Faiq Qasımov (aktyor)
Faiq Qasımov | |
---|---|
Faiq Məsim oğlu Qasımov | |
Doğum tarixi | |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Mükafatları |
Faiq Qasımov (tam adı: Faiq Məsim oğlu Qasımov; 25 avqust 1948 – 23 yanvar 2017, Gəncə) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycanın əməkdar artisti.
Həyatı
[redaktə | vikimətni redaktə et]Əməkdar artist 1965-2017-ci illərdə Gəncə teatrında çalışmışdır. Realist aktyor məktəbinin istedadlı nümayəndəsidir, yumorunun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilirdi. Son illər rejissorluq da edirdi. Əsas rolları: Şərif, Pirqulu ("Almaz" və "Aydın", Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı ("Kişilər" və "Ulduzlar görüşəndə", Altay Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus ("Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər", Sabit Rəhman), Fmdıqburun ("Diribaş adamlar", Vasili Şukşin), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Heydər ("Qız atası", Əfqan Əsgərov), Çingiz ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani ("Otello" və "111 Riçard", Vilyam Şekspir), Qara kişi ("Gəl qohum olaq", İsi Məlikzadə), Təlxək ("Tariyel", Məmmədəli Nəsirov), Volter ("Üç qəpiklik opera", Bertolt Brext), ikinci sərxoş ("Mənim günahım", İlyas Əfəndiyev), Polad ("Qoruqlar", Əliağa Kürçaylı), Rauf ("Mezozoy əhvalatı", Maqsud İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), Dito ("Araba hələ aşmayıb", Otiya İoseliani), Şəkəralı ("Günəşlə oyananlar", Qeybulla Rəsulov), Tolya Jarikov ("Mükafat", Aleksandr Gelman), Şərif ("Almaz", Cəfər Cabbarlı), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Seyran ("Səadət sorağında", Teymur Məmmədov), Lətif ("Yaxın adam", İsi Məlikzadə), Xəlil ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Əli Məmməd Dilbəri ("Əli Məmməd Dilbəri", Səttar Zərdablı), İvan İvanoviç ("İvan İvanoviç var idimi?", Nazim Hikmət), Vartan ("Üçatılan", İlyas Əfəndiyev), Toyuq oğrusu ("72-ci palata", Orxan Kamal), İonitse ("İctimai rəy", Aurel Baranqa), Eldar ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Əzrayıl ("Dəli Domrul", Altay Məmmədov), Germes ("Odu atma, Prometey!", Mustay Kərim), Kürd Musa ("Vaqif", Səməd Vurğun), Heydərqulu ("Həyat", Mirzə İbrahimov), Pavel Yesenski ("Zəngli saat", Osvald Zaqradnik).
Teatr xadimlər ittifaqının üzvü, "Qızıl Dərviş" mükafat laureatı və Prezident mükafatçısı idi.
Faiq Qasımov 23 yanvar 2017-ci ildə vəfat edib.[1]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Adam ol! (film, 2005) (tammetrajlı bədii film) — rol: Faiq
- Adam ol! 3 (film, 2007) (tammetrajlı bədii film) (Lider TV)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ARB Kəpəz. "Respublikanın əməkdar artisti, aktyor Faiq Qasımov vəfat etdi" (az.). Youtube.com. 24.01.2017. 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
- 25 avqustda doğulanlar
- 1948-ci ildə doğulanlar
- 68 yaşında vəfat edənlər
- 23 yanvarda vəfat edənlər
- 2017-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə film sənətçiləri
- Gəncədə vəfat edənlər
- Azərbaycan aktyorları
- Azərbaycanın teatr rejissorları
- "Qızıl Dərviş" mükafatı laureatları
- Azərbaycan SSR əməkdar artistləri