Daşqın İskəndərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Daşqın İskəndərov
Şəxsi məlumatlar
Doğum tarixi 26 yanvar 1965(1965-01-26) (59 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim, iş adamı
Elmi fəaliyyəti
Elm sahəsi Kimya

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2014
3-cü dərəcəli "Əmək" ordeni — 2017

İskəndərov Daşqın Ələm oğluAzərbaycan Respublikası Dövlət Neft Şirkəti İstehsalat Birliyinin Baş direktoru, texnika üzrə fəlsəfə doktoru. ARDNŞ-nin vitse-prezidenti (2019–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri.[1]

Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir. Evlidir, 2 övladı var.

1991-ci ildə 28 May neft — qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir. 1999–2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir. Daşqın İskəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləmişdir. 2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.

Daşqın İskəndərov 2019-cu il 3 dekabrdan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.[2]

28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasında "Uzun müddət istismarda olan dəniz neft yataqlarının lay-quyu sistemində yaranan mürəkkəbləşmələrə qarşı yeni üsulların işlənməsi və tətbiqi"[4] mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Müvafiq olaraq 2014-cü və 2015-ci illərdə nəşr edilən Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabıNeft və qaz quyularının əsaslı təmiri adlı kitabların müəllifidir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan bir sıra elmi-tədqiqat işlərinin, o cümlədən mədənlərdə keçirilən sınaq işlərinin nəticələri nəşr olunmuşdur. 15-dən çox elmi məqalə, o cümlədən dərslik kimi istifadə olunan 2 kitab, 8 ixtira və patent müəllifidir.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  1. 139.7 mm-lik istismar kəmərində qumla tıxaclanmış lift borularının xüsusi tutucu alətlərlə çıxarılması üsulsu //ANT. – 2012. – № 6. – S. 24–29. (həmmüəllif Y. Ə. İbrahimov).
  2. Güclü udma qabiliyyətinə malik olan quyularda təzyiq altında sementləmə işinin aparılmasının təkmilləşmiş üsulu //ANT. – 2013. – № 1. – S. 29–34. (həmmüəllif Y. Ə. İbrahimov).
  3. Sulaşmış neft quyularının qərarlaşmış rejimlərdə hidrodinamik tədqiqi //Eco Energetics Scientific –Technical Journal. – 2013. — № 2. (həmmüəlliflər S. D. Mustafayev, R. A. Quliyev)
  4. İkinci lülənin qazılmasında hidravlik güc fırlanğıcı qurğusunun istifadə perspektivliyi //ANT. – 2013. – № 3. – S. 16–22. (həmmüəllif Y. Ə. İbrahimov).
  5. Quyuya uçmuş lift borularının çıxarılması üçün təkmilləşdirilmiş tutucu alər //ANT. – 2014. – № 1. – S. 32–36. (həmmüəllif Y. Ə. İbrahimov).
  6. Neft-mədən kompressor qurğularının flikkersıs spektroskopiya əsasında rejim parametrlırinin tədqiqi //Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri. – 2014. –Cild 6. – No.1. – S. 96–112. (həmmüəllif Ə. N. Bağırov)
  7. Quyuların təzyiq altında sementləmə üsulu. Azərbaycan Respublikasının Patenti İ 2014 0019, 07.04.2014 il. (həmmüəllif Y. Ə. İbrahimov)
  8. Korroziyaya uğramış lift borularının quyudan çıxarılması ücün qurğu. Azərbaycan Respublikasının Patenti İ 2014 0020, 07.04.2014 il. (həmmüəllif Y. Ə. İbrahimov)
  9. Методы интерпретации результатов стационарных гидродинамических исследований обводнившихся нефтяных скважин //SOCAR Proceedings. – 2014. — № 3 . – С.52–57. (соавторы: Мустафаев С.Д., Гулиев Р.А.)
