma meydanında keçirdiyi digər bir oyununda, bərbad hava şəraitinə baxmayaraq Lüksemburq millisinə qalib gələrək hesabına 3 xal yazdırmışdır. Səfərdə Rusiya millisinə qarşı oynadığı oyunda isə komanda minimal hesabla — 0:1 məğlub olmuşdur. Bu oyunda Rusiya millisinin oyunçularınin vurduqları toplar dörd dəfə qapı dirəyinə dəymişdir.
FİFA Dünya Kuboku 2010
[redaktə | mənbəni redaktə et]FİFA Dünya Kuboku 2010-un seçmə mərhələsində Farer adaları komandası rəqiblərinə xeyli problem yarada bilmişdir. Nəticədə qrupda 6-cı yer tutmasına və toplamda qapısından 20 top buraxmasına baxmayaraq, komanda Litva millisini 2:1 hesabı ilə məğlub etmiş, Avstriya millisi ilə 1:1 oynamışdır. Hər iki rəqibin Farer adaları ilə oyunda itirdikləri bu xallar onların növbəti mərhələyə çıxma imkanlarını əllərindən almışdır. Məğlub olduğu 8 oyundan 6-da Farer adaları komandası ən çox 2 top buraxmışdır.
UEFA Avro 2012
[redaktə | mənbəni redaktə et]Farer adaları millisinin UEFA Avro 2012-nin seçmə mərhələsindəki iştirakını da birmənalı qiymətləndirmək mümkün deyil: komanda bir tərəfdən böyük hesablı, amma həm də artıq vərdiş etdiyi məğlubiyyətlərə uğramışdır (İtaliya millisinə 0:5, Sloveniya millisinə 1:5, Serbiya millisinə 0:3 uduzmuşdur). Digər tərəfdən komanda Şimali İrlandiya millisi ilə 1:1 oynayaraq hesabına 1 xal yazdıra bilmişdir. Estoniya millisi ilə Tallində keçirilən oyunda isə Farer adaları millisi 28-ci dəqiqədə hesabı açaraq son dəqiqələrə qədər hesabda irəlidə olsa da, əlavə olunmuş vaxtda Keymar Saaqın vurduğu iki qol estonlara qələbə qazandırmışdır. Amma cavab oyununda Farer adaları millisi 2:0 hesablı qələbə qazanmaqla Tallindəki oyunun revanşını almışlar.
UEFA Avro 2016
[redaktə | mənbəni redaktə et]UEFA Avro 2016-nın seçmə mərhələsində Farer adaları millisi iki dəfə Yunanıstan millisini məğlub etməklə sensasiyaya imza atmışdır. 14 noyabr 2014-cü ildə Yunanıstanda keçirilən oyunu Farer adaları millisi Yohan Edmundssonun vurduğu qolla 1:0 qazanmışdır.[4][5]. Nəticə doğrudan da tarixi bir nəticə idi: FİFA reytinqində millilər arasındakı yer fərqi 169 idi, bununla belə yunanlar hər iki oyunu uduzmuşdular[6]. 13 iyun 2015-ci ildə keçirilən oyunda Farer adaları millisi 2:1 hesablı qələbə qazanmış[7][8], nəticədə qrupda 5-ci yeri tutmuşdur.
FİFA Dünya Kuboku 2018
[redaktə | mənbəni redaktə et]Farer adaları yığmasının keçirdiyi ən uğurlu FİFA dünya kuboku seçmə mərhələsi 2018-in seçmə mərhələsi olmuşdur. Bu mərhələdə komanda Latviya və Andorra millilərini qabaqlayıb Portuqaliya, İsveçrə və Macarıstan millilərini özündən önə buraxmaqla ilk dəfə çıxış etdiyi qrupda dördüncü yer tutmuşdur.
