Elməddin Əlibəyzadə
Elməddin Əlibəyzadə | |
---|---|
Elməddin Məhəmməd oğlu Əlibəyzadə | |
Doğum tarixi | |
Doğum yeri | Muxas, Oğuz rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (89 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | Türkologiya, filologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
Elməddin Məhəmməd oğlu Əlibəyzadə (5 noyabr 1925, Muxas, Oğuz rayonu, Azərbaycan SSR – 26 mart 2015, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub.
İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusiylə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olmuşdur.
26 mart 2015-ci il tarixində Bakı şəhərində vəfat edib.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Ədəbi şəxsiyyət və dil. Bakı: "Yazıçı" nəşriyyatı, 1982, 198 s.
- Qədim dünyamızın ulu kitabı. Bakı: Gəncllik, 1996,120 s.
- Ana kitabələr. Bakı: Azərnəşr, 1996, 228s.
- Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998, 524 s.
- “Kitabi Dədə-Qorqud” Bakı: Azərbaycan Tərcümə mərkəzi,1999, 332s.
- İqrar Əliyevin əleyhinə 9 məqalə. Bakı: Təfəkkür, 2000.84, s.
- Nizami və tariximiz. Bakı: ADPU-nun mətbəəsi, 2004, 187 s.
- “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir. Bakı:Yurd, 2005, 140s.
- Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları. Bakı: "Elm" RNPM, 2007, 188 s.
- Azərbaycan dilinin tarixi. İki cilddə. I cild. Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2007, 660 s.
- Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, 640 s.
- Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər). Bakı: "Qarabağ" nəşriyyatı, 2009, 828 s.
- Azərbaycanşünaslığa giriş. Bakı: Ozan, 2010, 860 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 5 noyabrda doğulanlar
- 1925-ci ildə doğulanlar
- 89 yaşında vəfat edənlər
- 26 martda vəfat edənlər
- 2015-ci ildə vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycan dilçiləri
- Azərbaycanlı dilçilər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Oğuz rayonunda doğulanlar
- Bakıda vəfat edənlər
- Professorlar
- Filologiya elmləri doktorları