  10. Qumla tixaclanmiş lift borularinin quyudan çixarilmasi üçün qurğu. Azərbaycan Respublikasının Patenti İ 2014 0077, 04.11.2014. (həmmüəllif Y. Ə. İbrahimov).
  11. Science, Technology and Higher Education. Materıals of the VI Internatıonal Research and Practıce Conference. Westwood , Canada, November 12th – 13 th 2014.
  12. Опытно-промышленное внедрение комплексного способа вскрытия продуктивного пласта в осложненных условиях //SOCAR Proceedings. – 2014. — № 4 . – С.29–34. (соавторы: Исмаилов Ф.С., Бабаев Р.Д., Гусейнов Ш.Ш.)
  13. Boru kəmərinin pərçimlənməsi səbəbləri, onun azad edilməsi üsulları və metodikası //ANT. – 2015. – № 6. – S. 25–34. (həmmüəllif Y. Ə. İbrahimov).
  14. Скважинный фильтр. Евразийский патент № 024333, 2016. (соавторы: Ф.С.Исмаилов, Б.А.Сулейманов, Ш.П.Кязымов, О.Т.Багиров, А.Ч.Шейдаев, Ш.Ш.Гусейнов)
  15. Скважинный фильтр. Евразийский патент № 024517, 2016. (соавторы: Ф.С.Исмаилов, Б.А.Сулейманов, Ш.П.Кязымов, Г.Г.Ибадов, Ш.Ш.Гусейнов. Е.К.Толепбергенов, М.И.Курбанбаев)
  16. Boru kəmərinin pərçimlənməsi səbəbləri, onun azad edilməsi üsulları və metodikası //ANT. – 2017. – № 6. – S. 25–33. (həmmüəllif Y. Ə. İbrahimov).
  17. İstismar quyularında tutma işlərinin xüsusiyyətləri //ANT. – 2017. – № 7–8. – S. 56–62. (həmmüəllif Y. Ə. İbrahimov).
  18. İstismar quyularının əsaslı təmirində qəzalı sonluğa uyğunlaşmış tutucu alətlərin tətbiqinin xüsusiyyətləri //ANT. – 2017. – № 10. – S. 24–29. (həmmüəllif Y. Ə. İbrahimov).
  19. Искендеров Д.А., Ибадов Г.Г., Толепбергенов Е.К. Гравийный скважинный фильтр новой конструкции //SOCAR Proceedings. – 2017. — № 4 . – С.52–56
  20. Способ ремонта в скважине с дефектным участком и внутренним сужением обсадной колонны и устройство для его осуществления. Евразийский патент № 027301, 2017. (соавторы: Исмайлов Ф.С., Сулейманов Б.А., Мамедов А.А., Давудов Ю.Г., Aзимов Ф.Т., Велиев А.М., Гусейнов Ш.Ш.)
  21. Способ вскрытия продуктивного пласта. Евразийский патент № 026292, 2017. (соавторы: Исмайлов Ф.С., Сулейманов Б.А., Ибадов Г.Г., Гаджиев Н.М., Гусейнов Ш.Ш.)
  22. Qəzalı istismar quyularının kəmər başlıqlarının təmirində yeni quruluşlu tutucu alərin tətbiqi //ANT. – 2018. – № 1. – S. 29–34. (həmmüəllif Y. Ə. İbrahimov).
  23. "Исследование свойств гипсоцементных тампонажных смесей для ликвидации зон поглощений в скважинах и способы доставки их к зоне поглощения" //Нефтепромысловое дело. – 2018. — məqalə baxılmaqdadır. (соавторы Б.А.Агарагимов, Ю.А.Ибрагимов)
  24. Qum tıxacının maqnitləşmiş sulfanollu su ilə yuyulması //ANT. – 2018. — məqalə baxılmaqdadır. (həmmüəllif Arif Məmməd-zadə)

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Neft və qaz çıxarma işçiləri üçün məlumat kitabı. Bakı: 2014
  • Neft və qaz quyularının əsaslı təmiri. Bakı: 2015

Dövlət mükafatları və ordenləri

[redaktə | mənbəni redaktə et]
  1. "SOCAR-ın daha 3 keçmiş vitse-prezidentinə şirkətdə vəzifə verilib". 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
  2. "SOCAR-a yeni vitse-prezident təyin edildi — SƏRƏNCAM". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-17.
  3. "D.Ə.İskəndərovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  4. "Arxivlənmiş surət" (PDF). 2019-07-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
  5. "Arxivlənmiş surət". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
  6. "Arxivlənmiş surət". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.