Derek Barton

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Derek Barton
ing. Sir Derek Harold Richard Barton
Doğum adı Derek Harold Richard Barton
Doğum tarixi 8 sentyabr 1918(1918-09-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 mart 1998(1998-03-16)[1][3][…] (79 yaşında)
Elm sahələri üzvi kimya, Stereokimya
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Cəngavər bakalavrı "Fəxri legion" ordeni kavaleri
"Kopli" medalı Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969).

İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942–1945-ci illərdə hərbi idarələrdə, 1945–1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946–1949-cu illərdə "Si-Ay" firmasının laboratoriyasında çalışır. 1950–1955-ci illərdə və 1957–1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955–1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir.

Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir. Həmçinin təbii birləşmələr kimyası sahəsində də çalışmışdır. 1950-ci ildə steroidləri və terpenləri tədqiq edərək eyni əhatədə olan eyni əvəzləyicilərin reaksiya qabiliyyətinin fərqli olmasını onların müxtəlif konformasiya vəziyyətində olması ilə izah etmişdir. Optiki fırlanma dispersiyasını və İQ-və NMR-spektrlərin adsorbsiya qabiliyyətlərini izah etmək üçün konformasiya analizi ideyasını istifadə etmişdir.

Derek Barton 1953-cü ildə əvəzləyicili sikloheksanonlarda reduksiya şəraitlərinin əmələ gələn spirtdə hidroksil qrupunun konfiqurasiyası və konforması ilə əlaqəsini müəyyən edən qayda təklif etmişdir (Barton qaydası). 1960-cı ildə nitritlərin nitrobirləşmələrə daha sonra oksimlərə fotokimyəvi pereqruplaşmasını kəşf etmişdir (Barton reaksiyasıdır). Bu da aldosteronun sadə sintez üsulunu yaratmağa imkan verdi.

Derek Barton 1960-cı ildə arenlərin həlqələrinin fotokimyəvi parçalanmasını müşahidə etdi. Tetrasiklinin mikroorqanizmlərlə istehsalını imitasiya edən sintez üsulunu təklif etdi. 1942–1952-ci illərdə xlorüzvi birləşmələrin pirolizini tədqiq etmişdir. 1960-cı ildə karbonionların avtooksidləşməsini öyrənmişdi. Biosintez proseslərində fermentlərin rolunu və onların biogenezi yolunu öyrənmişdir.

Derek Barton 1969-cu ildə "Konformasiya analizinin tədqiqi və onun kimyada tətbiqinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.