Etnik qrup

Vikipediya, azad ensiklopediya
(Etnikon səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Etnik qrup — müəyyən qrup fərdlərin, adətən dil, əcdad, tarix, cəmiyyət, mədəniyyət, milliyət və ya sosial davranış bənzərliklərinə və ya eyniliyinə əsaslanaraq digər insanlar tərəfindən təsnifləndirilməsidir. Etnik qrup anlayışı tez-tez milliyət, etnik milliyət və bir qrup insanın digərlərindən milli zəmində fərqləndirilməsi üçün istifadə edilir.

Etnik qrup — etnososial təhsil, xüsusi etnik, oxşar etnopsixoloji, etnomədəni, dil və dini əlamətlərə malikdir. Onun başa düşülməsi siyasi-hüquqi terminlərdə "milli azlıq" kimi şərh edilir. Beynəlxalq hüquqi aktlarda, BMT Konvensiyalarında "milli azlıq" və "etnik azlıq" (qrup) çox zaman adekvat kimi işlənilir.[1] Etnik qruplar etnik ərazidə yaranır və inkişaf edir. Etnik ərazi dedikdə, müəyyən xalqın yerləşdiyi vilayət başa düşülür. Bu ərazi onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir.

Azərbaycanda etnik qruplar

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda ləzgilər, avarlar, saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar, gürcülər, talışlar, tatlar, türklər, ruslar kimi onlarla fərqli etnik qrup yaşayır. Etnik qruplar tatlar, talışlar, kürdlərin dilləri – Avropa dil ailəsinin İran budağına aiddir. Qafqaz dilli xalqlar isə ləzgilər, avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar, yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimalşərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.


  1. Azlıq Anlayışı, Cavid, Xalq Cəbhəsi.- 2016.- 22 aprel.- S.13http://www.anl.az/down/meqale/xalqcebhesi/2016/aprel/486773.htm Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
  • N. Quliyeva "Etnoqrafiya və etnologiya", Bakı-2009