40°39′23″ şm. e. 45°01′17″ ş. u.HGYO

Dilijan Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dilijan Milli Parkı
erm. Դիլիջան ազգային պարկ
Milli parkdan bir mənzərə
Milli parkdan bir mənzərə
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 240 km2 ha
Mütləq hündürlüyü 1070-2300 m
Yaradılma tarixi 1958 (qoruq statusu)
2002 (milli park statusu)
Florası 902 növ
Faunası 800 növ
Yerləşməsi
40°39′23″ şm. e. 45°01′17″ ş. u.HGYO
Ölkə  Ermənistan
Vilayət Tavuş mərzi
Yaxın şəhər Dilijan
dilijanpark.am
Dilijan Milli Parkı xəritədə
Dilijan Milli Parkı
Dilijan Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dilijan Milli Parkı (erm. Դիլիջան ազգային պարկ) — Ermənistanın şimal-şərqində, Tavuş mərzində yerləşən milli park. Sahəsi 240 km2-dır. Ən çox təbiəti, biomüxtəlifliyi, müalicəvi bulaq suları, tarixi abidələri ilə tanınır. Ermənistanın iki milli parkından biridir (Digəri Göyçə Milli Parkıdır).

Erməni poçt markasında.

Milli park 2002-ci ildə Dilijan və Kuybişev meşələrini qorumaq üçün 1958-ci ildə qurulmuş qoruğun yerində təşkil olunmuşdur. Milli parkın ərazisində hələ də dəyişiklik olmayıb. Dilijan şəhərinin yaxınlığındadır və buradan İrəvan-Karvansaray dəmiryolu keçir. Milli parkın gələcəkdə istirahət, bufer zonası, sərhəd istiqamətlərində inkişaf etdirilməsi planlaşdırılır.

Ərazi dəniz səviyyəsindən 1070-2300 metr yüksəklikdə yerləşən Pəmbək, Sətənəxaç, Miapor, Karvansaray və Hələb dağ silsilələrini əhatə edir. Bu dağların çəmənlikləri milli park ərazisinə daxil deyildir. Ağstafaçay və onun qolları — Bldan, Ovacur, Ştoqanacur, Aqartsin və Getik buradan keçməkdədir. Milli parkda suyu güzgütək olan Təmiz göl və Zəli göl adlı iki göl vardır.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Milli parkda 902[1][2] bitki növü və 800 növ heyvan növü qeydə alınmışdır.

Ən əhəmiyyətli abidələri Aqatsin monastırı (XIII əsr), Qoşavank monastırı, Motosavank monastırı və Axnabat kilsəsi hesab olunur.

  1. Khanjyan, N.S. Specially Protected Nature Areas of Armenia. Ministry of Nature Protection, 2004, Rep. Armenia
  2. Khanjyan, N.S., Sharbatyan M.I. Flora of Dilijan Reserve. Yerevan, 1999. “Amaras” (in Russian)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]