Didərginlər (film, 1990)
Naviqasiyaya keç
Axtarışa keç
Didərginlər | |
---|---|
Janr | idman |
Rejissor | Miri Rzayev |
Ssenari müəllifi | Fəraməz Səfiyev |
Operator | Sədrəddin İsmayılov |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1990 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1990 |
Texniki məlumatlar |
2 hissə 284 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film vaxtilə respublikadan didərgin salınmış idmançılar haqqındadır. Bu tanınmış idmançılara Vətəndə heç bir şərait yaradılmadığına görə onlar öz xoşbəxtliklərini ölkənin digər şəhərlərində axtarmalı olmuşlar. Minskdə yaşayan, üç dəfə dünya çempionu, Olimpiya oyunlarının qalibi, güləşçi Kamandar Məcidov, Avropa çempionu Natiq Bağırov, dzü-do və sambo üzrə idman ustası, moskvalı Kamran Məmmədov, Leninqraddan olan beynəlxalq dərəcəli idman ustası Raqif Məmmədov və başqaları ekrandan bu barədə danışırlar.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Miri Rzayev
- Ssenari müəllifi: Fəraməz Səfiyev
- Operator: Sədrəddin İsmayılov
- Səs operatoru: Şamil Kərimov
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.