Futbol üzrə Avropa və dünya çempionatlarında çıxışı
[redaktə | mənbəni redaktə et]Məşqçiləri (federasiya FİFA-ya üzv olandan sonra)
[redaktə | mənbəni redaktə et]- 1988—1993 — Potl Qudlauqsson
- 1994—2001 — Allan Simonsen
- 2002—2005 — Xenrik Larsen
- 2006—2009 — Yeqvan-Martin Olsen
- 2009—2011 — Brayan Kerr
- 2011—h.h. — Lars Olsen
Forması
[redaktə | mənbəni redaktə et]Ev forması
[redaktə | mənbəni redaktə et]1990
|
2006–2007
|
2008–2009
|
2010–2011
|
2011–2012
|
2012–2014
|
2014–h.h.
|
Səfər forması
[redaktə | mənbəni redaktə et]2006–2007
|
2008–2009
|
2010–2011
|
2011–2012
|
2012–2014
|
2014–h.h.
|
Azarkeşlər
[redaktə | mənbəni redaktə et]Ada əhalisinin az olmasına baxmayaraq Farer adaları millisi kifayət qədər güclü azarkeş dəstəyinə malikdir. Millinin öz himni də var: 1990-cı ildə komanda sensasiyaya imza ataraq Avstriya millisinə qalib gələndən sonra Terye Rasmussenin "Hvít sum kavi, blátt sum havi" (far. Qar kimi ağ, dəniz kimi mavi) mahnısı azarkeşlər arasında məşhurluq qazandı. Bu mahnı faktiki olaraq Farer adaları millisinin fanatlarının və oyunçularının himnidir.[9]. Məşhurluğuna görə ikinci yerdə duran mahnı isə Heri Nolsyo və Yoqvan Olsenin birlikdə yazdıqları "Reytt og blátt og hvítt" (far. Qırmızı-mavi-ağ) mahnısıdır[10].
Komandanın hazırkı heyəti
[redaktə | mənbəni redaktə et]Aşağıdakı oyunçular baş məşqçi Lars Olsen tərəfindən 5 sentyabr 2019-cu ildə UEFA Avro 2020 seçmə mərhələsinin F qrupunda İsveç millisinə və 8 sentyabr 2019-cu ildə İspaniya millisinə qarşı keçirilən oyunda komandanın heyətinə daxil edilən oyunçulardır.
- Oyunlar və qollar haqqında məlumatlar 8 sentyabr 2018-ci ildə yenilənmişdir:
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.
- ↑ Elo rankings change compared to one year ago. "World Football Elo Ratings". eloratings.net. 9 sentyabr 2019. İstifadə tarixi: 9 sentyabr 2019.
- ↑ "National Team Coefficients Overview" (PDF). UEFA.com (ingilis). UEFA-nın rəsmi saytı. 2017-10-11. 2017-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-11.
- ↑ "The Faroes stun Greece with brilliant away win". UEFA. 14 November 2014. 10 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2019.
- ↑ "HISTÓRICO! Ilhas Faroe vence Grécia fora de casa" (portuqal). Faroe Football. 14 November 2014. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 September 2019.
- ↑ "Is the Faroe Islands' win over Greece the biggest shock of all time?". The Guardian. 14 November 2014. 28 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2015.
- ↑ "Faroe Islands 2-1 Greece | Euro 2016 qualifying Group F match report | Football | The Guardian". 2016-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ "Free salmon, a shock win: Faroe Islands reaction - UEFA EURO - News - UEFA.com". 2015-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-18.
- ↑ 1990 il. Farer adaları — Avstriya Arxivləşdirilib 2015-02-07 at the Wayback Machine (rus.)
- ↑ Faroese National Football Team song 1990: "Reytt og Blátt og Hvítt" Arxivləşdirilib 2023-07-13 at the Wayback Machine (far.) (ing.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Farer adaları Futbol Assosiasiyasının rəsmi saytı (far.)
- Lüksemburq millisinin 1988-ci ildən başlayaraq keçirdiyi bütün oyunların icmalı (rus.)
- Farer adaları millisinin oyunlarının nəticələri (ing.)
- FİFA saytında Farer adaları millisi haqqında məlumat Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine (ing.)
- UEFA saytına Farer adaları millisi haqqında məlumat